17 Mayıs 2016 Salı

Giriş

Giriş

Qədim Yunanistandan dövrümüzə qədər materialistlər tərəfindən həyatın mənşəyini izah etmək üçün istifadə edilən təkamül düşüncəsi, elm aləminə 19-cu əsrdə Çarlz Darvinin “Növlərin Mənşəyi” adlı kitabı ilə daxil oldu. 19-cu əsrdə xeyli inkişaf edən materialist fəlsəfəni müdafiə edənlər, canlıların necə ortaya çıxdığı sualına cavab olaraq təkamül nəzəriyyəsinə yiyələndilər, ancaq bu nəzəriyyənin elmi əsaslarını araşdırmadılar. Darvin də kitabında bəzi bioloji faktlardan çıxarışlar etməkdən başqa, nəzəriyyəsini sübut edən qəti bir elmi dəlil təqdim etmirdi; dəlillərin tapılmasını isə zamana buraxmışdı. Xüsusilə də nəzəriyyəsini dəstəkləyəcəyinə ümid etdiyi fosillərin gələcəkdə aşkar ediləcəyini irəli sürmüşdü.
bilimsel bulgu
20. yüzyılın ikinci yarısından itibaren elde edilen bilimsel bulgular, evrim teorisinin çöküşünü hazırlamaya başladı.
Canlıları Allahın yaratdığı həqiqətini inkar edənlərin elmi zəifliyinə baxmayaraq, dörd əllə yapışdıqları təkamül nəzəriyyəsi qısa müddətdə elm aləminə hakim oldu. Elmi jurnallardan məktəb dərsliklərinə qədər təkamül nəzəriyyəsi elmi olaraq sübut edilmiş və həyatın mənşəyinə dair tək etibarlı şərh kimi insanlara izah edildi. Nəzəriyyənin səhvlərini və məntiqsizliklərini göstərən elm adamlarını isə, ya akademik kariyeralarına istiqamətli təhdidlərlə susdurdular, ya da "doqmatik" və ya "elmə zidd" olan şeylər dedikləriylə günahlandıraraq zərərsizləşdirməyə çalışdılar. Materialist ideologiyaların müdafiəçiləri 150 il ərzində təkamül nəzəriyyəsini əllərində heç bir dəlil olmadan, təbliğat metodlarıyla kütlələrə təlqin etdilər.
Ancaq 20-ci əsrin ikinci yarısından etibarən təkamül nəzəriyyəsinin elm aləmində tutduğu yer tərpənməyə başladı. Paleontologiyadan biologiyaya, anatomiyadan genetika elminə qədər bir çox elm sahəsində aparılan müşahidə və təcrübələr təkamül nəzəriyyəsinin əleyhində nəticə verməyə başladı. Təkamülçülər bir anda özlərini və nəzəriyyələrini yeni elmi tapıntılara qarşı müdafiə edən vəziyyətdə gördülər. 21-ci əsrə qədəm qoyduqda təkamül nəzəriyyəsi bütün dünyada çox müzakirə olunan, etibarını böyük dərəcədə itirdi, hər an çökməsi gözlənilən bir nəzəriyyə halına gəldi. “Nature”, “Science”, “New Scientist”, “Scientific American” kimi dünya səviyyəsində məşhur olan elm jurnalları da, sətir aralarında təkamül nəzəriyyəsi ilə əlaqədar şübhə və problemləri daha sıx dilə gətirdilər.
Bəs təkamül nəzəriyyəsinin bir anda sürətlə çökməsinə səbəb olan tapıntılar hansılar idi? Bunları üç əsas başlıq altında cəmləşdirmək mümkündür:
1. Bioloqlar canlıların ən mürəkkəb quruluşlardan meydana gəldiyini kəşf etdilər. Zülalların, DNT və hüceyrənin sadələşdirilə bilməz mürəkkəbliyə sahib olduğu, təkamül nəzəriyyəsinin iddia etdiyi kimi təsadüfən meydana gəlmələrinin qeyri-mümkün olduğu aydın oldu. Bu qeyri-mümkünlüklər riyazi olaraq da hesablandı.
2. Təkamülün mexanizmləri olaraq irəli sürülən təbii seleksiya və mutasiyaların canlıları təkamülləşdirici gücləri olmadığı aydın oldu. Təbii seleksiya canlılara yeni bir genetik məlumat əlavə etmir, mutasiyalar isə ancaq genetik məlumatı korlayırdılar.
3. Fosil qeydlərində təkamülçülərin tapmağı ümid etdikləri növlərin bir-birlərindən təkamül prosesindən keçərək meydana gəldiklərinin dəlili hesab olunacaq "ara keçid formalarına" rast gəlinmədi. Canlı növləri fosil qeydlərində qəfildən və özlərinə məxsus əskiksiz quruluşlarıyla ortaya çıxır və fosil qeydlərindən itənə qədər heç bir dəyişikliyə məruz qalmırdılar.
Bu kitabın mövzusu, təkamül nəzəriyyəsini çökdürən yuxarıdakı elmi tapıntılardan üçüncüsü, yəni fosil qeydləridir.
Kitabı oxumağa keçmədən əvvəl bunu xatırlatmaq lazımdır ki, "ara keçid formalarının" fosil qeydlərində olmaması təkamül nəzəriyyəsinin çökməsi üçün kifayətdir. Nəzəriyyənin banisi Darvin də bu həqiqəti qəbul etmiş və kitabında ara keçid formalarının niyə olmadığı barədə suallara yer verdikdən sonra,"bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq" 1 demişdir.
Həqiqətən də bu gün, Darvinin təkamül nəzəriyyəsinə qarşı ən böyük etirazlardan biri fosil qeydləri ilə əlaqədardır. Təkamülçülər belə tapılan fosillərin şərh olunması haqqında öz aralarında böyük bir ixtilaf içindədirlər. Həyatın tarixinə dair elmi məlumat əldə edə biləcəyimiz əhəmiyyətli bir mənbə olan fosillər, çox açıq şəkildə təkamül nəzəriyyəsini rədd edir, canlıların yer üzündə qəfildən, heç bir təkamül prosesindən keçmədən ortaya çıxdığını, yəni yaradıldığını göstərir.

Haşiyələr

1 Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 172, 280.

Heç Vaxt Olmayan Ara Keçid Formaları

Heç Vaxt Olmayan Ara Keçid Formaları

Əgər dünyamızda həqiqətən də bir təkamül prosesi baş vermiş, yəni canlı növləri tək bir ortaq atadan mərhələli şəkildə törəmiş olsaydılar, bunun dəlillərini ən açıq şəkildə fosil qeydlərində görə bilərdik. Məşhur fransız zooloq Pierre Grassé bu mövzuda bunları deyir:
Təbiətşünas alimlər unutmamalıdır ki, təkamül müddəti yalnız fosil qeydləri vasitəsilə ortaya çıxar… Yalnız paleontologiya (fosil elmi) təkamül mövzusunda dəlil meydana gətirə bilər və təkamülün inkişafını və mexanizmlərini göstərə bilər. 2
Bunun səbəbini başa düşmək üçün təkamül nəzəriyyəsinin təməl iddiasını qısa şəkildə nəzərdən keçirməliyik:
Təkamül nəzəriyyəsinə görə bütün canlılar bir-birindən törəyiblər; əvvəlcədən təsadüfən yaranan bir canlı növü, vaxt keçdikcə başqa bir canlıya çevrilmiş və bütün növlər bu şəkildə meydana gəlmişdir. Bu elmə zidd iddiaya görə bitkilər, heyvanlar, göbələklər, bakteriyalar həmişə eyni nəsildən meydana gəliblər. Heyvanların 100-ə yaxın fərqli sinfi (yəni, molyuskalar, buğumayaqlılar, soxulcanlar, süngərlər kimi əsas kateqoriyaları) həmişə ortaq bir atadan törəmişdir. Bir-birinə calanmış halqalardan ibarət, böcəklər, hörümçəklər, xərçəngkimilər, çox ayaqlılar və s. hissələrə ayrılan heyvan sinifləri,) tək bir ortaq atadan törəmişdir. Nəzəriyyəyə əsasən bu kimi onurğasız canlılar vaxt keçdikcə (və təsadüfən) onurğa qazanaraq balıqlara, balıqlar amfibiyalara, onlar sürünənlərə, sürünənlərin bir qismi quşlara, bir qismi isə məməlilərə çevrilmişdir. Nəzəriyyəyə əsasən bu çevrilmə yüz milyonlarla illik uzun bir dövrü əhatə etmiş və mərhələli şəkildə baş vermişdir. Bu vəziyyətdə iddia edilən uzun çevrilmə müddəti ərzində çoxsaylı "ara növ" meydana gəlməli və yaşamalıdır.
Charles Darwin
Charles Darwin
Yeri gəlmişkən hələ də keçmişdə balıq xüsusiyyətlərini daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi amfibiya xüsusiyyətləri qazanmış olan yarı balıq-yarı amfibiya canlılar yaşamış olmalıdır. Ya da sürünən xüsusiyyətlərini daşımaqla yanaşı, bir tərəfdən də bəzi quş xüsusiyyətləri qazanmış sürünən quşlar meydana gəlmiş olmalıdır. Bunlar bir keçid müddətində olduqları üçün şikəst, əskik, qüsurlu canlılar olmalıdır. Məsələn, bir sürünənin ön ayaqları hər nəsildə bir az daha çox quş qanadına bənzəməlidir. Yüzlərlə nəsil ərzində bu növün nə tam ön ayaqları, nə də tam qanadları olacaq, yəni bu canlı şikəst və qüsurlu olaraq yaşayacaq. Təkamülçülərin keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri canlılara "ara keçid forması" adı verilir.
Əgər həqiqətən də keçmişdə bu cür canlılar yaşamışdırsa, bunların sayları və növləri milyonlarla, hətta milyardlarla olmalı, qalıqlarına da dünyanın dörd bir tərəfində rast gəlinməliydi. Bu həqiqəti Darvin də qəbul etmiş və niyə bir çox ara keçid forması olmasının lazım olduğunu belə izah etmişdi:
Yaşayan bütün növlər, hər cinsdə olan ata-baba növləriylə bu gün yaşayan növlərin əhliləşdirilmiş və vəhşi variasiyaları arasındakı fərqdən daha böyük olmayan fərqlərlə əlaqəli olmalıdırlar. 3
Darvinin nəzərdə tutduğu budur: İndiki vaxtda yaşayan bir canlı növünün variasiyaları (məsələn, cins bir it ilə bir küçə iti) arasında nə qədər az fərq varsa, "təkamül müddəti" ərzində bir-birinin arxasınca gəldiyi iddia edilən "ata" və "nəvə"lər arasında da o qədər az fərq olmalıdır.
Buna görə də Darvinin də ifadə etdiyi kimi, əgər həqiqətən də təkamül prosesi baş vermiş olsaydı, "çox kiçik pilləli dəyişikliklərlə" baş verəcəkdi. Mutasiyaya məruz qalan bir canlıdakı dəyişiklik çox cüzi olacaqdı. Ayaqların qanadlara, qəlsəmələrin ağciyərlərə, üzgəclərin ayaqlara çevrilməsi kimi böyük dəyişikliklərin baş verə bilməsi üçün, milyonlarla kiçik dəyişikliyin yenə də milyonlarla il ərzində baş verməsi lazım gələcəkdi. Bu müddət isə, milyonlarla ara keçid formasının meydana gəlməsinə səbəb olacaqdı. Darvin bu şərhindən sonra bu nəticəyə gəlmişdir:
Yaşayan və ya nəsli tükənmiş bütün növlər arasındakı ara və keçid əlaqələrinin sayı inanılmaz dərəcədə böyük olmalıdır. 4
Darvin kitabının başqa hissələrində də eyni həqiqəti dilə gətirmişdir:
Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birinə bağlayan çoxsaylı ara keçid növləri mütləq yaşamış olmalıdır... Bunların yaşadıqlarının dəlilləri də yalnız fosillər arasında tapıla bilər. 5
fosiller
1. sutun: Fosilleri olan kusursuz canlılar
2. Hiç varolmamış, sadece Evrimcilerin hayallerinde yaşayan arageçiş canlıları
3. fosilleri olan kusursuz canlılar
Eğer evrim teorisi doğru olsaydı, fosil kayıtlarında, bu resimlerde olduğu gibi, tam oluşmamış, iki türe ait farklı özellikler taşıyan, garip canlıların fosilleri bulunmalıydı. Ancak fosil kayıtlarında bu özelliklerde tek bir canlıya bile rastlanmamıştır.
Ancaq bu sətirləri yazan Darvin bu ara keçid formaların fosillərinin qətiyyən tapıla bilmədiyini də görürdü. Bunun nəzəriyyəsini böyük bir çıxılmaz vəziyyətdə qoyduğunu da görürdü. Buna görə də “Növlərin Mənşəyi” kitabının "Nəzəriyyənin Çətinlikləri" (Difficulties on Theory) adlı hissəsində belə yazmışdı:
Əgər həqiqətən də növlər o biri növlərdən cüzi inkişaflarla törəmişdirsə, niyə çoxsaylı ara keçid formasına rast gəlmirik? Niyə bütün təbiət bir qarışıqlıq halında deyil, əksinə tam olaraq müəyyənləşdirilmiş və yerli yerindədir? Çoxsaylı ara keçid forması olmalıdır, lakin niyə yer üzünün sayıla bilməyəcək qədər çox təbəqəsində basdırılmış vəziyyətdə tapa bilmirik... Nə üçün hər geoloji quruluş və hər təbəqə belə əlaqələrlə dolu deyil? Geologiya yaxşı dərəcələndirilmiş bir müddət ortaya çıxarmır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq. 6
fosil müzesi
Darvinin bu böyük bir çıxılmaz vəziyyət qarşısında irəli sürdüyü tək şərh isə, o dövrdəki fosil qeydlərinin qeyri-kafi olduğu idi. Fosil qeydləri ətraflı şəkildə araşdırıldığında, itmiş keçid formaların mütləq tapılacağını iddia etmişdi.
Ancaq 150 ildir ki, aparılan fosil tədqiqatları Darvinin və davamçılarının boş-boşuna ümid etdiklərini göstərmiş və tək bir ara keçid formasına aid fosil belə tapıla bilməmişdir. İndiki vaxtda dünyanın hər yerində minlərlə muzeydə və kolleksiyada 100 milyondan çox fosil var. Bu fosillərin hamısı bir-birlərindən dəqiq xəttlərlə ayrılan xüsusi bədən quruluşlarına sahib növlərə aiddir. Təkamülçülərin ümidlə axtardıqları yarı balıq-yarı amfibiya, yarı dinozavr-yarı quş, yarı meymun-yarı insan və bənzəri canlıların fosillərinə əsla rast gəlinməmişdir.
solucan
Fosil kayıtlarında, milyarlarca yıl önce yaşamış olan bakterilerden karıncalara, yapraklardan kuşlara kadar birçok canlıya ait fosil bulunmasına rağmen, hayali ara geçiş formlarına ait bir tek fosil dahi bulunmamıştır.
Con Hopkins Universitetindən professor S. M. Stenli təkamülçü olmasına baxmayaraq, bu həqiqəti belə etiraf edir:
Məlum olan fosil qeydləri pilləli təkamüllə uyğun gəlmir və heç vaxt da uyğun gəlməmişdir... Paleontoloqların əksəriyyəti dəlillərinin, Darvinin bir növün dəyişməsiylə nəticələnən çox kiçik, yavaş və getdikcə üst-üstə yığılan dəyişikliklər haqqında etdiyi çıxışla ziddiyyət təşkil etdiyini hiss etmişdir... Onların hekayələri də ört-basdır edilmişdir.7
Amerikan Təbiət Tarixi Muzeyindən paleontoloq Niles Eldredge və antropoloq İan Tattersall isə fosil qeydlərinin təkamül nəzəriyyəsinə qarşı çıxdığını belə qeyd edirlər:
Qeydlərdəki sıçrayışlar və bütün dəlillər qeydlərin həqiqi olduğunu göstərir: Gördüyümüz boşluqlar süni bir fosil qeydinin quruluşunu deyil, həyatın tarixindəki həqiqi hadisələri əks etdirir. 8
Bu təkamülçü elm adamlarının da ifadə etdikləri kimi həyatın həqiqi tarixini fosil qeydlərində görmək mümkündür və bu tarixdə ara keçid formaları yoxdur.
Başqa elm adamları da ara keçid formalarının tapılmadığını qəbul edirlər. Məsələn, İndiana Molekulyar Biologiya İnstitutunun Müdiri Rudolf A. Raff və İndiana Universitetindən tədqiqatçı Tomas C. Kaufman belə deyir:
Fosil növləri arasında ataların ya da ara keçid formalarının olmaması, erkən metazoan (çox hüceyrəli heyvan) tarixinin qəribə bir xüsusiyyəti deyil. Bu boşluqlar ümumidir və bütün fosil qeydləri boyunca hakimdir. 9
Fosil qeydlərində milyardlarla il əvvəl yaşamış bakteriyaların qalıqları belə qorunmuşdur. Buna baxmayaraq, xəyali ara keçid formalarına aid tək bir fosilin belə tapılmaması diqqət çəkicidir. Qarışqalardan bakteriyalara, quşlardan çiçəkli bitkilərə qədər bir çox canlı növünün fosilləri mövcuddur. Nəsli tükənmiş canlıların belə fosilləri o qədər qüsursuzca qorunmuşdur ki, indiki vaxtda görmədiyimiz bu canlıların necə bir quruluşa sahib olduqlarını başa düşməyimiz mümkündür. Bu qədər zəngin fosil ehtiyatlarının arasında bir dənə belə ara keçid formasının tapılmaması isə, fosil qeydlərinin əskikliyini deyil, təkamül nəzəriyyəsinin əsassızlığını göstərir.
fosiller
1: Çuha çiçeği fosili
2: Günümüzde yaşayan çuha çiçeği
3: 2 milyon yıllık amber içinde karınca fosili ve üstünde günümüzdeki karınca
4: Birkaç milyon yıllık Akçaağaç yaprağının fosili ve günümüzdeki Akçaağaç yaprakları.
5: Zeminde, bugüne kadar bulunan en eski çiçekli bitki fosili

Haşiyələr

2 Pierre P. Grassé, Evolution of Living Organisms, Academic Press, New York, 1977, s. 82.
3 Charles Darwin, The Origin Of Species, chapter X, "On the Imperfection of the Geological Record".
4 Charles Darwin, The Origin of Species, chapter X, s. 234.
5 Charles Darwin, The Origin of Species, s. 179.
6 Charles Darwin, The Origin of Species, s. 172, 280.
7 S. M. Stanley, The New Evolutionary Timetable: Fossils, Genes and the Origin of Species, Basic Books, Inc. Publishers, New York, 1981, s. 71.
8 Niles Eldredge, Ian Tattersall, The Myths of Human Evolution, Columbia University Press, 1982, s. 59.
9 R. A. Raff, T. C. Kaufman, Embryos, Genes and Evolution: The Developmental Genetic Basis of Evolutionary Change, Indiana University Press, 1991, s. 34.

Ara Keçid Formaları Necə Olmalıdır?

Ara Keçid Formaları Necə Olmalıdır?

Sonrakı hissələrdə təkamülçülərin ara keçid forma olduğunu iddia etdikləri canlıları nəzərdən keçirəcək və bunların həqiqətdə ara keçid formalar olmadıqlarını, bir növə aid tam xüsusiyyətlərə sahib, xüsusi, mükəmməl və qüsursuz canlılar olduqlarını görəcəyik. Ancaq bundan əvvəl təkamül nəzəriyyəsinin iddiasına görə həqiqi ara keçid formalarının necə olmasının lazım olduğunu öyrənməkdə fayda var.
Əvvəlcə təkamülə görə bir ara keçid formanın necə meydana gələcəyini yenidən xatırlayaq. Mutasiyalar, yəni radiasiya, kimyəvi faktorlar kimi səbəblərlə bir canlının DNT-sində baş verən dəyişikliklər, o canlıda bəzi dəyişikliklərə səbəb olar. Təkamül nəzəriyyəsinin iddiasına görə bir canlı növü nəsillər ərzində bəzi mutasiyalara məruz qaldığında başqa bir növə çevrilə bilər. Nəzəriyyəyə görə təbii seleksiya mutasiyalardan "faydalı" olanları seçib yığar və beləcə uzun müddət ərzində yeni bioloji strukturlar meydana gətirər. Təkamül nəzəriyyəsinin növlərin meydana gəlməsiylə əlaqədar iddiası qısaca olaraq belədir.
kayıp halka
Evrim teorisinin iddiasına göre, canlı türleri birbirlerinden küçük değişimlerle türemişlerdir. Evrimcilerin bu iddiaları doğru olsaydı, resimdeki gibi ara geçiş canlılarının fosil kayıtlarında bulunması gerekirdi. Ancak bu tür canlılardan eser yoktur.
Ancaq, mutasiyalar təsadüfən baş verir və çox vaxt canlıya zərər verirlər. Zərər vermədiklərində isə canlıya heç bir təsir göstərməzlər. Mutasiyaların bu günə qədər faydalı olduqları tək bir vəziyyət belə aşkar edilməmişdir. Buna görə də mutasiyaların canlıya fayda verməsi mümkün deyil. Xüsusilə də bir canlı növünü ən başdan götürüb, şüurlu bir şəkildə o canlının bədən formasındakı və funksiyalarındakı qüsursuzluğu korlamadan canlının həyat şərtlərini çətinləşdirmədən o canlını mərhələli şəkildə başqa xüsusiyyətlərlə yaratması qeyri-mümkündür. Məsələn, mutasiyalar təsadüfi və şüursuz olduqları üçün dənizdən quruya çıxacaq bir balığın bədənində bir dəfədə ağciyər yarada bilməzlər. Və ya bu canlının üzgəclərini bir dəfədə və ya ağlabatan mərhələlərlə quruda onun bədən ağırlığını daşıya biləcək, tarazlığını itirmədən rahat bir şəkildə yeriyə biləcəyi ayaqlara çevirə bilməzlər. Mutasiyalar nəticəsində qəlsəmələrlə ağciyər, üzgəclərlə ayaqlar, pulcuqlarla tüklər, ayaqlarla qanadlar, dörd ayaqlı duruş ilə iki ayaqlı duruş, əyri skeletlə şaquli vəziyyətdə duran skelet arasında çox pis, bir çox anormallıq və deformasiyaya sahib olan, həqiqi mənada şikəst, dövrümüzdəki növlərlə heç bir əlaqəsi olmayan "deformasiya olunmuş" qəribə formalı strukturlar ortaya çıxacaq.
ayaklar
Sol baştaki resim: Milyonlarca örneğine rastladığımız tam bir ayak formu.
Sağdaki resimler : Evrimcilere göre olması gereken -ama var olmayan- bozuk ara formlar
Həmçinin unutmamaq lazımdır ki, təkamülçülərin iddia etdiyi bu xəyali dəyişiklik milyonlarla il davam edəcəyi üçün, bu cür pis, şikəst ara keçid formaların sayı tam növlərdən daha çox olmalı və fosil qeydlərində də ən çox bu cür deformasiya olunmuş canlılara rast gəlinməlidir. Çünki təkamülçülərin iddialarına görə, indiki vaxtda gördüyümüz hər növ və bu növlərin sahib olduqları hər bədən quruluşu ən incə detalına qədər, göz çuxurlarından əl biləklərinə, barmaqları meydana gətirən kiçik sümük hissələrindən kəllənin formasına, qabırğaların qəfəs formasından onurğanın sayına qədər təsadüfü mutasiyalar nəticəsində mərhələli şəkildə meydana gəlmişdir. Deməli, onda bir canlı növü yaranana qədər o canlı növünün hər orqanı, hər bədən üzvü, hər parçası mərhələli şəkildə formalaşmışdır.
EVRİMCİLERE GÖRE OLMASI GEREKEN HAYALİ ARA FORMLAR:
kayıp halka
Evrimciler Canlıların Aşama Aşama Bugünkü Hallerini Aldıklarını Öne Sürerler.
Ancak Buradaki Gibi Sözde Ara Formların Tek Bir Örneğine Rastlanmamıştır.
en üstte, resim 1-5: hayali yusufçuk ara formlarıte,

6. Kusursuz Tasarımıyla Günümüze Ait Bir Yusufçuk.
resim 7: Yaklaşık, 355-295 Milyon Yıllık Yusufçuk Fosili, Günümüzdekiyle Tıpatıp Aynı.
ortada,
1-4. hayali kuş fosili,
5. tam bir kuş fosili,
en altta,resim 1-5: hayali kaplan formu,

6. tam bir kaplan.
Fosil kayıtlarında bulunan canlılar hep kusursuz ve tamdırlar. Hiçbiri bu resimlerde görüldüğü gibi ara aşamada değildir.
Bu gerçek, evrimin hiçbir zaman yaşanmadığının önemli bir delilidir.
Məsələn, kəlləni götürək. İndiki vaxtda gördüyümüz və keçmişdə yaşayıb fosil qeydlərində tapdığımız bütün canlıların çox qüsursuz, hamar, simmetrik, heç bir deformasiyaya məruz qalmayan kəllələri vardır. Halbuki təkamülçülərin iddialarına əsasən ilk qüsursuz kəllə yaranana qədər kəllə bir çox təhrifli mərhələdən keçmiş olmalıdır. Məsələn, simmetrik bir görünüş alana qədər bir çox assimmetrik forma almalıdır; sağa tərəf daha çox sürüşmüş, çənəsi sağa və ya sola tərəf əyilmiş, burnu sağ yanağına yaxın, qulaqları yanağına və ya geriyə tərəf, digər tərəfdəki qulağı isə tam əks istiqamətdə, göz çuxurlarının biri üstdə, digəri sola tərəf və bunlar kimi milyonlarla təhrifli forma meydana gəlməlidir. Və ya bu kəllələrin bəzilərində faydasız, lazımsız sümüklər çıxmalı, bir neçə nəsildən sonra bu sümüklər əhəmiyyət kəsb etmədikləri üçün yox olmalıdırlar. Halbuki fosil qeydlərində heç belə canlılar yoxdur. Hamısının kəlləsi dövrümüzdəki canlıların kəllələri kimi düzgün və simmetrikdir. Göz, qulaq, burun kimi orqanlar üçün ayrılan boşluqlar da yenə simmetrik və olduqca düzgündür.
Çərçivə daxilindəki şəkillərdə göründüyü kimi, məlum olan kəllələrin hamısı tam və düzgündür. Heç biri ara keçid forma olma xüsusiyyətini daşımır. Hansı növə aid olurlarsa olsunlar, qüsursuz bir quruluşdadırlar. Yarımçıq qalmış, tamamlanmamış bir görünüşləri yoxdur. Digər bir sözlə, bunlar təsadüfən meydana gəlmiş, təsadüfi mutasiyalar nəticəsində deformasiya olunmuş, bir növdən başqa bir növə doğru keçid xüsusiyyəti göstərən kəllələr deyil. Eynilə dövrümüzdəki canlılar kimi qüsursuz quruluşa sahibdirlər. Halbuki, əgər təkamül nəzəriyyəsi doğru olsaydı, əvvəlki səhifədə görülən əyri və formasız, təhrifli kəllələrə aid fosillər tapılmalıydı. Ancaq bu cür fosillərdən yer üzünün təbəqələrində əsər-əlamət yoxdur. Bu açıq həqiqət, təkamül nəzəriyyəsinin iddialarının doğru olmadığının qəti bir sübutudur.
Fosil qeydlərində bu cür təhrifli quruluş və orqanlardan, qəribə ara keçid növlərdən nə qədər çox tapılmasının lazım olduğunu daha yaxşı görə bilmək üçün, təkamülçülərin təsadüf anlayışı üzərində bir az daha durmaq lazımdır. Təkamül nəzəriyyəsinə görə, formalar tamamilə şüursuz bir şəkildə, təsadüfən meydana gəlirlər. Məsələn, bir canlının yaşadığı bölgədə təsadüfi mutasiyaya səbəb olacaq bir hadisə baş verir, bu hadisə canlının genetik quruluşuna təsir edir və canlıda bəzi dəyişikliklər meydana gətirir. Ancaq, bu mutasiya canlının genetik quruluşunu tamamilə dəyişdirmir. Məsələn, əllərinə, qollarına təsir etdiyi halda, kəllə olduğu kimi qala bilir. Yəni, mutasiya hansı genlərə çatsa, o genlərin nəzarət etdiyi orqan və ya strukturlarda bir dəyişiklik baş verir. Bu reallaşması heç bir şəkildə mümkün olmayan bir xəyaldan başqa bir şey deyil.
kafatasları
Çerçeve içindekiler gibi, bilinen tüm insan kafatasları, simetrik, düzgün ve tamdır. Çerçevesiz olarak görülen ve özel olarak yapılmış, bozuk, asimetrik kafataslarına ise -evrimcilerin beklentilerinin tersine-fosil kayıtlarında hiç rastlanmamaktadır.
Məlum olduğu kimi canlıların sahib olduqları bütün xüsusiyyətlər DNT-lərindəki məlumatda gizlənmişdir. DNT isə, milyardlarla hərfdən ibarət olan bir məlumat bankı kimidir. Bu hərflərə çatan təsadüfi mutasiyalar, bu məlumatı mükəmməl hala gətirə bilməz, çünki bu mutasiyalarda şüur yoxdur. Buna görə də mutasiyalar DNT-dəki qüsursuz məlumatı daim korlayacaqdır.
Şüursuz şəkildə baş verən mutasiyalar ən başdan qüsursuz, mükəmməl bir quruluş meydana gətirə bilməzlər. Həmişə təhrifli, əyri, əskik, qüsurlu quruluşlar meydana gətirərlər. Məsəl üçün əllər də təkamül nəzəriyyəsinin iddiasına görə təsadüfi mutasiyaların bir əsəridir. Ancaq təsadüfən baş verən mutasiyalar həm estetik, həm ən faydalı, həm də cisimləri ən qüsursuz şəkildə tutma, idrak və hiss etmə qabiliyyətinə sahib əllər meydana gətirə bilməzlər.
antilop
1-Fosil Kayıtlarında Bulunmayan Hayali Antilop Ara Formu
2-Antiloba Ait Düzgün Bir Kafatası
3- Tam, Simetrik Ve Kusursuz Boynuzlara Sahip Bir Antilop
Eğer canlılar evrimcilerin iddia ettikleri gibi tesadüfi mutasyonlar sonucunda meydana gelseydi, örneğin bir gergedanın veya geyiğin boynuzları ve kafatası oluşana kadar, arada sayısız biçimsiz, deforme, garip görünümlü kafatası ve boynuz şekli oluşacaktı. Bunların da mutlaka fosil kayıtlarında görülmesi gerekirdi. Ancak fosil kayıtlarında bulunan tüm kafatasları ve boynuzlar, eksiksiz ve kusursuzdurlar.
Ən mükəmməl vəziyyətə gələnə qədər (belə ki, bunu bacarmaları qeyri-mümkündür) arada milyonlarla təhrifli əl, qol, ayaq, qıç yaratmalıdırlar. Məsələn, hər bir barmağın uzunluğu bugünkü formasına gələnə qədər milyonlarla mərhələdən keçəcək. Təkamülçülərin iddialarına görə kor təsadüflər barmaqları biləklərdən, qolun orta hissəsindən, əlin üstündən, ovuclardan çıxardacaq, onları yan-yana düzənə qədər hər nəsildə bir-birinin arxasınca bir çox sınaqdan keçəcək. Necə ki, əlinizdə hərflərin yazılı olduğu möhürü təsadüfən yerə atsanız bunların müəyyən bir ardıcıllıqla düzülüb mənalı bir cümlə, hətta bir söz meydana gətirmələrini gözləyə bilməzsiniz, təsadüfi baş verən mutasiyaların əl və ya ayaq barmaqlarını, qıç və qol sümüklərini də ən düzgün, ən faydalı, ən estetik ardıcıllıqda düzmələrini gözləyə bilməzsiniz.
eller
Eğer Evrim Teorisi doğru olsaydı, resimlerde gördüğümüz bozuk, biçimsiz, garip el ve kol yapılarına fosil kayıtlarında sıkça rastlamamız gerekirdi.
Ancak bilinen tüm el ve kol formları, son derece işlevsel ve düzgündür.
Məsələn, ayaq sümükləri insanın ən ideal və ən az yorularaq yeriyə biləcəyi və bədənin ağırlığını ən az hiss edə biləcəyi şəkildə xüsusi olaraq yaradılmışdır. Ayaqdakı qövs, bədən ağırlığına qarşı sümüklərə dəstək vermə xüsusiyyətinə malikdir. Bu səbəblə də bu qövsdən məhrum olan düz dabanlılar yeriyərkən çətinlik çəkərlər. Təkamülçü iddiaları doğru qəbul etdiyimiz təqdirdə, ayaq sümükləri bu incə detallara sahib olmaq üçün çoxsaylı mərhələlərdən keçməlidir. Onda fosil qeydlərində də bu mərhələlərin heç olmasa bir neçəsinə rast gəlinməlidir. Halbuki, fosil qeydlərində yarım mərhələlər deyil, hər vaxt tam və qüsursuz ayaqlar var.
eller
resim:1-4 Fosil kayıtlarında bulunmayan, hayali, bozuk, biçimsiz ayak kemiği yapıları.
Hayali , bozuk ayak kemiği yapıları, insanın yürümesine hatta dengeli olarak ayakta durmasına engel teşkil edecek biçimdedir. Ancak bilinen tüm ayak kemiği fosilleri en idieal tasarıma sahiptir ve bu tür anormalliklere rastlanmaz.
resim:5 İnsana ait düzgün ayak kemiği
Təkamülçülərin iddialarına görə fosil qeydlərində mərhələlərinə rast gəlinməsi lazım olan başqa bir struktur isə əyri onurğadır. Onurğa, "fəqərə" adlanan 33 kiçik yumru sümüyün bir-birinin üstünə düzülməsiylə meydana gəlir və insan üçün həyati bir əhəmiyyət daşıyır. Onurğa, bədənin üst hissəsinin bütün ağırlığını daşıyır. Onurğanın "S" formasındakı qıvrımlı quruluşu, üstündəki yükün bərabər paylanmasını təmin edir. Yerimək üçün atılan hər addımda, bədənin ağırlığından ötrü yerdən bədənə doğru bir itələmə qüvvəsi gəlir. Bu qüvvə onurğanın sahib olduğu amorizatorlar və "qüvvə paylayıcı" qıvrımlı forması sayəsində bədənə zərər verməz. Əgər reaksiyanı azaldan amorizatorlar və qıvrımlı xüsusi quruluş olmasa atılan hər addımda əmələ gələn qüvvə birbaşa olaraq kəlləyə çatardı və onurğanın yuxarı ucu kəllə sümüklərini parçalayaraq beynin içinə daxil olardı. Belə bir vəziyyətdə isə, insan nəslinin davam etməsi qeyri-mümkün olardı.
kafatasları
resim 1-3 hayali bozuk omurga şekilleri

4. Orijinal insan omurgası, son derece düzgündür ve vücudu esnek olarak ayakta tutacak en ideal tasarıma sahiptir. Evrimcilere göre ara form olarak olması gereken bozuk omurga şekillerine ise hiç rastlanmamaktadır.
Guya insanın atası olaraq göstərilən bütün onurğalıların da onurğası düzdür. Məlum olan ən qədim onurğalılar olan kembri dövrü balıqlarının, onlardan sonra ortaya çıxan balıqların və ya quruda yaşayan onurğalıların hamısı düz və özlərinə məxsus onurğa quruluşuna sahibdirlər və aralarında heç bir ara keçid forması yoxdur. Təkamül nəzəriyyəsinin iddiasına görə təsadüflər bu mükəmməl onurğaları meydana gətirənə qədər yüz minlərlə ara keçid onurğa forması meydana gətirməlidirlər. Məsələn, onurğa, beyni parçalamayacaq bir forma alana və "S" formalı buruq quruluşa malik olana qədər, onun bir çox fərqli ara keçid forması meydana gələcək. İnsan onurğasının 33 hissəsi də bir anda meydana gəlməyəcək, minlərlə nəsil ərzində mərhələli şəkildə meydana gələcək. Əlbəttə ki, bu mərhələli şəkildə inkişaf fosil qeydlərində də iz buraxacaq, 2 fəqərəli, 5 fəqərəli, 12 fəqərəli quruluşlara sahib fosillər tapılacaq. Ancaq, fosil qeydlərindəki fəqərələr daim o canlı üçün ən mükəmməl, ən uyğun olan quruluş və xüsusiyyətlərə sahibdirlər. Forma və quruluş etibarilə qüsurlu, əskik, yarımçıq deyil, əksinə ən mükəmməl quruluşdadırlar. Yəni aşağıdakı şəkillərdə görünən ara keçid onurğa quruluşlarına fosil qeydlərində heç rast gəlinməmişdir.
kafatasları
resim 1-5: Eğer evrimcilerin iddia ettiği gibi aşama aşama bir gelişim yaşanmış olsaydı; yukarıdaki gibi 2 omurdan ya da 5 omurdan oluşan omurgalar bulunması gerekirdi. Ancak fosil kayıtlarında bu tür örneklere hiç rastlanmaz. Aksine bilinen tüm omurga yapıları, bugünkü mükemmel formlarına sahiptir.

6. gerçek omurga
Fosil qeydlərində bütün canlılar həmişə ən mükəmməl hallarıyla və tam olaraq mövcuddur. Təkamülçülərin ara keçid forması olaraq irəli sürdükləri canlılar da, əvvəlki səhifələrdə ifadə edilən ara keçid forması xüsusiyyətlərinə sahib deyil. Bunların hər biri bütün xüsusiyyətləri baxımından bütövdür, ara keçid mərhələdə olan, əskik heç bir orqan və ya quruluşları yoxdur. Kəllələri, onurğaları, əl və ayaq quruluşlarında heç bir yarımçıqlıq, nöqsan qalmış xüsusiyyət yoxdur. Bütün canlılar qüsursuz hallarıyla mövcuddur.
fosiller
Evrimcilerin ara geçiş formu olduğunu iddia ettikleri canlılar gerçekte, tam ve kusursuz yapılara sahip canlı türleridir. Bu canlıların ara form özellikleri bulunmamaktadır.
1. 150 milyon yıllık Archæopteryx fosili
2. Evrimcilerin ara form olduğunu iddia ettikleri solda çizimi görülen Archæopteryx'in, bugün tam bir uçucu kuş olduğu kanıtlanmıştır.
3. Günümüzde halen yaşayan C¶lacanth, tam bir balıktır.
4. 410 milyon yıllık C¶lacanth fosili
Məsələn, delfinin, bayquşun, balıqların, dələlərdən əvvəl yer üzü təbəqələrində bir az delfini xatırladan, bir az bayquşa bənzəyən, amma bir tərəfdən də başqa canlılara aid yarım xüsusiyyətlər daşıyan qəribə canlıların fosilləri qətiyyən yoxdur. Bütün bu həqiqətlər bizə təkamül nəzəriyyəsinin "milyonlarla il ərzində mərhələli şəkildə inkişaf edən canlılar" iddiasının tamamilə bir xəyal olduğunu göstərir. Təxminən 1,5 əsrdir ki, dünyanın hər yerində təkamülçülərin fəaliyyətlərinə və dəlil axtarışlarına baxmayaraq, bu iddianı dəstəkləyəcək tək bir dəlil belə bu günə qədər tapıla bilməmişdir.
doğa
Gökleri ve yeri hak ile yarattı: O, şirk koştukları şeylerden yücedir. İnsanı bir damla sudan yarattı, buna rağmen o, apaçık bir düşmandır. Ve hayvanları da yarattı; sizin için onlarda ısınma ve yararlar vardır ve onlardan yemektesiniz. Akşamları getirir, sabahları götürürken onlarda sizin için bir güzellik vardır.(Nahl Suresi, 3-6)

Darvinizmə Paleontoloji Rədd: Kembri Partlaması

Darvinizmə Paleontoloji Rədd: Kembri Partlaması

Darvinizm, canlılar aləminin tək bir ortaq atadan gəldiyini və kiçik dəyişikliklərlə müxtəlifləşdiyini irəli sürür. Bu vəziyyətdə canlılar ilk başda bir-birinə çox bənzər və sadə formalarda ortaya çıxmış olmalıdır. Yenə eyni iddiaya görə canlıların bir-birindən müxtəlifləşmələri və mürəkkəbliklərinin artması da, çox uzun dövrlər ərzində baş verməlidir.
Bir sözlə darvinizmə görə, canlılar aləmi tək bir kökdən gələn, ancaq sonra qollara ayrılan bir ağac kimi olmalıdır. Necə ki, bu fərziyyə darvinist qaynaqlarda israrla vurğulanır və "həyat ağacı" (tree of life) anlayışından tez-tez istifadə edilir. Bu həyat ağacına görə, canlılar arasındakı ən fundamental təsnifat vahidi olan və heyvanları bədən planlarına görə təsnif edən növlər də, mərhələli şəkildə meydana gəlməlidir.
trilobit
545 milyon yıllıktrilobit fosili
Darvinizmə görə əvvəlcə kiçik və daha sadə formalarda olan növlər meydana gəlməli və bunlar vaxt ərzində bir növü meydana gətirməli və sonra digər növlər cüzi dəyişikliklərlə və uzun müddət ərzində yavaş-yavaş meydana gəlməlidir. Darvinizmin bu fərziyyəsinə görə, heyvanların sayında da pilləli bir artım baş vermiş olmalıdır.
Ancaq fosil qeydləri darvinizmin bu proqnozlarının doğru olmadığını göstərir. Təkamülçü iddiaların tam əksinə heyvanlar, ilk ortaya çıxdıqları dövrdən etibarən bir-birlərindən çox fərqli və çox mürəkkəbdirlər. Bu gün məlum olan bütün heyvan növləri və hətta daha çoxu yer üzündə eyni anda Kembri dövrü olaraq məlum olan geoloji dövrdə ortaya çıxmışlar.
Canlılar aləminin məlum olan bütün heyvan növləri ilə ortaya çıxdığı Kembri dövrü 570-505 milyon il əvvəl yaşanmış 65 milyon illik geoloji bir dövrdür. Ancaq məlum olan bütün növlərin çox böyük bir hissəsinin birlikdə ortaya çıxdıqları zaman kəsiyi isə, Kembri dövrünün daha kiçik bir hissəsidir və bunun ən çoxu 10 milyon il olduğu hesablanır. Bu, geoloji mənada çox qısa bir zaman kəsiyidir.
Bu qədər qısa bir müddətdə canlılar aləminin bütün müxtəlifliyinin bütün fərqli bədən planlarıyla birlikdə qəfildən ortaya çıxması darvinizmin verdiyi proqnozun tam əksidir. Kembri dövründə ortaya çıxan növlərin bir qisminin sonradan gələn nəsillərin tükənməsi və bir daha da yeni növ meydana gəlməməsi isə bu ziddiyyəti daha da gücləndirir: Canlılar aləmi təkamülçülərin iddia etdikləri kimi getdikcə çoxalmaqla növlərə ayrılmır, əksinə çox müxtəlif olub getdikcə daralır.
Darvinizmin dünya səviyyəsindəki ən əhəmiyyətli tənqidçilərindən biri olan Berkeley, Kaliforniya Universiteti professoru Filip Conson, paleontologiyanın ortaya qoyduğu bu həqiqətin darvinizmlə açıq şəkildə ziddiyyət təşkil etdiyini belə xəbər verir:
Darvinist nəzəriyyə, canlılar aləminin bir növ "getdikcə genişləyən bir müxtəliflik üçbucağı" daxilində inkişaf etdiyini nəzərdə tutur. Buna görə də canlılar ilk canlı orqanizmdən ya da ilk heyvan növündən başlayaraq getdikcə dəyişmiş və bioloji təsnifatın daha yüksək kateqoriyalarını meydana gətirmiş olmalıdır. Amma heyvan fosilləri bizə, bu üçbucağın həqiqətdə başıaşağı vəziyyətdə dayandığını göstərir: Növlər hələ ilk andan etibarən birlikdə mövcud olmuşdur, sonra getdikcə sayları azalır. 10
Filip Consonun ifadə etdiyi kimi, növlərin mərhələli şəkildə meydana gəlməsini bir kənara, bütün növlər bir anda meydana gəlmişdir; hətta sonrakı dövrlərdə bəzilərinin nəsli tükənmişdir. Kembridən əvvəlki (prekembri) dövrdə yalnız tək hüceyrəli canlıların və sadə çox hüceyrəlilərin meydana gətirdiyi üç fərqli növ vardır. Kembri dövründə isə 60-100 arasında fərqli heyvan növü bir anda ortaya çıxmışdır. Sonrakı dövrdə isə bu növlərin bir qisminin nəsilləri tükənmiş, dövrümüzə qədər yalnız bəzi növləri gəlib çatmışdır.
Elmi yazıçı Roger Lewin darvinizmin həyatın tarixi haqqındakı bütün fərziyyələrini çökdürən bu fövqəladə vəziyyətdən belə danışır:
"Heyvanların bütün tarixindəki ən əhəmiyyətli təkamüllü hadisə" olaraq adlandırılan kembri partlayışı, daha sonra da varlıqlarını qoruyacaq bütün təməl bədən formlarını (növləri) ortaya qoymuşdur. Bunların bir qisminin nəsli daha sonra tükənmişdir. Bəzi ehtimallar bu anda mövcud olan 30 fərqli heyvan növü ilə müqayisə edildikdə, kembri partlayışının təxminən 100-ə qədər fərqli növü meydana gətirdiyi istiqamətindədir. 11
fosiller
British Columbia'da (Kanada) bulunan Burgess Shale fosil yataklarının bulunduğu bölge, 1. Kadife tırtıl, resim 2:Karides benzeri trilobit, resim 3:Hyolithid, resim 4:Sert dikenli kurtçuk, resim 5:Tüylü kurtçuk, resim 6:Batrak benzeri organizma
Paleontoloqlar Ceyms Valentin, Stenli Avramik, Filip Sinyor və Peter Sadler isə Kembri partlayışı üçün bu şərhi vermişdirlər:
Fosil qeydlərində açıq şəkildə ən diqqətə çarpan hadisə, kembri dövrünün başlanğıcında indiki vaxtda yaşayan və ya nəsli tükənmiş bir çox növün qəfildən ortaya çıxması və növlərə ayrılmasıdır. Bu daha əvvəl ehtimal olunandan daha qəfil və daha ətraflıdır. 12
Darvin “Növlərin Mənşəyi”ni yazarkən, kembridə qəfildən ortaya çıxan zəngin canlı müxtəlifliyindən xəbərdar idi. Hələ bugünkü kimi açıq bir şəkildə ortaya çıxmış olmasa da, kembri dövründəki qeyri-adi vəziyyət fərq edilmişdi və Darvin bunu nəzəriyyəsi üçün böyük bir "problem" olaraq görürdü. “Növlərin Mənşəyi”ndə belə yazmışdı:
Daha çox ciddi bir şəkildə ortaya çıxan əlaqəli bir problem vardır ki, bu da heyvanlar aləminin əsas siniflərinə aid növlərin məlum olan ən aşağı təbəqələrdəki fosil qayalarında qəfildən ortaya çıxmasıdır... 13
Darvin, kembridə qəfildən ortaya çıxan canlıları təkamül baxımından izah etməyin tək yolunu kembridən əvvəlki dövrdə görürdü. Əgər kembridən əvvəlki dövrdə də çox sayda, bir-birindən fərqli və mürəkkəb canlı qrupu olsaydı, onda bunların kembri canlılarının ataları olduğunu iddia edəcəkdi. Darvin belə demişdi: "Əgər nəzəriyyəm doğrudursa, ən alt kembri təbəqəsi çöküntü buraxmadan əvvəl yer üzünün canlılarla dolub daşdığı çox uzun bir müddət keçmiş olması qaçınılmazdır". 14 Darvin, kembridən əvvəl heç bir canlı qalığının tapılmaması ehtimalına qarşı isə, yer üzündəki qalıq qeydlərinin qeyri-kafi olduğunu, yaşlı təbəqələrdə olan çox yüksək temperaturun və təzyiqin fosilləri yox etdiyini irəli sürdü.15
Darvin, qeyri-kafi tədqiqatlara arxalanaraq, “Növlərin Mənşəyi”ndə bir-biri arxasınca bu cür bəhanələr gətirmişdi. Ancaq indiki vaxtda fosil qeydləri və geoloji təbəqələr kifayət qədər tədqiq olunmuş, kembridən daha qədim fosil yataqları da tapılmışdır. Yəni, indiki vaxtda kembridən əvvəlki dövr haqqındakı məlumatlar, Darvinin məlumatlarına görə xeyli etibarlıdır.
Paleontoloqlar, Uels, Kanada, Qrenlandiya və Çində çox yaxşı qorunmuş və olduqca zəngin fosil yataqlarının tapıldığı kembri dövrünə aid süxurları aşkar etdilər. Yeni tapılan xeyli saydakı kembri və kembridən əvvəlki dövrə aid fosillər, Darvinin problemini həll etməkdən çox ona daha yeni problemlər əlavə etdi. Belə ki, paleontoloqların böyük bir hissəsi, ən aparıcı təkamülçülər də, böyük heyvan qruplarının kembrinin ilk dövrlərində qəfildən ortaya çıxmaları və keçmişlərinin olmamasıyla razılaşdılar. Bu hadisə təkamülçü nəşrlərdə belə "kembri partlayışı" və ya "biologiyanın biq bənqi (böyük partlayışı)" olaraq xatırlanmağa başlandı.

Kembri Partlayışına Qarşı Darvinizmi Qurtarma Səyləri

Darvin, kembri dövründə heyvan qalıqlarının qəfildən ortaya çıxdığını bilməsinə baxmayaraq, 1980-ci ilə qədər bu mövzunun əhəmiyyəti və dərəcəsi tam aydın ola bilmədi. Ancaq daha əvvəl Kanadanın Britiş Kolumbiya əyalətində yerləşən Burgess Shaledə olan qalıqlar, paleontoloqlar Harry Whittington, Derek Briggs və Simon Conway Morris tərəfindən yenidən analiz edildikləri vaxt, kembri partlayışının əhəmiyyəti ortaya çıxdı. 1980-cı illər, həmçinin Burgess Shaleyə bənzəyən iki yeni fosil bölgəsinin daha kəşf edildiyi bir dövr oldu: Şimali Qrenlandiyada Sirius Passet və Cənubi Çində Chengjiang. Bütün bu bölgələrdə kembri dövründə ortaya çıxan çox fərqli canlıların qalıqları tapıldı. Chengjiang qalıqları bunların arasında ən qədimləri və ən yaxşı qorunmuşlarıdır; həmçinin ilk onurğalılara aid qalıqlar da vardır.
Məşhur elm jurnalı “Trends in Genetics”in (TIG), fevral 1999-cu il tarixli buraxılışında bu mövzunu ələ almış və Burgess Shaledəki fosil tapıntılarının təkamül nəzəriyyəsinə görə heç cür izah oluna bilmədiyini qəbul etmişdir:
Kiçik bir məkanda tapılmış bu fosillərin təkamül biologiyasındakı bu böyük problemlə əlaqədar qızğın mübahisənin tam mərkəzində yerləşməsi olduqca qəribə görünə bilər. Lakin bu mübahisələrə səbəb olan şey, kembri dövründə yaşayan heyvanların qalıq qeydlərində qəribə bir şəkildə çox sayda və qəfildən meydana çıxmalarıdır. Radiometrik tarixləndirmənin daha dəqiq nəticələri ya da getdikcə çoxalan yeni qalıq tapıntıları isə, yalnız bu bioloji inqilabın nə dərəcədə qəfil şəkildə baş verdiyini və sahəsini dəqiqləşdirmişdir. Yer üzünün həyat qazanındakı bu dəyişikliyin böyüklüyü bir şərh tələb edir. İndiyə qədər bir çox nəzəriyyə irəli sürülmüş olsa da ümumi fikir heç birinin inandırıcı olmadığıdır. 16
"Heç biri inandırıcı olmayan" bu fikirlər, təkamülçü paleontoloqlara aiddir. Təkamülçü paleontoloqlar təkamül nəzəriyyəsini kembri partlayışı qarşısında qoruya bilmək üçün zorakı bəhanələr ortaya atır, ancaq bunları bir-birlərinə belə qəbul etdirə bilmirlər.

*Qalıq Qeydlərinin Qeyri-Kafi Və Parça-Parça Olduğu Bəhanəsi

Təkamülçülərin kembri partlaşıyına qarşı ortaya atdıqları ilk bəhanə, fosil qeydlərinin əskik olduğu iddiasıdır. Bu əskiklikdən ötrü kembridən əvvəlki canlıların qalıqlarına çatıla bilmədiyini və bu səbəblə də sanki canlılar bir anda ortaya çıxmış kimi bir mənzərə olduğunu irəli sürərlər.
Halbuki fosil qeydləri təkamülçülərin iddia etdikləri kimi əskik deyil. İndiki vaxtda, kembri dövrünün son mərhələlərinə və kembri dövrünə aid bir çox təbəqə kəşf edilmişdir. Və paleontoloqlar, əgər kembri canlılarının ataları kembridən əvvəl mövcud olsaydı, bunları tapacağımıza razı olmuşdular. Kaliforniya Universitetindən və Smitson İnstitutundan paleobioloqlar Ceyms Valentin və Douglas Erwinə görə, kembri dövrünə aid fosil qeydləri, bənzər xüsusiyyət və vaxt intervalına sahib daha yaxın fosil təbəqələrində olduğu qədər bütövdür.
Valentin və Ervin buna baxmayaraq, "ataların və ya ara keçidlərin" varlığının məlum olmadığını ifadə edərək bu nəticəyə gəlmişdir: "Partlayış həqiqətdir; fosil qeydlərindəki əskikliklərlə örtülə bilməyəcək qədər böyükdür". 17
İngilis geoloqlar M. J. Benton, M. A. Wills və R. Hitchin isə 2000-ci ilin fevralında yazdıqları bir yazıda, "fosil qeydlərinin əvvəlinin tam olmadığı aydındır, ancaq həyatın tarixini başa düşmək üçün kifayətdir" 18 deyərək, fosil qeydlərinin əskik olduğunu irəli sürməyin bir bəhanə ola bilməyəcəyini açıqlamış oldular.

*Kiçik Və Yumşaq Bədənli Canlıların Qalıqlarının Olmaması Bəhanəsi

Təkamülçülərin Kembri partlayışı ilə əlaqədar digər bir bəhanəsi də eyni şəkildə əsassızdır. Bu ikinci bəhanəyə görə heyvan növlərinin atalarının kembridən əvvəl tapılmamasının səbəbi çox kiçik və yumşaq bədənli olmaları və bu səbəblə də qalıq buraxmamalarıdır. Ancaq bu bəhanə etibarlı deyil, çünki yumşaq bədənli canlılara aid bir çox qalıq vardır. Məsələn, Avstraliyanın Ediakara təpələrində tapılan qalıqların çox böyük bir hissəsi yumşaq bədənli canlılara aiddir. Simon Conway Morris, 1998-ci ildə nəşr olunan “The Crucible of Creation" adlı kitabında: "Ediakara orqanizmlərində skelet kimi möhkəm strukturların olduğuna dair heç bir dəlil yoxdur. Ediakara qalıqları yumşaq bədənli kimi görünürlər" deyə yazır.19 Eyni vəziyyət kembri dövrünə aid tapılan bəzi qalıqlar üçün də keçərlidir. Məsələn, Burgess Shaledə yumşaq toxumalı canlıların bir çox qalığı var. Conway Morrisə görə "bu nadir tapılan qalıqlar yalnız canlıların ümumi xətlərini deyil, bəzən bağırsaq və ya əzələlər kimi daxili orqanlarını belə göstərir". 20
fosiller
Burgess Shale'de bulunan bir eklembacaklı ile (solda) sümüklüböcek benzeri bir canlının (sağda) fosili.
Qalıqlaşmanın elə də çətin bir proses olmadığını ifadə etmək baxımından, "bakteriya qalıqlarının" belə tapıldığını xatırlatmaq lazımdır: 3 milyard ildən daha yaşlı qayalarda çox kiçik bakteriyaların mikro fosilləri tapılmışdır.
Göründüyü kimi, kembri partlayışında ortaya çıxan canlıların kembridən əvvəl təkamül keçirmiş atalarının tapılmamasının səbəbi, bu canlıların yumşaq toxumalı olmaları deyil. Geoloq William Schopfun 1994-cü ildə yazdığı kimi, "Həyatın erkən tarixiylə əlaqədar yalnız bir dəlil qaynağı var: Prekembri (kembridən əvvəl) fosil qeydləri. Bu dəlil tapılmadan əvvəl, bəzi təkamülçülər tərəfindən edilən fərziyyələrin əsassız olduğu ortaya çıxdı. Bu fərziyyələrdən biri də, uzun müddət gündəmdə qalan prekembri orqanizmlərinin geoloji quruluşlarda qoruna bilməyəcək qədər kiçik və ya narın olduqları düşüncəsi idi". Schopfa görə bu düşüncə artıq səhv qəbul edilir. 21
Nəticə etibarilə, təkamülçülər kembri partlayışına heç bir təkamülçü bəhanə tapa bilmirlər. Canlıların yer üzündə ortaya çıxması, çox açıq şəkildə təkamül nəzəriyyəsinin doğru olmadığını sübut edir.

Kembri Partlayışı Allahın Yaratmasının Bir Dəlilidir

trilobit
Kambriyen katmanlarında fosilleri bulunan kompleks canlılardan biri: Trilobit
Kembri partlayışı araşdırıldıqca bunun təkamül nəzəriyyəsi üçün nə qədər böyük bir çıxılmaz vəziyyət olduğu daha da açıq şəkildə ortaya çıxır. Son illərdəki tapıntılar ən mühüm heyvan təsnifatı olan növlərin demək olar ki, hamısının kembri dövründə qəfildən ortaya çıxdığını göstərir. “Science” jurnalında nəşr olunan 2001-ci ilə aid bir məqalədə: "Təxminən 545 milyon il əvvəl yaşanan kembri dövrünün başlanğıcı bu gün hələ də canlı dünyaya hakim olan demək olar ki, bütün heyvan tiplərinin (növlərinin) fosil qeydlərində qəfildən ortaya çıxmasına səhnə oldu" deyilir.22 Eyni məqalədə bu cür mürəkkəb və bir-birindən tamamilə fərqli canlı qruplarının təkamül nəzəriyyəsinə görə izah oluna bilməsi üçün əvvəlki dövrlərə aid çox zəngin və mərhələli inkişafı göstərən fosil yataqlarının tapılmasının lazım olduğu, amma bunun mümkün olmadığı belə açıqlanır: "Bu müxtəlifləşməli təkamül və yayılış da, özündən daha əvvəl yaşamış olması lazım olan bir qrupun varlığını tələb edir, amma buna dair bir fosil dəlili belə yoxdur". 23
Kembri dövrü qalıqlarının göstərdiyi bu mənzərə təkamül nəzəriyyəsinin fərziyyələrini rədd etməklə yanaşı, bir tərəfdən də canlıların şüurlu bir yaradılışla yaradıldıqlarını göstərən çox əhəmiyyətli bir dəlildir. Təkamülçü bioloq Duqlas Futuyma bu həqiqəti belə açıqlayır:
Dünyadakı canlılar ya tamamilə mükəmməl və qüsursuz bir şəkildə ortaya çıxmış, ya da özlərindən əvvəl yaşamış bəzi canlı növlərindən təkamülləşərək meydana gəlmişdirlər. Əgər qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxıblarsa, onda üstün bir ağıl tərəfindən yaradılmış olmalıdırlar. 24
Göründüyü kimi fosil qeydləri canlıların təkamül nəzəriyyəsinin iddia etdiyi kimi sadədən mürəkkəbə doğru bir proses keçirdiklərini deyil, bir anda və ən mükəmməl halda ortaya çıxdıqlarını göstərir. Bu isə canlılar aləminin şüursuz təbii proseslərlə deyil, şüurlu bir yaradılışla yaradıldığına dəlil meydana gətirir. Nyu-York Dövlət Universitetindən ekologiya və təkamülçü professor Ceffri S. Levinton, “Scientific American” jurnalına yazdığı "Heyvan Təkamülünün Biq Bənqi" başlıqlı bir məqaləsində bu həqiqəti qəbul edir və "kembri dövründə çox xüsusi və müəmmalı bir yaradıcı gücün varlığını görürük" deyir. 25

Haşiyələr

10 Phillip E. Johnson, "Darwinism's Rules of Reasoning", Darwinism: Science or Philosophy, Foundation for Thought and Ethics, 1994, s. 12.
11 Roger Lewin, Science, vol. 241, 15 Temmuz 1988, s. 291.
12 James Valentine, Stanley Avramik, Philip Signor ve Peter Sadler, "The Biological Explosion at the Precambrian-Cambrian Boundary", Evolutionary Biology, vol. 25, 1991, s. 279, 281.
13 Charles Darwin, Origin of Species, London: John Murray, 1859.
14 Charles Darwin, The Origin of Species, chapter IV, s. 99.
15 Charles Darwin, The Origin of Species, chapter X, s. 255.
16 Gregory A. Wray, "The Grand Scheme of Life", Review of The Crucible Creation: The Burgess Shale and the Rise of Animals by Simon Conway Morris, Trends in Genetics, Şubat 1999, vol. 15, no. 2.
17 James W. Valentine, Douglas H. Erwin, Development as an Evolutionary Process, New York: Alan R. Liss, 1987, editörler: Rudolf A. Raff ve Elizabeth C. Raff, "Interpreting Great Developmental Experiments: The Fossil Record", s. 71-107.
18 M. J. Benton, M. A. Wills ve R. Hitchin, "Quality of the Fossil Record Through Time", Nature, vol. 403, 2000, s. 534-536.
19 Simon Conway Morris, The Crucible of Creation, Oxford University Press, Oxford, 1998, s. 2.
20 Simon Conway Morris, The Crucible of Creation, 1998, s. 28.
21 J. William Schopf, "The Early Evolution of Life: Solution to Darwin's Dilemma," Trends in Ecology and Evolution, vol. 9, 1994, s. 375-377.
22 Richard Fortey, "The Cambrian Explosion Exploded?", Science, vol. 293, no. 5529, 20 Temmuz 2001, s. 438-439.
23 Richard Fortey, "The Cambrian Explosion Exploded?", Science, vol. 293, no. 5529, 20 Temmuz 2001, s. 438-439.
24 Douglas J. Futuyma, Science on Trial, Pantheon Books, New York, 1983, s. 197.
25 Jeffrey S. Levinton, "The Big Bang of Animal Evolution", Scientific American, vol. 267, no. 84, Kasım 1992.

Canlı Qruplarının Qəfildən Ortaya Çıxması

Canlı Qruplarının Qəfildən Ortaya Çıxması

Təkamülçülər balıqların pikaia kimi onurğasız dəniz canlılarından, amfibiyaların və dövrümüzdəki balıqların "əcdadı" olan bir balıqdan, sürünənlərin amfibiyalardan, quşların və məməlilərin ayrı-ayrı sürünənlərdən və ən axırda isə insanların və dövrümüzdəki meymunların ortaq bir əcdaddan təkamülləşdiklərini iddia edirlər. Bu iddialarını elmi olaraq sübut edə bilmələri üçünsə, bu növlər arasında çevrilmə olduğunu göstərən ara keçid canlılarının qalıqlarını göstərməlidirlər. Ancaq, əvvəlcə də ifadə edildiyi kimi bu xəyali canlılardan əsər-əlamət yoxdur. Təkamülçülər bu səbəblə də bəzi canlıların qalıqlarını düzəldib ara keçid formaları kimi tanıdırlar. Necə ki, bu "saxta ara keçid formaları" təkamülçülərin öz aralarında belə mübahisə mövzusudur və bu günə qədər mübahisəsiz olaraq qəbul edilmiş həqiqi bir ara keçid forması tapılmamışdır. Bunlar əslində ara keçid formaları deyil. Ancaq təkamülçülər belə bir ardıcıllıq yaratmaq məcburiyyətində olduqları üçün, tapdıqları qalıqlardan bəzilərinin ara keçid forması olduğunu deyərlər. Amerikan Təbiət Tarixi muzeyindən Qaret Nelson təkamülçülərin "ixtiyari" təkamüllü əcdad seçimləri üçün bunları deyir:
Bəzi əcdadlar tapmalıyıq. Bunları seçək. Niyə? Çünki bu əcdadların olmasının lazım olduğunu bilirik və bunlar ən yaxşı namizəddirlər. Adətən işlər belə gedir. Şişirtmirəm. 26
Bu hissədə canlı növlərinin bir-birindən ayrı şəkildə yer üzündə ortaya çıxdıqlarını, təkamülçülərin iddia etdikləri kimi bir-birindən təkamülləşmədiklərini elmi dəlillərlə araşdıracağıq.

Balıqların Əsl Mənşəyi

kambriyen
1999 yılındaki yeni bir bulgu, Kambriyen döneminde yaşamış olan iki balık türünün varlığını ortaya çıkarmıştır. resim:1Haikouichthys ercaicunensis, resim2 Myllokunmingia fengjiaoa
Təkamülçülərin iddialarına görə ilk onurğalı canlı olan balıqların əcdadları onurğasız canlılardır. Ancaq sərt bir qabığa sahib olan, sümüyü, onurğası olmayan bu canlılar, necə ola bilər ki, onurğalı, onurğa beyinli canlılara çevrildikləri təkamülçülərin cavablandıra bilmədikləri və dəlil tapa bilmədikləri bir sualdır. Çünki bu canlılar o qədər böyük dəyişikliklər keçirməlidirlər ki, bədənlərdəki sərt qabıq yox olmaqla yanaşı, içlərində skelet meydana gəlsin. Belə bir çevrilmə üçünsə, hər iki növ arasında çox sayda ara keçid forması olmalıdır. Halbuki, təkamülçülərin onurğasız canlılarla onurğalılar arasında ara keçid forması olaraq göstərə bildikləri tək bir fosil belə yoxdur.
Təkamül nəzəriyyəsi pikaia kimi ilk çoxhüceyrəlilərin (metazoa) vaxt keçdikcə balıqlara çevrildiyini fərz edir. Bu iddia xüsusilə də 90-cı illərdə təkamülçülər tərəfindən tez-tez dilə gətirilmiş, müasir darvinizmin ən aparıcı müdafiəçilərindən biri Stefen Cey Quld pikaianı "hamımızın əcdadı" olaraq elan etmişdi. Bu iddia kembri dövründə onurğalıların mövcud olmadığı fərziyyəsinə əsaslanırdı. Ən qədim "xordalı", yəni mərkəzi bir sinir şəbəkəsi sütununa sahib canlı olan pikaia isə kembri dövründə ortaya çıxmışdı və sonrakı dövrlərdə ortaya çıxan balıqların əcdadı kimi göstərilməsi, fosil qeydlərinə uyğun bir iddia kimi görünürdü.
Halbuki 1999-cu ildə əldə edilən bir tapıntı, kembri dövrü ilə əlaqədar təkamülçülərin irəli sürdükləri bu nəzəriyyəni yıxdı: Çünki pikaia ilə eyni dövrdə, guya onun nəvələri olan balıqların da yaşadığı aşkarlandı.
Qeyd olunan tapıntı Çində aşkar olundu: Çinin Yunnan əyalətində qazıntı işləri aparan paleontoloqlar 530 milyon illik balıq fosilləri tapdılar. Məşhur paleontoloq Richard Monestarsky tərəfindən "Waking Up to the Dawn of Vertebrates" (Onurğalıların Ortaya Çıxışına Oyanış) başlığıyla yazılan bir xəbərdə Haikouichthys ercaicunensis və Myllokunmingia fengjiaoa olaraq adlandırılan bu iki ayrı balıq növü haqqında bu şərh verildi:
Paleontoloqlar onurğalıları çoxdan bəri təkamül tarixinə, ilk başdakı partlayış və həyəcan sona çatdıqdan sonra daxil olan bir qrup olaraq qəbul etmişdirlər. Ancaq çinli paleontoloqlar onurğalıların mənşəyini demək olar ki, bütün digər heyvan qruplarının fosil qeydlərinin ortaya çıxdığı güclü bioloji partlayışa qədər aparan iki balıq fosili tapdılar. Yunnan bölgəsindəki 530 milyon illik süxurlar içində gizlənmiş olan bu qalıqlar ən qədim balıqlara aid olub, digər ən qədim onurğalı fosillərdən ən azı 30 milyon il yaşlıdırlar. 27
Kembri dövründə onurğalıların da mövcud olduğunun başa düşülməsiylə birlikdə, artıq təkamül nəzəriyyəsinin "həyat ağacı"nın ciddi qəbul ediləcək heç bir tərəfi qalmamışdır. Onurğalılar da daxil olmaqla bütün təməl canlı kateqoriyaları eyni geoloji dövrdə ortaya çıxdığına görə, "ortaq əcdaddan təkamülləşmə"dən danışıla bilməyəcəyi aydındır.
Balıqların digər bütün mürəkkəb canlı qruplarıyla eyni anda ortaya çıxması, başqa bir növdən təkamülləşmədiklərini, qəfildən yaradıldıqlarını göstərir. Necə ki, kembri dövründən sonra da, bütün müxtəlif balıq kateqoriyaları fosil qeydlərində bir anda və heç bir əcdadları olmadan ortaya çıxırlar.
pikaia fosili
Pikaia fosili (alttaki kare çerçeve içinde) Evrimciler pikaia adlı canlının balıkların atası olduğunu iddia ettiler. Oysa, daha sonra pikaia'nın torunları olduğu iddia edilen balıklarla, pikaia'nın Kambriyen dönemde, birlikte yaşadıkları ortaya çıktı.

Balıqlardan Amfibiyalara

Təkamülçülərin iddiasına görə quruda yaşayan canlıların əcdadı balıq növüdür. Təkamülçülər hələ də aşkar edə bilmədikləri bu xəyali balıq növünün quraqlıq nəticəsində palçıqda yerimək və yaşamaq məcburiyyətində qaldığını, bunun üçün üzgəclərinin ayaqlara, qəlsəmələrinin ağciyərə təkamülləşdiyini, bədən tullantılarını kənarlaşdırmaq üçün böyrəklərə sahib olduğunu, dərisinin maye itkisinin qarşısını alacaq xüsusiyyətlər qazandığını və beləcə ilk amfibiyaların ortaya çıxdığını irəli sürürlər. Bir balıq bütün bu dəyişiklikləri, hətta daha çoxunu keçirmədikcə quruda yaşamağa uyğun hala gələ bilməyəcək, ən çoxu bir neçə dəqiqə ərzində öləcək.
Təkamülçülərin amfibiyaların əcdadı olaraq göstərdikləri üç müxtəlif balıq növü vardır. Bunlardan biri yaşayan qalıq selakantdır. Bu balıq növü üzgəclərinin qalınlığı və sümüklü olduğu kimi bəzi strukturlarına görə illərlə amfibiyaların əcdadı olaraq tanıdılmışdır. Ancaq 1938-ci ildə Hind okeanında canlı selakantın tutulmasıyla, təkamülçülərin bu balıq haqqında etdikləri fərziyyələrin əsassız olduğu aydın olmuşdur. Sonrakı illərdə də 200-ə qədər canlı selakant tutulmuşdur. Canlı selakantın araşdırılmasıyla bu balığın yumşaq anatomiyasının amfibiyalara bənzəmədiyi, quruya çıxmaq üzrə olmadığı, dayaz sularda deyil, dərin dənizlərdə üzdüyü aydın omuşdur. (Ətraflı məlumat üçün baxın. Saxta ara keçid formaları hissəsi).
colacanth
Günümüzde yaşayan Colacanth
Dövrümüzdəki təkamülçülərin böyük bir hissəsinin amfibiyaların əcdadı olaraq göstərdikləri başqa bir balıq qrupu isə, rhipidistia dəstəsindən olan balıqlardır. Bu balıqların üzgəclərində, selakantda olduğu kimi qalın bir toxuma və sümüklər vardır. Təkamülçülər isə bu müxtəlif strukturlara görə bu canlıda ayaqların meydana gəlməyə başladığını iddia edirlər. Halbuki, bu strukturların quruda yaşayan canlıların ön və arxa ayaqlarıyla heç bir bənzərliyi yoxdur. Həmçinin, selakantda olduğu kimi canlının üzgəcinin sərt hissələri əzələlərinə zəif şəkildə bağlanmışdır. Bu isə bədənin ağırlığını daşıya biləcək şəkildə onurğaya bağlanmadığını göstərir. Yəni, bu balıqların üzgəclərində quruda yaşayan canlıların ayaqlarına bənzəyən heç bir xüsusiyyət yoxdur. Həmçinin, fosil qeydlərində olan ən qədim amfibiyada çanaq və çiyinlər geniş və güclüdür. Bunlar, balıqlarda olmayan xüsusiyyətlərdir və təkamülçülərin irəli sürdükləri əcdadlarda bu cür strukturların inkişafına dair heç bir iz yoxdur.
avustralya akciğerli balığı
Avustralya akciğerli balığı. Evrimciler, akciğerli balıkların, amfibiyenlerin atası olduğunu iddia ederler. Ancak bu balıkların akciğer yapısının kara canlılarının akciğerleri ile hiçbir benzerliği bulunmamaktadır.
Təkamülçülərin üçüncü "amfibiya atası" namizədləri isə, (dipnoi dəstəsindən olan) ağciyərli balıqlardır. Bu balıqlar həm qəlsəmələriylə, həm də suyun səthinə çıxmaqla tənəffüs edə bilərlər. Ancaq sahib olduqları ağciyər quruluşunun quruda yaşayan canlıların ağciyərləri ilə heç bir bənzərliyi yoxdur. Bu balığın skelet quruluşu da amfibiyalardan çox fərqlidir. Məsələn, balığın üzgəc quruluşunda ayaqlara dair heç bir iz yoxdur. Təkcə onurğanın deyil, daxili orqanlarının quruluşu da olduqca fərqlidir. Bu səbəblə də bu balıqlar təkamül prosesi keçirərək amfibiyalara çevrilə bilmək üçün çox böyük dəyişikliklər keçirməlidirlər. Məsələn, çanaq sümüyü əmələ gəlməklə yanaşı, qəlsəmələr əsl ağciyərlərə, qulaqlar və gözlər də quru havada işləyə biləcək strukturlara çevrilməlidir.
sahte ara form
Evrim teorisine göre, kara canlıları balıklardan evrimleşmiştir.Eğer bu iddia doğru olsaydı, fosil kayıtlarında resimdeki gibi yarı balık-yarı sürüngen canlılara ait fosiller bulunmalıydı. Ancak fosil kayıtlarında, bu tür canlıların hiçbir zaman yaşamadıkları görülmektedir.
Təkamülçülər hansı balıq növünü amfibiyaların əcdadı olaraq qəbul edirlərsə etsinlər, bir balıq amfibiyaya çevrilə bilmək üçün çox dəyişikliklər keçirməlidir. Buna görə də iki növün arasında bir çox ara keçid forması olmalıdır; yarı üzgəcli- yarı ayaqlı, yarı qəlsəməli-yarı ağciyərli, yarı böyrəkli və s. qəribə canlılar yaşamalı və bu canlıların sayları milyonlarla olmalıdır. Ancaq, fosil qeydlərində bu cür canlıların birinə belə rast gəlinməmişdir. Bütün dünyada 100 milyondan çox qalığın arasında tam balıqlar, tam amfibiyalar vardır, lakin bu cür ara keçid formaları yoxdur. Bu, təkamülçülərin də qəbul etdiyi və təkamül nəzəriyyəsini yalanlayan bir həqiqətdir.
Məsələn, MİT-dən professor Robert Vesson, amfibiyaların fosil qeydlərində qəfildən ortaya çıxdıqlarını və balıqlardan amfibiyalara keçidin mövcud olduğunu göstərən bir dəlil olmadığını belə açıqlayır:
Bir balığın amfibiyaya çevrilərkən hansı mərhələlərdən keçdiyi məlum deyil. İlk amfibiyalarla bəzi sümüklü üzgəcləri olan müəyyən (rhipidistian) balıqlar arasında oxşarlıqlar var. Ancaq ilk quruda yaşayan heyvanlar, dörd yaxşı ayaq, çiyin və çanaq sümüyü, qabırğa sümükləri, və fərqli baş strukturları ilə ortaya çıxırlar... 320 milyon il əvvəl, bir neçə milyon il ərzində bir qrup amfibiya dəstəsi qeydlərdə qəfildən ortaya çıxır və açıq şəkildə heç biri digərinin əcdadı deyil. 28
Vessonun da ifadə etdiyi kimi, quruda yaşayan canlılar, fosil qeydlərində 4 möhkəm ayaqları, çiyinləri, qabırğaları və digər quruda yaşayan canlılara məxsus xüsusiyyətləriylə qəfildən ortaya çıxır. Bu canlıların təkamüllü əcdadı olaraq göstərilə biləcək heç bir qalıq yoxdur. Eyni həqiqəti Yale Universitetindən biologiya professoru Keith Stewart Thomson belə ifadə edir:
Balıqlarla tetrapodlar (quruda yaşayan dörd ayaqlı canlılar) arasında hələ də həqiqi ara keçid forma qalıqlarına sahib olmamağımıza baxmayaraq, tetrapodların əcdadı olması lazım olan balıq qrupunun xüsusiyyətləri haqqında olduqca səs-küylü bir şəkildə mübahisə azadlığına sahibik. 29
acanthostega
Acanthostega: Evrimcilerin balıklardan amfibiyenlere geçişe örnek gösterdikleri bir canlı. Ancak bu canlı bir ara geçiş formu değildir.

Amfibiyalardan Sürünənlərə

Darvinist iddiaya görə, tısbağa, timsah, kərtənkələ, ilan kimi sürünənlər amfibiyalardan təkamülləşmişlər. Amfibiyalar və sürünənlər bir çox baxımdan çox fərqli xüsusiyyətlərə sahibdirlər. İki canlı qrupu arasındakı ən diqqətə çarpan fərqlərdən biri yumurtalarının quruluşudur. Amfibiyalar yumurtalarını suya buraxdıqları üçün yumurtalar suda inkişaf etməyə uyğun bir quruluşa sahibdirlər. Keçirici və şəffaf pərdələri və jeleyəoxşar quruluşları vardır. Sürünənlərin yumurtalarının quruluşu isə kontinental iqliminə uyğun yaradılmışdır. "Amniotik yumurta" olaraq da məlum olan sürünən yumurtasının sərt qabığı hava keçirər, amma su keçirməz. Bu sayədə balanın ehtiyac duyduğu maye, o yumurtadan çıxana qədər mühafizə olunur.
amfibiyenleramfibiyen
Amfibiyenlerle sürüngenler arasındaki en önemli farklardan biri yumurtalarının yapısıdır. Amfibiyenlerin su ortamına uygun şeffaf ve geçirgen yumurtalarına karşılık, sürüngenlerin kara ortamına uygun kalın kabuklu yumurtaları vardır.
1. Tam bir amfibiyen
2-4. Hayali ara geçiş formları
5. Tam bir sürüngen.
Sürüngenlerin, amfibiyenlerden evrimleştiğini gösteren hiçbir ara geçiş fosili bulunmamaktadır.
Əgər amfibiya yumurtaları quruya qoyulsa, qısa müddətdə quruyar və içindəki embrionlar da ölər. Bu vəziyyət sürünənlərin mərhələli şəkildə amfibiyalardan təkamülləşdiklərini irəli sürən təkamül nəzəriyyəsi baxımından izah oluna bilməyən bir problemdir. Çünki qurudakı həyat başlayacaqsa, amfibiya yumurtasının tək bir nəsil ərzində amniotik yumurtaya çevrilməsi zəruridir. Bunun təkamül mexanizmləri olaraq irəli sürülən təbii seleksiya-mutasiya tərəfindən necə reallaşdırılmış ola biləcəyi izah oluna bilmir.
Digər bir tərəfdən fosil qeydləri də sürünənlərin mənşəyinə dair təkamülçü bir izah verməyə imkan vermir. Məşhur təkamülçü paleontoloq Lewis L. Carroll, "Sürünənlərin Mənşəyi Problemi" başlıqlı məqaləsində bu həqiqəti belə qəbul edir:
Çox təəssüf ki, sürünənlərin ortaya çıxmasından əvvəl yaşamış olan tək bir sürünən əcdadı nümunəsi belə yoxdur. Bu ara keçid formaların olmaması amfibiya-sürünən keçidi haqqındakı bir çox problemin həll olmasına imkan vermir. 30
Onurğalı paleontologiyası mövzusunda nüfuz sahibi olan Robert Carroll isə "ilkin sürünənlərin bütün amfibiyalardan çox fərqli olduqlarını və əcdadlarının hələ də müəyyənləşdirilə bilmədiyini" qəbul etmək məcburiyyətində qalır. 31 Eyni həqiqət Stefen Cey Quld tərəfindən də qəbul edilir və Quld: "Heç bir amfibiya qalığı, bütün quruda yaşayan onurğalıların (sürünənlərin, quşların və məməlilərin) əcdadı kimi görünmür" deyir. 32
seymouria
Evrimcilerin, sürüngenlerin atası olarak tanıttıkları Seymouria'nın sürüngenlerle aynı dönemde yaşadığı anlaşıldığında, evrimcilerin bu iddiası da çöpe atılmıştır.
İndiyə qədər "sürünənlərin əcdadı" olaraq göstərilməyə çalışılan ən əhəmiyyətli canlı isə, Seymouria adlı amfibiya növü olmuşdur. Halbuki “Seymouria”nın bir ara keçid forması ola bilməyəcəyi, “Seymouria”nın yer üzündə ilk dəfə ortaya çıxmasından 30 milyon il əvvəl də sürünənlərin yaşadıqlarının tapılmasıyla ortaya çıxmışdır. Ən qədim Seymouria qalıqları alt perm təbəqəsinə, yəni bundan 280 milyon il əvvələ aiddir. Halbuki məlum olan ən qədim sürünən növləri hylonomus və paleothyris, alt Pensilvaniya təbəqələrində tapılmışdır ki, bu təbəqələr 330-315 milyon il əvvələ aiddir.33 Bu vəziyyətdə "sürünənlərin əcdadı"nın, təkamülçülərin iddia etdikləri kimi sürünənlərdən xeyli sonra yaşamış olması, əlbəttə ki, qeyri-mümkündür.
Bir sözlə, elmi tapıntılar sürünənlərin yer üzündə təkamül nəzəriyyəsinin irəli sürdüyü kimi mərhələli bir inkişafla deyil, heç bir əcdadları olmadan bir anda ortaya çıxdıqlarını göstərir.

Dəniz Sürünənlərinin Əsl Mənşəyi

Dəniz sürünənləri də, təkamülçülərin mənşəyini açıqlaya bilmədikləri başqa bir canlı qrupudur. İndiki vaxtda yaşayan dəniz tısbağaları bu qrupun bir üzvüdür. Məlum olan ən əhəmiyyətli dəniz sürünəni isə, ichthyosaur olaraq adlandırılan nəsli tükənmiş canlıdır. Təkamülçülər bu canlının quruda yaşayan sürünənlərdən təkamülləşdiyini irəli sürürlər. Ancaq bunun necə reallaşdığını izah edə bilməz və qalıq qeydlərindən dəlil də təqdim edə bilməzlər.
ichthyosaur
1. Soyu tükenmiş bir deniz sürüngeni olan Ichthyosaur
2. Ichthyosaur fosili
Ichthyosaurların, xüsusilə də okean sahilində və dərin sularda yaşayan növləri olduqca mürəkkəb və özünəməxsus xüsusiyyətlərə malikdir. Təkamülçülər isə quruda yaşayan bir sürünənin təsadüflər nəticəsində sahildə və dərin sularda yaşamağa uyğunlaşdığını irəli sürürlər. Bu, reallaşması qeyri-mümkün bir ssenaridir. Onurğalı tarixi mütəxəssisi Romer, Ichthyosaurun özünəməxsus xüsusiyyətlərinin ortaya çıxması üçün çox uzun müddət lazım olduğunu, buna görə də bu canlıların çox qədim bir mənşəyə sahib olmalarının zəruri olduğunu ifadə edir və sonra da bu canlıların əcdadı olaraq qəbul edilə biləcək heç bir perm dövrü sürünəninin məlum olmadığını qəbul edir.34 Romerin 60-cı illərdə aşkarladığı bu həqiqət hələ də etibarlılığını qoruyur.
Aprel 2003 tarixli “Scientific American” jurnalının xüsusi əlavələr hissəsində dərc olunan "Rulers of the Jurassic Seas" (Yura Dəniz Hökmdarı) başlıqlı yazıda da ichthyosaurların bədənlərinin yalnız sahillərdə deyil, okeanlarda da yaşamaq üçün əlverişli şəkildə olduğu ifadə edilir və bu səbəblə də qurudan dənizə keçmək üçün "həddindən artıq adaptasiyalar" keçirməklə bir çox xüsusiyyətlərini itirmələri və yeni xüsusiyyətlər qazanmalarının lazım olduğu izah edilir.35 Bu isə canlının ortaya çıxmasına qədər çox uzun bir dövr keçməsini və çoxlu sayda ara keçid formasının olmasını tələb edir. Halbuki qalıq qeydlərində ichthyosaurların əcdadları olaraq qəbul edilə biləcək ara keçid formalardan əsər-əlamət yoxdur. Tapılan qalıqlar ya quruda yaşayan sürünənlərə, ya da dənizdə yaşayan sürünənlərə aiddir.
İchthyosaurlar ilə quruda yaşayan canlıların bəzi xüsusiyyətlərinin müqayisə edilməsi bu iki canlı növü arasında təkamül prosesinin baş verməsinin nə qədər qeyri-mümkün olduğunu görmək baxımından faydalı olacaq:
• İchthyosaurları, quruda yaşayan canlılardan fərqləndirən ən diqqətə çarpan xüsusiyyətlərindən biri üzmək üçün istifadə etdikləri palitra bənzəri geniş və yastı ayaqlarıdır. Quruda yaşayan canlılarda bu cür yastı bir ayaq yoxdur. Bir çox sürünənin ön ayaqlarındakı nazik sümüklərin əksinə, ichthyosaurların ön ayaq sümükləri qısa və enlidir. Bundan əlavə, bütün ayaq sümüklərinin forması bir-birinə bənzəyir. Digər dörd ayaqlı canlıların əksəriyyətində biləkdəki sümüklərlə ovuc içi sümüklərini fərqləndirmək olduqca asandır. Daha da əhəmiyyətlisi, ichthyosaurların sümükləri, aralarında dəri olmadan bir-birinə çox yaxın olacaq şəkildə sıxışdırılmışdır və beləcə möhkəm və dözümlü bir lövhə meydana gəlmişdir. Bütün ayaq barmaqlarının tək bir yumşaq toxumayla örtülmüş olması heyvanın ayaqlarının möhkəmliyini artırır. Müasir balinalarda, delfinlərdə, suitlərində və dəniz tısbağalarında da eyni quruluş vardır. Bu cür yumşaq toxumalar həmçinin palitralı ayaqların hidrodinamik səmərəliliyini artırır, çünki su müqavimətini azaldacaq bir formaya sahibdir. Əgər barmaqlar bir-birindən ayrı olsaydı bu baş verə bilməzdi. İchthyosaurların bu özünəməxsus ayaqlarının təkamüllə necə meydana gəldiyi sualı isə cavabsızdır. Nə balıqların üzgəclərindən, nə də quruda yaşayan sürünənlərinin ayaqlarından belə bir ayaq quruluşuna mərhələli keçidin olduğunu göstərən heç bir dəlil yoxdur. Həmçinin, “Scientific American” da bu cür bir palitralı ayağa mərhələli və müəyyən bir ardıcıllıqda keçid olmadığını qəbul edir və belə deyir:
Əslində ichthyosaur ayaqlarının analiz nəticələri, barmaqların məhv olduğu, əlavə olunduğu və bölündüyü çox mürəkkəb təkamül müddəti ortaya qoyur. 36
Göründüyü kimi ichthyosaurların palitralı ayaqlarının saxta təkamüllü tarixi təkamülçülərin gözlədikləri kimi davamlılıq göstərən bir inkişaf göstərmir. Ancaq “Scientific American” bütün digər təkamülçülər kimi, bu vəziyyəti görməzdən gəlir və klassik təkamülçü demaqoqluğu ilə oxucuların da həqiqətləri görməmələri üçün belə deyir:
Deməyə ehtiyac yoxdur, təkamül həmişə bir xüsusiyyətdən digərinə daimi və tək bir istiqamətli yol izləməz. 37
Məhz təkamülçülər "təkamül ümidləri" həqiqətə çevrilmədikdə bu cür şərhlər edərək nəzəriyyələrini xilas etməyə çalışırlar. Halbuki, qalıq qeydlərindən əldə olunan tapıntılar ortada bir təkamül olmadığını açıq şəkildə göstərir.
• Sürünənlərlə ichthyosaurlar arasındakı başqa fərq, bədənlərinin ön tərəfindəki fəqərələrin sayıdır. Sürünənlərin bədənlərinin ön hissəsində yalnız 20 ədəd qədər fəqərə olduğu halda, ichthyosaurlarda 40 ədəd qədər fəqərə vardır. Yəni qondarma təkamül müddətində bu canlılarda baş verən mutasiyaların digər dəyişikliklərlə yanaşı bu canlılara 20 onurğa daha əlavə etmiş olması lazımdır. Yenə, təxmin edilə biləcəyi kimi, fəqərə sayı baxımından da ara keçid forması meydana gətirə biləcək sürünənlərin (məsələn, 25, 30 və ya 35 onurğalı canlıların) qalıqlarından əsər-əlamət yoxdur.
sahte araformlar
1. Sürüngen yapısına sahip timsah fosili.
2-4. Bu hayali ara geçiş formlarına ait fosil ve yeryüzü katmanlarında rastlanmaz.
- Okean sahillərində ovlanan heyvanların çox az qida tapa bildikləri üçün enerji baxımından çox səmərəli bir üzmə qabiliyyətinə sahib olmaları lazımdır. Quyruğa bənzər bir üzgəc belə bir üzmə üçün idealdır. Bu cür üzgəclər xizək kimi sürüşər və həmçinin canlının üzmə qabiliyyətini də artırar. İchthyosaurlarda da bu cür bir üzgəc var. Bu üzgəcin ilki hesab oluna biləcək heç bir bioloji quruluşa aid qalıq yoxdur.
Göründüyü kimi balıq formalı ichthyosaurlar dərin okean sularında yaşamaq üçün xüsusi olaraq yaradılmış mürəkkəb xüsusiyyətlərə sahibdirlər. Quruda yaşayan canlının bu xüsusiyyətlərə sahib olması üçün bir çox məqsədəuyğun mutasiyaya məruz qalması lazımdır. Halbuki təsadüflər canlının hər bir xüsusiyyətini müəyyən bir mühitə uyğun olacaq şəkildə planlı olaraq dəyişdirə bilməz. Təsadüflər quruda yaşayan bir canlını ayaq barmaqlarından onurğalarına, gözünün quruluşundan üzmə tərzinə qədər necə dəyişdirəcəklərini, dərin sularda yaşaya biləcəyi şəkildə bu canlını necə dizayn etməli olduqlarını bilməzlər. Təsadüflər bunları bacara biləcək şüura və ağla sahib deyil. Necə ki, fosil qeydləri də, bu canlıların mərhələli təsadüfi dəyişikliklərlə deyil, bir anda mürəkkəb və özünəməxsus bədən quruluşlarıyla ortaya çıxdıqlarını göstərir.
Kolber və Morales, “Evolution of the Vertebrates” (Onurğalıların Təkamülü) adlı kitablarında bu canlıların mənşəyi haqqında belə deyirlər:
Dəniz məməlilərinin bir çox cəhətdən ən xüsusiləşmiş növü olan ichthyosaur erkən trias dövründə ortaya çıxmışdır. Sürünənlər geologiya tarixinə, ən qəfil və dramatik bir şəkildə daxil olmuşdur; Triasdan əvvəlki dövrlərə aid fosil yataqlarında ichthyosaurların varlığı yaşaması mümkün ola biləcək əcdadlarına aid heç bir iz yoxdur... İchthyosaur əlaqələri haqqındakı ən vacib problem, bu sürünənləri məlum olan başqa hər hansı bir sürünən dəstəsinə bağlaya biləcək heç bir nəticələndirici dəlilin tapıla bilməməsidir. 38
Onurğalı paleontoloqu Chris McGowan isə ichthyosaurların təkamül keçirmiş heç bir əcdadları olmadan fosil qeydlərində qəfildən meydana çıxdıqlarını belə ifadə edir:
İchthyosaurların göydən düşdüklərini irəli sürdüm. Biabırçı həqiqət budur ki, ichthyosaurların əcdadları hələ də tapıla bilmədi. Bu vəziyyət paleontoloqların fərziyyə meydana gətirmələrinə mane olmadı, sürünən qruplarının əksəriyyəti vaxtaşırı olaraq “ichthyosaur”un əcdadı kimi tanıdıldı. 39
Təkamülçü McGowanın səmimiyyətlə etiraf etdiyi kimi, dəlil olmaması təkamülçülərin dəniz sürünənlərinin mənşəyi üçün uydurma əcdadlar meydana gətirmələrinə mane olmur. Ancaq təkamülçü fərziyyələr həqiqətləri ört-basdır etmək üçün kifayət deyil. Aydındır ki, bütün digər canlılar kimi dəniz sürünənləri də yaradılmışdır, bu səbəblə də qalıq qeydlərində "atalarına" aid qalıqlar tapıla bilmir.

Məməlilərin Əsl Mənşəyi

Təkamül nəzəriyyəsinə görə bəzi sürünənlər quşlara, bəziləri də məməlilərə təkamülləşmişdir. Ancaq, məməlilərlə sürünənlər arasında çox böyük fərq vardır. Məsələn, sürünənlər soyuqqanlıdır, sərt qabıqlı yumurtalar yumurtlayaraq çoxalarlar. Bədənləri pulcuqlarla örtülüdür. Bütün sürünənlərin alt çənələrində yeddi sümük var. Qulaqlarında isə bir sümük var. Məməlilər isə istiqanlıdır, bala doğarlar, süd vəzləri və tükləri vardır. Bir alt çənə sümükləri var və hər iki qulaqlarında çəkic, üzəngi və zindan adlanan üç sümük var. Əgər məməlilərin ən mürəkkəb və iç-içə keçmiş sistem və bədən quruluşları mutasiyalar nəticəsində sürünənlərdən təkamülləşmişsə, qalıq qeydlərində bu keçidi göstərən çoxlu sayda qalıq olmalıdır. Məsələn, süd vəzləri tam meydana gəlməmiş, dərisində yarı pulcuqlar-yarı tüklər olan, qıçlarının bir qismi uzanmış, bir qismi hələ də sürünənlərin qıçı kimi daha qısa və bənzəri yarımçıq, tamamlanmamış xüsusiyyətlərə sahib canlıların qalıqlarına yer üzü təbəqələrində mütləq rast gəlməliydik. Ancaq bu cür tək bir qalıq belə yoxdur. Çünki bu cür canlılar tarix boyu heç vaxt yaşamamışdır, çünki yaşasaydılar qalıqları tapılardı.
hayali ara formlar
1. Tam bir sürüngen olan timsah.
2-5. Hayali ara formlar
6. Tam bir memeli olan sincap. Resim
7. Çok sayıda fosiline rastladığımız tam bir kaplumbağa Resim
8. Bu ve benzeri hayali ara formlardan eser yokturbu ve benzeri hayali ara formlardan ise tek bir tane bile yoktur!
9.Fosilleri olan tam bir tavşan
Həmçinin, atlardan insanlara, dələlərdən fillərə qədər bir çox məməli növü və cinsi vardır. Bu növlərin hamısının sürünənlərdən təkamülləşdikləri iddia edilir. Məməlilərin ortaya çıxmasının isə 100 milyon il davam etdiyi iddia edilir. Buna görə də bu qədər uzun bir müddət ərzində, çoxlu sayda növün meydana gələ bilməsi üçün, milyonlarla ara keçid forması qalığı tapılmalıdır. Ancaq təkamülçülərin tapmağı ümid etdikləri ara keçid formaların birinə belə qalıq qeydlərində rast gəlinməmişdir. Təkamülçülər yalnız therapsida dəstəsinə aid və "məməliyə bənzər sürünənlər" olaraq da məlum olan qrupun qalıqlarını sürünənlərlə məməlilər arasındakı ara keçid forması olaraq göstərirlər. Ancaq saxta ara keçid formalar hissəsində incəlikləriylə araşdırılacağı kimi bu iddiaları əsassızdır.
Məməlilərin əcdadı olaraq göstərilən "məməliyə bənzər sürünənlərin" nəsli tükənmişdir və bu canlılar qalıq qeydlərində qəfildən meydana çıxır və qəfildən yox olurlar.
Məməliyə bənzər sürünənlərin nəsillərinin tükənmiş olması təkamülçülərə bu canlıların qalıqları üzərində istədikləri kimi fərziyyə irəli sürmə imkanı verir. Halbuki, yalnız bir neçə sümüyə baxaraq növlər arasında bir bənzərlik yaratmaq məqbul bir üsul deyil. Bəzi təkamülçülər skeletləri arasında bənzərlik olan canlıların yumşaq toxumalarının da bənzər olduğu yanılmasına qapılırlar. Michael Denton təkamülçülərin bu yanılması haqqında bu şərhi verir:
...Skeletləri baxımından bir-birinə çox yaxın kimi görünən qalıq canlıların əslində bütün bioloji xüsusiyyətləri nəzərə alındığında bir-birinə uzaq olduqları görünür, eynilə plasentalı və kisəli itlərdə olduğu kimi. Bundan əlavə, məməliyə bənzər sürünənlər kimi heç bir nümayəndəsi qalmayan qrupların yumşaq bioloji xüsusiyyətlərinin məlum olan sürünən və ya məməlilərdən tamamilə fərqli olma ehtimalı vardır. Bu isə onların məməli əcdadı olma ehtimallarını tamamilə ortadan qaldırır. Eynilə, canlı selakantın tapılmasıyla yumşaq bədən quruluşundakı gözlənilməyən və rhipidistian qohumlarının ata-baba statuslarına şübhə edilməsinə səbəb olan xüsusiyyətlərin ortaya çıxması kimi. 40
Məməliyə bənzər sürünənlərin beyinlərinin öyrənilməsi nəticəsində bu canlıların məməli xüsusiyyətlərinə sahib olmadıqları, tamamilə sürünənlərə bənzədikləri nəticəsi əldə edilmişdir. Məməlilər, beyin həcmləriylə bütün sürünənlərdən (və "məməliyə bənzər sürünənlərdən") fərqlənirlər:
...Bənzər faktorlar məməliyə bənzər sürünənlər kimi digər klassik keçid qruplarının da mövqelərini kölgə altına salır. Məməliyə bənzər sürünənlərin anatomiyaları və fiziologiyalarının tamamilə sürünən olma ehtimalını nəzərə almamaq olmaz. Yumşaq bioloji xüsusiyyətləriylə əlaqədar əlimizdəki tək dəlil kəllə daxili quruluşlarıdır. Və bunlar sinir sistemləri baxımından tamamilə sürünən olduqlarını göstərir. Kəllə daxili quruluşlarını araşdırma mövzusunda digər nüfuzlu şəxslərdən daha təcrübəli olan Jerison, məməliyə bənzər sürünənlərin beyinləri haqqında bu şərhi verir: "... Bu heyvanların beyinləri tipik olan çox aşağı onurğalı beynidir...". Kəllə daxili quruluşlarının gözlənilən beyin ölçülərinin həcminə çox yaxın olduğu və bunlar beyin ölçüsündəki maksimum limiti göstərdiyi üçün məməliyə bənzər sürünənlərin məməlilərin beyinlərinə yaxın ölçülərdə beyinləri olması mümkün deyil... Bir sözlə, məməliyə bənzər sürünənlər beyinləri baxımından məməlilərə deyil, sürünənlərə bənzəyir..."
Məməliyə bənzər sürünənlərin beyinlərində məməlilərə bənzər xüsusiyyətlər olmasıyla əlaqədar əslində az sayda iddia var... Önbeyin yeri müəyyənləşdirilə bildiyi dərəcədə, sürünən ölçülərində və formasındadır. Məlum olan ən qədim məməli qalıqlarında isə vəziyyət belə deyil.
Haqqında qaneedici bir dəlili olan ilk məməli (yəni üst yura dövrünə aid olan triconodon) böcək yeyən heyvanlar və ya Virjinya Opossumu (kiçik bir məməli növü) kimi indiki vaxtda yaşayan "ibtidai" məməlilərlə eyni səviyyədə idi. Tamamilə özüylə bənzər böyüklüyə sahib sürünənlərdən daha böyük beyinli idi. 41
"Məməliyə bənzər sürünənlərə" əslində yalnız çənə, oynaq yerlərinə görə belə bir oxşarlığa əsasən tərif verirlər. Halbuki, tək bir xüsusiyyət belə bir tərif vermək üçün kifayət etməz. 42
Roger Lewin
Roger Lewin
Bu canlıların üzərində aparılan araşdırmalar da bunların məməlilərlə heç bir əlaqəsinin olmadığı istiqamətində nəticə verir. Məsələn, morganucodon 1973-cü ildə London Universiteti Kolleci, zoologiya bölməsindən dr. K. A. Kermak və başqa tədqiqatçılar tərəfindən cynodont, yəni əsl sürünən mərhələsini keçmiş bir ara keçid forması olaraq tanıdılmışdı. Çində və Britaniyanın Uels bölgəsində bir çox morganucodon parçası tapıldı. Bu, təxminən eyni dövrlərdə dünyanın dənizlə bir-birindən ayrılmış iki müxtəlif ucunda, eyni keçid mərhələlərinin yaşandığını göstərirdi ki, bu da qeyri-mümkün idi. Tədqiqatçılar “morganucodon”nun və daha əvvəl yaşamış olan “Kuehneotherium”un çənə sümükləri baxımından tam bir sürünən olduqlarını ifadə etdilər. 43
Sürünənlərlə məməlilər arasında ara keçid forması olduqları iddia edilən bu canlılar haqqında başqa bir problem isə zamanla əlaqədardır. Bu məməliyə bənzər sürünənlər böyük sürünən dövrünün sonunda deyil, əvvəlində ortaya çıxırlar. Bu isə xəyali təkamül ağacına görə 100 milyon il erkən ortaya çıxdıqları mənasını verir.
Tom Kemp “New Scientist” jurnalındakı "The Reptiles That Became Mammals" (Məməliyə Çevrilən Sürünənlər) başlıqlı təkamülçü yazısında məməliyə bənzər sürünənlərin qalıq qeydlərində qəfildən ortaya çıxdıqlarını belə qəbul edir:
Məməliyə bənzər sürünənlərin hər bir növü qalıq qeydlərində qəfildən ortaya çıxır və özlərindən əvvəl heç bir əcdadları yoxdur. Bir müddət sonra eyni şəkildə qəfildən arxalarında nəsilləri olan bir növ buraxmadan yox olarlar. 44
Bütün bunlar sürünənlərin məməlilərə təkamülləşdiyi istiqamətindəki fərziyyənin heç bir elmi əsasının olmadığını göstərir. Təkamülçü paleontoloq Roger Lewini, "ilk məməliyə necə keçildiyi hələ də bir sirrdir" demək məcburiyyətində qoyan çıxılmaz vəziyyət davam edir. 45
Digər bir tərəfdən məməlilərin öz aralarındakı kateqoriyalarının mənşəyi də təkamül nəzəriyyəsi baxımından qaranlıqdır. Təkamülçü zooloq Erik Lombard, “Evolution” (Təkamül) adlı jurnalda belə yazır:
Məməlilər sinfi daxilində təkamüllü qohumluq əlaqələri (filogenetik qohumluqlar) qurmaq üçün məlumat axtaranlar peşman olacaq. 46
Bir sözlə, məməlilərin mənşəyi digər canlı qruplarında olduğu kimi təkamül nəzəriyyəsiylə heç bir şəkildə uyğunlaşdırıla bilmir.

Dəniz Məməlilərinin Əsl Mənşəyi

Balinalar və delfinlər eynilə quruda yaşayan məməlilər kimi doğduqları balalarını əmizdirdikləri, ağciyərlə nəfəs alıb bədənlərini istilətdikləri üçün "dəniz məməliləri" olaraq tanınan canlı qrupunu meydana gətirirlər. Dəniz məməlilərinin mənşəyi isə təkamülçülər tərəfindən açıqlanması ən çətin mövzulardan biridir. Bir çox təkamülçü qaynaqda əcdadları quruda yaşayan dəniz məməlilərinin uzun bir təkamül müddəti nəticəsində dəniz mühitinə keçəcək şəkildə təkamülləşdikləri irəli sürülür. Buna görə də guya əcdadları olan balıqların "sudan quruya keçmə" müddəti yaşadığı fərz edilən dəniz məməliləri, ikinci bir təkamül müddətinin nəticəsi olaraq təkrar su mühitinə qayıtmışdırlar. Halbuki bu nəzəriyyə heç bir paleontoloji dəlilə əsaslanmır və məntiqi baxımdan da ziddiyyətlidir.
Təkamül nəzəriyyəsinin balinaların mənşəyi haqqındakı iddiası bir "qalıqlar silsiləsinə" əsaslanır. Bir sıra canlılar bir-birinin arxasınca düzülür və bunların "balina təkamülünün ara keçid formaları" olduğu irəli sürülür. Bu canlıların yaşadıqları geoloji dövrə görə yerləri təkamülçülərə görə belədir:
Pakicetus (50 milyon il əvvəl > Ambulocetus (49 milyon il əvvəl) > Rodhocetus (46.5 milyon il əvvəl) > Procetus (45 milyon il əvvəl) > Kutchicetus (43-46 milyon il əvvəl) > Dorudon (37 milyon il əvvəl) > Basilosaurus (37 milyon il əvvəl) > Aetiocetus (24-26 milyon il əvvəl)
Bu sxemin bir çox yanıldıcı xüsusiyyəti var. Ancaq əvvəlcə ən vacib olanını açıqlayaq. Sxemdəki ilk iki canlı, yəni pakicetus və ambulocetus təkamülçülərə görə bir "yeriyən balina"dır, amma həqiqətdə quruda yaşayan bir məməli olan bu canlılara "balina" olaraq tərif vermək tamamilə xəyali, hətta gülməli bir iddiadır.
Əvvəlcə pakicetusa nəzər salaq.
Uzun adı pakicetus inachus olan bu nəsli tükənmiş məməliyə aid qalıqlar ilk dəfə 1983-cü ildə gündəmə gəldi. Qalığı tapan P. D. Gingerich və köməkçiləri, canlının sadəcə kəlləsini tapmalarına baxmayaraq, heç çəkinmədən onun "ibtidai balina" olduğunu iddia etdilər.
EVRİMCİLERİN "YÜRÜYEN BALİNA" SENARYOSU BİLİM DIŞIDIR
balina
1. Pakicetus (50 milyon yıl önce)
2. Ambulocetus (49 milyon yıl önce)
3. Kutchicetus (43-46 milyon yıl önce)
4. Rodhocetus (46.5 milyon yıl önce) r
5. Dorudon (37 milyon yıl önce)
6. Basilosaurus (37 milyon yıl önce)
7. Pakicetus
Halbuki qalığın "balina" ilə heç bir əlaqəsi yoxdu. Skeleti bildiyimiz canavarlara bənzəyən dörd ayaqlı bir quruluşdaydı. Qalığın tapıldığı yer paslanmış dəmir filizinin də tapıldığı və ilbiz, tısbağa və ya timsah kimi quruda yaşayan canlıların da qalıqlarının olduğu bir bölgə idi; yəni dəniz yatağı deyil, quru parçası idi.
Bəs dörd ayaqlı quruda yaşayan bir canlı olan bu qalıq niyə "ibtidai balina" olaraq elan edilmişdi? Yalnız dişlərindəki və qulaq sümüklərindəki bəzi xüsusiyyətlərdən ötrü! Halbuki bu xüsusiyyətlər pakicetus ilə balinalar arasında bir əlaqə yaratmaq üçün dəlil ola bilməz. Canlılar arasındakı anatomik bənzərliklərə əsaslanaraq qurulmaq istənilən bu kimi nəzəri əlaqələrin əksəriyyətinin olduqca çürük olduğunu təkamülçülər də qəbul edir. Əgər Avstraliyada yaşayan dimdikli məməli olan ördəkburunlar və ördəklər nəsilləri tükənmiş canlılar olsaydılar, təkamülçülər eyni məntiqlə (dimdik bənzərliyinə əsaslanaraq) bunları da bir-birlərinin qohumu olduğunu bəyan edəcəkdilər. Halbuki ördəkburun bir məməli, ördək isə bir quşdur və aralarında təkamül nəzəriyyəsinə görə də bir qohumluq əlaqəsi yaradıla bilməz. Eyni şəkildə təkamülçülərin "yeriyən balina" olduğunu bəyan etdiyi pakicetus da fərqli anatomik xüsusiyyətlərə sahib olan xüsusi bir növdür. Necə ki, onurğalı paleontologiyasının nüfuzlu şəxslərindən Carroll, pakicetusun da daxil edilməsi lazım olan mesonychid ailəsinin "qəribə xarakterlərdən meydana gələn bir birləşmə göstərdiyini" ifadə edir.47 Bu tip "mozaik canlıların” təkamül prosesi keçirmiş ara keçid forması hesab edilə bilməyəcəyini, Quld kimi aparıcı təkamülçülər də qəbul edir.
EVRİMCİLERİN HAYALİ BALİNANIN EVRİMİ ŞEMASI
balina
Evrimcilerin bu hayali şemaya yerleştirdikleri canlıların fosilleri incelendiğinde, aralarında büyük anatomik farklılıklar bulunduğu ve birbirlerine bağlanan ara formlar olmadıkları açıkça görülmektedir.
Yaradılışı müdafiə edən yazıçı Ashby L. Camp, "The Overselling of Whale Evolution" (Balina Təkamülünün Şişirdilmiş Təbliğatı) başlıqlı məqaləsində pakicetus kimi quruda yaşayan məməlilərin də daxil olduğu mesonychidler sinfinin, qədimi balinaların, yəni nəsli tükənmiş balinaların əcdadı olduğu istiqamətindəki iddianın əsassızlığını belə açıqlayır:
Təkamülçülərin mesonychidlərin qədimi balinalara çevrildiyi mövzusunda özlərindən əmin olmalarının səbəbi, həqiqi nəsil əlaqəsində iştirak edən bir növü müəyyənləşdirə bilməmələrinə baxmayaraq, məlum olan mesonychidlər və qədimi balinalar arasında bəzi bənzərliklərin olmasıdır. Ancaq bu bənzərliklər, xüsusilə də (iki qrup arasındakı) böyük fərqliliklər əsasında bir əcdad əlaqəsi iddia etmək üçün kifayət etmir.
Bu kimi olduqca subyektiv müqayisələr, indiyə qədər bir çox müxtəlif məməli və hətta sürünən qrupunun balinaların əcdadı olaraq irəli sürülməsindən məlumdur.48
Xəyali balina təkamülü sxemində pakicetusdan sonra gələn ikinci qalıq canlı, ambulocetus natansdır. İlk dəfə 1994-cü ildə “Science” jurnalında dərc olunan bir məqalə ilə elan olunan bu qalıq da, təkamülçülər tərəfindən zorakı üsulla "balinalaşdırılmaq" istənilən quruda yaşayan bir canlıdır.
Həqiqətdə nə pakicetusun, nə də ambulocetusun balinalarla bir qohumluqları olduğuna dair heç bir dəlil yoxdur. Təkamül sxemində pakicetus və ambulocetusunda sonra dəniz məməlilərinə keçilir və procetus, rodhocetus kimi qədimi balina (nəsli tükənmiş balina) növləri sıralanır. Qeyd olunan bu canlılar həqiqətən də suda yaşayan nəsli tükənmiş məməlilərdir. Ancaq pakicetus və ambulocetus ilə bu dəniz məməliləri arasında çox böyük anatomik müxtəlifliklər var. Canlıların qalıqları araşdırıldığında bir-birlərinə bağlanan "ara keçid forma"ların olmadığı açıq şəkildə görünür:
• Dörd ayaqlı quruda yaşayan bir məməli olan ambulocetusda onurğa çanaq sümüyündə bitir və bu sümüyə bağlı olan güclü qıç sümükləri uzanır. Bu quruda yaşayan tipik bir məməli heyvan anatomiyasıdır. Balinalarda isə onurğa quyruğa tərəf uzanır və çanaq sümüyü yoxdur. Necə ki, ambulocetusdan 10 milyon il qədər sonra yaşadığı düşünülən basilosaurus da eynilə bu anatomiyaya sahibdir. Yəni tipik bir balinadır. Quruda yaşayan bir canlı olan ambulocetus ilə bir balina olan basilosaurus arasında isə heç bir "ara keçid forması" yoxdur.
• Basilosaurusun və kaşalotun onurğalarının alt hissəsində onurğayla əlaqəsi olmayan kiçik sümüklər vardır. Təkamülçülər bunların "kiçilmiş qıçlar" olduğunu iddia edir. Halbuki bəhs olunan sümüklər basilosaurusda "cütləşmə vəziyyətini almağa kömək edir", kaşalotta isə "çoxalma orqanlarına dəstək verir". 49 Onsuz da olduqca əhəmiyyətli bir funksiyanı öz boynuna götürmüş olan skelet parçalarını başqa bir funksiyanın "korlaşmış orqanı" olaraq adlandırmaq, təkamülçü ön mühakimədən başqa bir şey deyil.
Nəticədə dəniz məməlilərinin quruda yaşayan məməlilərlə aralarında bir "ara keçid forması" olmadan, özünəməxsus bədən quruluşlarıyla ortaya çıxdıqları həqiqəti dəyişməmişdir. Ortada bir təkamül zənciri yoxdur. Robert Carroll bu həqiqəti istəmədən və təkamülçü bir dillə də olsa belə qəbul edir: "Birbaşa balinalara uzanan bir mesonychid xəttinə tərif vermək mümkün deyil".50 Balinalar mövzusunda tanınmış bir mütəxəssis olan rus elm adamı G. A. Mchedlidze də təkamülçü olmasına baxmayaraq, pakicetus, ambulocetus natans və bənzəri dörd ayaqlı guya "balina əcdadı olan namizədlərin"ə bu şəkildə tərif verilməsinə qoşulmur və onlara tamamilə ayrı bir qrup olaraq tərif verir. 51
balina
1. Ambulocetus çizimi
2. Yanda hayali çizimi görülen Basilosaurus'un fosili, bilinen en büyük balinalardan biridir.
3. Archaeocetea (arkaik, yani eski balina) kafatası
Bir sözlə, dəniz məməlilərinin quruda yaşayan canlılardan təkamülləşdiyi istiqamətindəki təkamülçü ssenari əsassızdır. Ssenarinin qalan qismi, yəni dəniz məməlilərinin öz aralarındakı təkamülü iddiası da yenə çıxılmaz vəziyyətdədir. Təkamülçülər elmi təsnifatda archaeocetea (arxaik, yəni qədimi balinalar) olaraq tanınan nəsli tükənmiş xüsusi dəniz məməliləriylə, yaşayan balina və delfinlər arasında bir qohumluq əlaqəsi yaratmağa səy göstərirlər. Halbuki həqiqətdə həmin mövzu üzrə mütəxəssisləşmiş kəslər başqa cür düşünürlər. Təkamülçü paleontoloq Barbara J. Stahl belə yazır:
Bu qədimi balinaların çevik bədənləri və özlərinə xas mişar dişləri, bunların yəqin ki, hər hansı bir müasir balinanın əcdadı ola bilməyəcəyini açıq şəkildə göstərir. 52
Dəniz məməlilərinin mənşəyi mövzusundakı təkamülçü ssenari molekulyar biologiyanın təsbitləri baxımından da çıxılmaz vəziyyətdədir. Klassik təkamülçü ssenari balinaların iki böyük qrupunun, yəni dişli balinaların (odontoceti) və bığlı balinaların (mysticeti) eyni bir əcdaddan təkamülləşdiyini fərz edir. Amma Brüssel Universitetindən Michel Milinkovitch yeni bir nəzəriyyə ilə bu fikrə qarşı çıxmış, anatomik bənzərliyə əsasən yaradılan sözügedən fərziyyənin molekulyar təsbitlər tərəfindən çürüdüldüyünü belə vurğulamışdır:
Cetaceanların (balinaların) böyük qrupları arasındakı təkamüllü əlaqələr, morfoloji və molekulyar analizlərin çox fərqli nəticələr verməsindən ötrü daha da problemlidir. Morfoloji və davranış təsbitlərinə baxılaraq, edilən ənənəvi şərh ekolokasyona sahib dişli balinaların (təxminən 67 növ) və filtr sistemiylə qidalanan baletli balinaların (10 növ) iki ayrı monofilotik (öz daxilində tək kökdən gələn) qrup olduğunu fərz edir… Digər bir tərəfdən, DNT üzərində aparılan filogenetik (təkamüllü qohumluq) analizləri… Və amin turşularının müqayisəsi… Uzun müddətdir ki, qəbul edilən bu təsnifatla ziddiyyət təşkil edir. Dişli balinaların bir qrupu, yəni kaşalotlar morfoloji baxımdan özlərindən olduqca uzaq olan balen balinalarına digər odontocetlərdən (dişli balinalardan) daha yaxın görünürlər. 53
Bir sözlə, dəniz məməliləri daxil edilmək istənildikləri xəyali təkamül sxemlərinin hər birinə sanki üsyan edir.

Qurudan Dənizə Qayıdışın Qeyri-Mümkünlüyü

“Nature” jurnalının elmi yazıçısı Henry Gee bu əhəmiyyətli həqiqəti bəyan edir: "Qalıqların bir-birindən ayıran interval o qədər böyükdür ki, mümkün ola biləcək ata-nəvə əlaqəsi haqqında qəti bir şey deyilə bilməz". 54
Dəniz məməlilərinin əcdadı olduğu iddia edilən qalıqlar arasında isə milyonlarla illik nəsil fərqi vardır. Bir insanın ulu anasının kim olduğunu tapa bilməsi əldə yazılı qeydlər olmasına baxmayaraq, çox çətindir və bəzən tapıla da bilməz. Buna görə də ara keçid forma olduqları iddia edilən qalıqların bir-biriylə ata-nəvə əlaqəsinə sahib olduqları, ancaq bir fərziyyə ola bilər.
İkinci olaraq növlər arasında yalnız bəzi bənzərliklərə baxaraq, aralarında ata-nəvə əlaqəsi yaratmağa çalışmaq doğru deyil. Bu gün gördüyümüz fərqli orqanizmlər arasındakı təəccüblü bənzərliklər Darvindən əvvəl də məlum idi və bu bənzərliklər ortaq bir yaradılışın məhsulu olaraq qəbul edilirdi. Buna görə də bu bənzərliklərə baxaraq bunu təkamülün bir dəlili olaraq irəli sürmək elmi bir çıxarış deyil.
balina
2-4. Yarı su aygırı-yarı balina özellikleri taşıyan hayali ara geçiş formları...
5. Gerçek Balina Bu tür ara geçiş formlarına fosil kayıtlarında rastlanmamaktadır
Həmçinin təkamülçülər ara keçid forması olduğunu iddia etdikləri canlıların, necə olub da, suya çox yaxşı adaptasiya ola bilmiş bir canlıya çevrildiyini, bunun hansı mexanizmlərlə reallaşdığını açıqlamalıdırlar.
Yalnız "ön ayaqlar üzgəcə çevrildi, arxa ayaqlar yox oldu, bədəndəki tüklər yox oldu və bildiyimiz balinanın dərisinə çevrildi" demək kifayət etməz. Ön ayaqların üzgəcə çevrilə bildiyinə və ya quruda yaşayan canlının sudakı həyata ən yaxşı şəkildə adaptasiya ola biləcəyi şəkildə fizioloji dəyişikliklər keçirərək bədən formasını tamamilə dəyişdirə biləcəyinə dair dövrümüzdəki canlılardan əlimizdə heç bir dəlil yoxdur.
Təbiətdə təkamülçülərin iddia etdikləri çevrilişi reallaşdıra biləcək heç bir mexanizm yoxdur.
Quruda yaşayan canlının dənizdə yaşaya bilmək üçün ehtiyacı olan adaptasiyaları nəzərə aldıqda, belə bir çevrilmə üçün "qeyri-mümkün" sözünün belə qeyri-kafi qaldığı görünür. Baş verdiyi iddia edilən xəyali təkamül prosesi ərzində bu adaptasiyalardan hər hansı birinin əskikliyi belə canlının yaşamasına imkan verməyəcək.

Quşların Əsl Mənşəyi

theropod
1. Evrimcilerin kuşların kökeni hakkındaki en popüler iddialarına göre, kuşlar yanda çizimi görülen Theropod dinozorlarından evrimleşmiştir. Bu, delilsiz bir senaryodur.
2. Bir Theropod türü olan Herrerasaur'un iskeleti.
Təkamülçülərin guya quşların təkamül keçirdiyi ilə əlaqədar fərqli ssenariləri var və bunlara aid heç bir dəlil də yoxdur. Bunların ən məşhur olanına görə, quşlar theropod dinozavrları olaraq tanınan ətyeyən bir dinozavr növündən təkamülləşmişdir. Təkamülçülərin elmi dəlillərlə dəstəkləyə bilmədikləri bu iddia üçün Smitson İnstitutu Təbiət Tarixi Muzeyindən ornitoloq təkamülçü Storrs Olson "dövrümüzün ən böyük yalanlarından biri" ifadəsini bildirir. 55
Olson, quşların dinozavrlardan təkamülləşdiyini iddia edənləri tənqid edir, ancaq özü də quşların mənşəyinə dair başqa bir təkamüllü şərh gətirə bilmir.
Quruda yaşayan bir canlı uçma qabiliyyəti qazana bilmək üçün bir çox anatomik və fizioloji dəyişiklik keçirməlidir. Təkamül nəzəriyyəsi isə nə bu dəyişmələrin necə reallaşdığını açıqlaya bilir, nə də belə bir dəyişmənin baş verdiyinə dair qalıq qeydlərindən dəlil təqdim edə bilir. Buna görədir ki, "quşlar dinozavrdır" nəzəriyyəsi, təkamül nəzəriyyəsini müdafiə edən bəzi bioloq və paleontoloqlar tərəfindən də qəbul edilmir. Məsələn, dünyanın ən aparıcı ornitoloqlarından (quş alimlərindən) Alan Feduccia (Şimali Karolina Universiteti) və Larry Martin (Kanzas Universiteti), quşların məlum olan hər hansı bir dinozavr qrupundan təkamülləşmiş ola bilməyəcəyi fikrindədirlər. Xüsusilə də Feduccia təkamülə inanmasına baxmayaraq, dinozavrlar və quşlar arasındakı fərqləri vurğulayır, bu fərqlərin çox böyük olduğunu və buna görə də quşların özlərindən əvvəlki dinozavrlardan təkamülləşmiş ola bilməyəcəyini dəlillərlə göstərir.
Quşlarla sürünənlər arasındakı bəzi fərqləri xatırlatmaq təkamül nəzəriyyəsinin niyə quşların təkamülü mövzusunda böyük bir çıxılmaz vəziyyətdə olduğunu göstərmək baxımından faydalı olacaq:
1. Quşların ağciyərləri, sürünənlərdən və digər bütün quruda yaşayan onurğalılardan tamamilə fərqli bir quruluşdadır. Quşlarda quruda yaşayan onurğalıların əksinə, hava ağciyər içində tək istiqamətdə hərəkət edir və beləcə quş daima oksigen alıb karbon qazı buraxa bilir. Quşlara məxsus bu quruluşun quruda yaşayan adi bir onurğalı heyvanın ağciyərindən təkamülləşmiş olması qeyri-mümkündür, çünki ara keçid quruluşa sahib bir canlının nəfəs alması mümkün deyil. 56
2) Alan Feduccia və Julie Nowicki tərəfindən 2002-ci ildə quşlar və sürünənlərin embrionları arasında aparılan müqayisələr iki canlı qrupunun ayaq quruluşlarının çox böyük fərqlilik göstərdiyini və aralarında təkamüllü bir əlaqə yaradılmasının qeyri-mümkün olduğunu sübut etmişdir. 57
3) İki canlı qrupunun kəlləsi arasındakı ən son müqayisələr də eyni nəticəni verir. Andre Elzanowski 1999-cu ildə apardığı bir tədqiqat nəticəsində "theropod dinozavrlarının çənə və damaqlarında quşlarınkı ilə bənzər xüsusiyyətlərin olmadığı" nəticəsinə gəlmişdir. 58
hayali ara formlar
1. Tam bir kuş
2-4. Yarı dinozor-yarı kuş özellikleri taşıyan bu gibi hayali ara formlar hiçbir zaman var olmadı.
5. Tam bir dinazor çizimi
Evrimcilerin, kuşların dinozorlardan evrimleştiklerini ispatlayabilmeleri için, bu resimlerde görülen sözde ara geçiş formlarının fosillerini bulmuş olmaları gerekirdi. ancak, fosil kayıtlarında dinozorlara ve kuşlara ait birçok fosil bulunmasına rağmen, hayali dino-kuşlardan eser yoktur.
4) Dişlər quşlar ilə sürünənləri bir-birindən ayıran fərqlərdən biridir. Keçmişdə yaşamış bəzi quşların dimdiklərində dişlərinin olduğu məlumdur. Uzun müddət təkamülə bir dəlil kimi göstərilən bu vəziyyətin heç də elə olmadığı, çünki quş dişlərinin çox xüsusi olduğu isə vaxt keçdikcə məlum olmuşdur. Feduccia bu mövzuda belə yazır:
Bəlkə də theropodlarla quşlar arasındakı ən əhəmiyyətli fərq dişin quruluşu və yerləşmə formasıyla əlaqədardır. Xüsusilə də məməli paleontologiyasının əsasını ən çox diş morfologiyasının meydana gətirdiyi qəbul edilsə, quş və theropod dişləri arasındakı böyük fərqlərə niyə daha çox əhəmiyyət verilmədiyi təəccüblüdür. Bir sözlə, quş dişi (arxeopteriks, hesperornis, parahesperornis, ichthyornis, cathayornis və bütün dişli, mezozoy erasına aid quşlarda müşahidə olunduğu kimi) bir-birinə olduqca bənzərdir və theropod dişlərindən çox fərqlidir... Dişin forması, çıxma və yenilənmə forması da daxil olmaqla yanaşı, quşlarla theropod dişləri təməldə heç bir cəhətdən ortaq bir xüsusiyyətə sahib deyil. 59
5) Quşlar istiqanlı, sürünənlər isə soyuqqanlı canlılardır. Bu, olduqca fərqli iki müxtəlif metabalozmin olması deməkdir və aradakı çevrilmənin təsadüfi mutasiyalarla baş verməsi mümkün deyil. (Dinozavrların istiqanlı olduqları istiqamətindəki nəzəriyyə isə, bu çətinliyi aradan qaldıra bilmək üçün ortaya atılmışdır. Ancaq hər hansı bir dəlilə əsaslanmayan bu nəzəriyyənin əsassızlığını göstərən bir çox dəlil vardır.60)
6) Sürünənlərin pulcuqları, quşların isə tükləri vardır. Bu tamamilə fərqli iki strukturun bir-birinə təkamülləşməsi isə qeyri-mümkündür.
7) Sürünənlərin sümükləri ağır, qalın və içi doludur. Quşların sümükləri isə daha nazikdir və içləri boşdur. Bu şəkildə daha yüngül olan sümüklər quşların daha rahat uçmalarına imkan verər.
Bunlar quşlarla sürünənlər arasındakı fərqlərdən yalnız bir neçəsidir. Bir sürünən quş xüsusiyyətləri qazana bilmək üçün bir çox mutasiyaya məruz qalmalıdır. Məsələn, sürünənin yalnız ön ayaqlarının qanadlara çevrilə bilməsi üçün sürünən çoxlu sayda mərhələli dəyişikliyə məruz qalmalıdır. Ayağının genetik məlumatına çatan hər mutasiya ayaqda bəzi kiçik dəyişikliklər aparmalı, hər dəfə ayaq bir az daha çox qanad xüsusiyyəti qazanmalıdır. Məsələn, ayaqlarında mərhələli şəkildə tüklər meydana gəlməyə başlamalıdır. Tüklər də yenə mərhələli şəkildə meydana gəlməlidir. Məsələn, əvvəlcə tükün kökü, sonrakı nəsillərdə isə digər xüsusiyyətləri meydana gəlməlidir. Ayaq barmaqları hər nəsildə bir az daha yox olmalı, ayaq getdikcə daha çox qanada bənzəməlidir. Bu çox yavaş, mərhələli dəyişmələr isə qalıq qeydlərində müşahidə edilməlidir. Eyni vəziyyət canlının ağciyərləri, pulcuqlarının tüklərə çevrilməsi, dişlərin quruluşundakı dəyişmələr və digər xüsusiyyətləri üçün də keçərlidir. Mövzumuz ara keçid formaları olduğu üçün, mutasiyaların bu qədər geniş və mərhələli dəyişmələri reallaşdırma xüsusiyyətlərinə sahib olmadığı mövzusuna toxunulmur. Ancaq qısa şəkildə ifadə etmək lazımdırsa, mutasiyalar daim canlılara zərər verər. Həmçinin təsadüfən baş verdikləri üçün bir orqanı mərhələli şəkildə, hər dəfə hədəfə çataraq, başqa bir orqana çevirə biləcək plan və təşkilatlanma qabiliyyətinə və şüura sahib deyil. (Ətraflı məlumat üçün baxın. Harun Yahya, Hayatın Gerçek Kökeni, 2. Baskı, Araştırma Yayıncılık İstanbul, Mart 2003)
Əgər həqiqətən də bir təkamül prosesi baş vermiş olsaydı, onda sürünənlərlə quşlar arasında, əlimizdə təkamül prosesini göstərən milyonlarla ara keçid forması fosili olmalı idi. Ancaq, bu günə qədər tək bir dənə belə yarı sürünən-yarı quş fosili tapıla bilməmişdir. Tapılan qalıqlar ya nəsli tükənmiş quşlara, ya da sürünənlərə aiddir. Mətbuatda tez-tez qarşılaşdığımız dino-quş hekayələri isə, ətraflı şəkildə araşdırılacağı kimi bir göz boyamadan ibarətdir. Bunların heç biri quşların təkamülündəki itmiş halqa olma xüsusiyyətinə sahib deyil.

Uçan Sürünənlərin Quşların Əcdadı Olduğunu Zənn Etmə Yanılması

Təkamül nəzəriyyəsi haqqında bir tərəfli və qulaqdan eşitmə məlumatlara sahib olan və bu məlumatsızlıqdan ötrü də nəzəriyyənin doğru olduğuna inanan bəzi insanlar uçan sürünənlərin quşların əcdadı olduğunu zənn edir. Ancaq uçan sürünənlər ilə quşlar arasında heç bir əlaqə yoxdur və belə ki, heç bir təkamülçü qabiliyyətli quşların bu canlılardan təkamülləşdiyini irəli sürmür.
Uçan sürünənlər ya da başqa bir sözlə uçan dinozavrlar, elm adamları tərəfindən pterosaur olaraq adlandırılan nəsli tükənmiş bir canlı qrupudur. Bunların mənşəyi təkamül nəzəriyyəsi baxımından böyük bir çıxılmaz vəziyyətdir, çünki qalıq qeydlərində özlərinə məxsus bədən quruluşlarıyla birlikdə qəfildən ortaya çıxırlar. Onurğalı paleontologiyası sahəsində dünyanın ən aparıcı bir neçə adından biri olan Carroll, təkamülçü olmasına baxmayaraq bu mövzuda "trias dövründə ortaya çıxan bütün uçan sürünənlər (pterosaurlar) uçmaq üçün çox xüsusi bir bədən quruluşuna sahibdirlər... Əcdadlarının nə olduğu mövzusunda və uçuşlarının mənşəyinin ilk mərhələləri haqqında isə heç bir tapıntı yoxdur" deyir. 61
Uçan sürünənlərin qanad quruluşu isə çox qəribədir: Uçan sürünənlərin qanadları üzərində digər sürünənlərin ön ayaqlarında olduğu kimi beş ədəd barmaqları vardır. Ancaq dördüncü barmaq digər barmaqlardan orta hesabla iyirmi dəfə uzundur və qanad da bu barmağın altında uzanır. Əgər uçan sürünənlər quruda yaşayan sürünənlərdən təkamülləşmiş olsaydı, bəhs olunan dördüncü barmaq da yavaş-yavaş, mərhələli şəkildə uzanmış olmalıydı. Amma buna aid heç bir fosil dəlili olmadığı kimi, belə bir uzanmanın təbii seleksiya-mutasiya mexanizmləri ilə açıqlanması da mümkün deyil; çünki ara keçid mərhələləri canlının əllərini funksiyasız hala gətirəcəyi, amma uçmasını da təmin etməyəcəyi üçün faydasız olacaqdır.
pterosaur
Pterosaur olarak adlandırılan uçan sürüngenler, kuşlarla çok farklı kanat ve iskelet yapılarına sahiptirler.
Qanad quruluşları tamamilə fərqli olan quşlar ilə uçan sürünənlər arasında təkamüllü bir qohumluq olduğunu xəyal etmək isə böyük bir səhvdir. Bir insan ağcaqanadların və ya bir məməli növü olan yarasaların da qanadlı olmalarına əsaslanaraq bu canlı qrupları və quşlar arasında təkamüllü bir əlaqə irəli sürdükdə nə qədər böyük bir cahillik göstərərsə, uçan sürünənlər ilə quşları əlaqələndirməyə çalışmaq da o cür axmaqlıqdır.

Tüklü Dinozavr Nağılları

Alan Feduccia
Alan Feduccia
Quş tüklərinə sahib dinozavrlar və ya başqa bir adla "dino-quşlar", ötən 10 il ərzində darvinist mətbuatın təbliğat vasitələrindən biri oldu. İnsanları keçmişdə yarı quş-yarı dinozavr canlıların yaşadığına inandırmaq üçün, bir-biri arxasınca qəzet başlıqlarında "dino-quş" xəbərləri dərc olundu, çəkilən yeni sxemlər və "mütəxəssis"lərin etdiyi özünə arxayın şərhlərdən istifadə edildi. Halbuki keçmişdə yarı quş-yarı dinozavr canlıların yaşadığına dair heç bir dəlil yoxdur.
Bu mövzuda fikirlərinə müraciət edilməsi lazım olan əhəmiyyətli bir ad, Şimali Karolina Universitetinin biologiya bölməsindən fəaliyyət göstərən Alan Feducciadır. Dr. Feduccia quşların mənşəyi mövzusunda dünyanın ən aparıcı nüfuzlu şəxslərindən biridir. Ornitologiya (quş elmi) sahəsində ən əhəmiyyətli 5 ad sayılması lazım gəlsə, birinin dr. Feduccia olacağına şübhə yoxdur. Dr. Feduccia təkamül nəzəriyyəsini də qəbul edir, quşların təkamüllə ortaya çıxdıqlarına da inanır. Ancaq onu "dino-quş" tərəfdarlarından və digər bəzi gözübağlı təkamülçülərdən fərqləndirən cəhət, təkamül nəzəriyyəsinin bu mövzudakı anlaşılmazlığı qəbul etməsi və qəsdən davam etdirilən əslində isə heç bir əsası olmayan "dino-quş" bolluğuna etibar etməməsidir.
Alan Feduccianın The American Ornithologists Union (Amerikan Ornitoloqlar Birliyi) tərəfindən nəşr olunan və ornitologiyanın texniki mübahisələrinə zəmin olan “The Auk” jurnalının son buraxılışında qələmə aldığı, oktyabr 2002-ci il tarixli "Birds are Dinosaurs: Simple Answer to a Complex Problem" (Quşlar Dinozavrdır: Mürəkkəb Bir Problemə Sadə Bir Cavab) başlıqlı yazıda çox əhəmiyyətli məlumatlar verilir. Dr. Feduccia John Ostrom tərəfindən 1970-ci illərdə gündəmə gətirilən və o vaxtdan bəri qızğın bir şəkildə müdafiə olunan quşların dinozavrlardan təkamülləşdiyi nəzəriyyəsinin elmi dəlillərdən məhrum olduğunu belə bir təkamülün mümkün olmadığını təfərrütlarıyla birlikdə izah edir.
Bu mövzuda Feduccia tək deyil. Pensilvaniya Universitetindən anatomiya professoru təkamülçü Peter Dodson da, quşların theropod dinozavrlarından təkamülləşdikləri iddiasına şübhə ilə baxdığını açıqlayır. 62
Feduccia Çində tapıldığı irəli sürülən "dino-quş"lar haqqında isə çox əhəmiyyətli bir həqiqəti açıqlayır: Tüklü dinozavr olaraq irəli sürülən sürünən qalıqlarının üzərində olan "tüklər"in ilkin tüklər olsa belə, quş tükü olduğu dəqiq deyil. Əksinə "dino-fuzz" adlanan bu qalıq izlərinin quş tükləriylə əlaqəsinin olmadığını göstərən bir çox dəlil vardır. Feduccia belə yazır:
İlkin quş tüklərinə sahib olduğu irəli sürülən qalıqların əksəriyyətini araşdırmış kəslər olaraq, mən və digər bir çox mütəxəssis bu strukturların ilkin quş tükləri (protofeathers) olduğuna dair inandırıcı bir dəlil görmürük. Bir çox Çin qalığı, "dino-fuzz" olaraq adlandırılan qəribə bir görünüşə malikdir, amma nə qədər ki, bu material quş tükləriylə bənzər hesab olunsa da, bu istiqamətdəki dəlillər inandırıcılıqdan çox uzaqdır. 63
Feduccia bu təsbitindən sonra bəzi paleontoloqların bu mövzuda ön mühakiməli davrandıqlarını da belə ifadə edir:
… (Dino-quş nəzəriyyəsini müdafiə edən paleontoloqlara görə) Quşlar dinozavrdır; buna görə də dromaeosaurlar (theropod dinozavrlar) üzərində qorunmuş hər hansı bir sapabənzər quruluş mütləq ilkin quş tükü olmalıdır. 64
Feducciaya görə bu ön mühakiməni çürüdən səbəblərdən biri, quşlarla arasında heç bir əlaqə yaradıla bilməyəcək qalıqlarda da, bəhs olunan "dino-fuzz" izlərinə rast gəlinməsidir:
Ən əhəmiyyətlisi dino-fuzz indi artıq xeyli sayda kateqoriyada kəşf edilir. Bunların bəziləri hələ də açıqlanmamışdır, amma xüsusilə də Çində tapılmış bir pterosaurda (uçan sürünən) və bir therizinosaurda (ətyeyən bir dinozavr qrupu) bunlar tapılmışdır. Ən təəccüblü vəziyyət isə dino-fuzza çox bənzəyən dəri liflərinin yura dövrünə aid bir ichthyosaurda da tapılmış və detallı bir şəkildə təsvir edilmiş olmasıdır. (İchthyosaurlar nəsli tükənmiş dəniz sürünənləridir.) Bəhs olunan canlılardakı şaxələnmiş liflərin bəziləri görünüş baxımından "ilkin quş tükləri" (protofeather) adlanan və (Çinli paleontoloq) Xu tərəfindən təsvir edilən strukturlara çox bənzəyir. Guya "ilkin quş tüklərinin" archosaurlarda (mezozoy erasına aid sürünənlərdə) belə bol şəkildə olması, bunların quş tükləriylə heç bir əlaqəsinin olmadığını öz özlüyündə başına göstərən bir dəlildir.65
Feduccia keçmişdə də qalıqların ətrafında bəzi strukturların tapıldığını, ancaq qalığa aid olduğu güman edilən bu strukturların sonradan qeyri-üzvi maddələr olduğunun müəyyənləşdirildiyini xatırladır:
İnsanın ağlına, Solnhofen qalıqlarında tapılan və dendritlər olaraq tanınan kola bənzər izlər gəlir. Bitkiyə bənzər formalarına baxmayaraq, bu strukturların əslində qalıq yataqlarında, çatlardan və ya qalıqların sümüklərindən oksidlənərək sızan manqan məhlulunun təsirindən yaranan qeyri-üzvi strukturlar olduğu artıq məlumdur. 66
Qaldı ki, "tüklü dinozavrlar" yaşamış olsa belə, bu dinozavr-quş təkamülü iddiasına bir dəlil olmaz. Çünki sözügedən dinozavrlarda mövcud olduğu irəli sürülən "tüklər", bənzərsiz bir yaradılışa sahib olan quş tükləriylə heç bir bənzərlik göstərmir. Quş tükləri olduqca özünəməxsus və mürəkkəb bir quruluşda yaradılmışdır. Həmçinin quş tüklərinin biokimyəvi quruluşu da çox müxtəlifdir. Haqqında danışılan canlılarda isə quş tüklərinə bənzər bir quruluş qətiyyən yoxdur. Konnektikut Universitetində fiziologiya və nevrobiologiya professoru olan A. H. Brusha görə "quş tüklərinin zülal quruluşu digər onurğalıların heç birində müşahidə olunmayan, tamamilə özünəməxsus" bir quruluşdur. 67
Həmçinin quş tükləri mürəkkəb olduğu üçün belə bir quruluşun təkamülünü göstərən bir çox ara keçid forması tapılmalıdır. Ancaq belə bir ara keçid forması yoxdur. Bu həqiqət “Nature” jurnalında belə etiraf edilir:
Tüklər mürəkkəb strukturlardır. Quş qalığı qeydlərində qəfildən özlərini büruzə vermələrinin açıqlanması çətindir, çünki qalıq qeydlərində heç bir ara keçid quruluşuna rast gəlinməmişdir. 68
Buna görə də tüklü bir dinozavr tapılsa belə bu heç vaxt quşların dinozavrlardan təkamülləşdiyinə bir dəlil sayılmaz, çünki quş tükləri tamamilə özünəməxsus bir quruluşdadır və başqa bir quruluşdan təkamülləşdiklərini göstərən heç bir dəlil də yoxdur.
Bu mövzuda diqqət çəkici başqa bir məqam isə "tüklü dinozavr" olaraq gündəmə gətirilən qalıqların hamısının Çində tapılmış olmasıdır. Görəsən bu qalıqlar niyə dünyanın başqa heç bir yerində deyil, ancaq Çində tapılır? Həm də Çindəki qalıq yataqları yalnız "dino-fuzz" kimi naməlum bir quruluşu deyil, həmçinin quş tüklərini də olduqca yaxşı bir şəkildə qoruyub saxlaya biləcək bir quruluşa sahibdir? Feduccia da eyni qəribəliyə diqqət çəkir:
Həmçinin, niyə bədənin xarici səthinin gizlənə bildiyi başqa yataqlarda olan başqa theropodların və digər dinozavrların heç bir "dino-fuzz"a sahib olmadıqları, əksinə hər hansı bir quş tükü bənzəri quruluşdan tamamilə məhrum olub, əsl sürünən dərisinə sahib olduqları da açıqlanmalıdır? Və niyə dino-fuzza sahib Çinli dromaeosaur qalıqlarının, normalda gözləniləcəyi şəkildə quş tükü sapları yoxdur (əgər bunlar həqiqətən mövcud olsa) asanlıqla qorunmuş ola biləcəyi halda? 69
Bəs Çində tapılan bütün bu qondarma "tüklü dinozavrlar" nədir? Sürünənlərlə quşlar arasında ara keçid formaları kimi göstərilən bu varlıqlar əslində hansı canlıdırlar?
Feduccia "tüklü dinozavr" olaraq göstərilən canlıların bir hissəsinin "dino-fuzz" sahibi nəsli tükənmiş sürünənlər, bəzilərinin isə əsl quşlar olduğunu açıqlayır:
Aydındır ki, əslində Çinin Yixian və Jiufotang bölgələrindəki təbaşir dövrünə aid göl yataqlarında iki fərqli qalıq vardır; biri "dino-fuzz" qalıqlarını nümayiş etdirən (belə ki, bunun yaxşı bir nümunəsi guya "tüklü dinozavr"ların ilk nümunəsi olan Sinosauropteryx'tir) -qrupdur. O biri isə həqiqi quş tüklərinə sahib olanlardır (Nature jurnalının üz qabığında göstərilən və tüklü dinozavrlar olaraq təqdim edilən, ancaq sonradan əhəmiyyətsiz, uçmayan quşlar olduğu məlum olan qalıqlar kimi). 70
Yəni bütün dünyaya "tüklü dinozavr" və ya "dino-quş" olaraq göstərilən qalıqlar, ya toyuqlar kimi uça bilməyən bəzi quşlara, ya da "dino-fuzz" adlanan, ancaq quş tükləriylə əlaqəsi olmayan təbii bir quruluşa sahib olan sürünənlərə aiddir. Ortada quşlar və sürünənlər arasında "ara keçid forma" meydana gətirəcək tək bir qalıq belə yoxdur.

Yaş Problemi Və "Kladistik" Yanılması

"Dino-quş" bolluğunu qızışdıran bütün təkamülçü qaynaqlarda israrla nəzərə alınmayan, hətta gizlənən çox əhəmiyyətli bir həqiqət vardır: Yanıldıcı bir şəkildə "dino-quş" ya da "tüklü dinozavr" dedikləri qalıqların yaşları 130 milyon ildən çox deyil. Halbuki "yarı quş" olaraq göstərmək istədikləri bu canlılardan ən azı 20 milyon il daha yaşlı olan, əsl bir quş onsuz da vardır: Bu arxeopteriksdir. Məlum olan ən qədim quş olma xüsusiyyəti daşıyan arxeopteriks, qüsursuz uçuş əzələlərinə, uçuş tüklərinə və əsl quş skeletinə sahib bir quşdur. 150 milyon il əvvəl dünya səmasında müvəffəqiyyətli bir şəkildə süzülmüşdür. Vəziyyət belə olduqda arxeopteriksdən xeyli sonrakı tarixlərdə yaşamış canlıların quşların ibtidai əcdadları olaraq göstərilməsi axmaqlıqdır. Ancaq təkamülçülər belə bir axmaqlığı müdafiə etmək üçün bir də "üsul" tapmışlar.
Bu üsulun adı "kladistik"dir. Bu termin son 20-30 ildir ki, paleontologiya sahəsində tez-tez istifadə edilən yeni bir qalıq şərh etmə üsuludur. Kladistik üsulu müdafiə edənlər tapılan qalıqların yaşlarının tamamilə nəzərə alınmamasını, yalnız əldəki qalıqların özünəməxsus xüsusiyyətlərinin bir-biriylə müqayisə edilməsini və bu müqayisə nəticəsində ortaya çıxan bənzərliklərə görə təkamüllü nəsil ağacları yaradılmasını müdafiə edirlər.
velociraptor
Evrimciler, sözde evrimsel akrabalık ilişkisi kurmak adına çarpıtmalara başvururlar. Örneğin yaşı Archæopteryx'ten çok daha genç olan Velociraptor'u Archæopteryx'in atası kabul etmektedirler.
1. Archæopteryx çizimi
2. Velociraptor fosili
3. Velociraptor çizimi
Bu fikri müdafiə edən təkamülçü bir internet saytında qalıq yaşı arxeopteriksdən xeyli gənc olan velociraptorun arxeopteriksin əcdadı hesab edilməsinin niyə "məntiqli" (!) olduğu belə açıqlanır:
İndi bunu soruşa bilərik: Velociraptor, arxeopteriksdən sonra gəlmiş olmasına baxmayaraq, necə onun əcdadı ola bilər?
Çünki qalıq qeydlərindəki boşluqlardan ötrü, qalıqlar hər vaxt "tam vaxtında" ortaya çıxmaz. Məsələn, son təbaşir dövrünə aid olan, Madaqaskarda tapılmış rahonavis adlı yeni bir qalıq quşlarla velociraptor kimi bir sürünən arasında keçid forması kimi dayanır, amma 60 milyon il gec ortaya çıxmışdır. Amma heç kim bunun gec ortaya çıxmasının itmiş halqa olmasına maneçilik törətdiyini demir, çünki çox uzun bir müddət yaşamış ola bilər. Bu kimi nümunələr "xəyali əlaqələr" olaraq adlandırılır; onların mümkün ola biləcək əcdadlarına və mümkün ola biləcək nəvələrinə də sahib olduğumuz təqdirdə, bu heyvanların daha əvvəl də yaşadıqlarını fərz edirik. 71
Kladistiyi yaxşı və qısa bir şəkildə izah edən bu açıqlama, bu üsulun nə qədər böyük bir təhrif olduğunu da göstərir. Təkamülçülər açıq şəkildə qalıq qeydlərinin nəticələrini öz nəzəriyyələrinin tələblərinə uyğun olaraq təhrif edirlər. 70 milyon illik bir qalığın sahibi olan bir növün əslində 170 milyon il bundan əvvəl də yaşadığını fərz etməyin və buna uyğun təkamüllü bir qohumluq əlaqəsi yaratmağın təhrifdən başqa bir mənası yoxdur.
Pensilvaniya Universitetindən anatomiya professoru Peter Dodson da guya dino-quşların ilk quşlardan sonra tapılmasının bir problem olduğunu və kladistik metoduyla gətirilən həllin "məcburi" bir həll olduğunu ifadə edir:
Mən şəxsən quş bənzəri maniraptoran theropodların quşların mənşəyindən 25-75 milyon il sonra tapılmasını bir problem kimi görməyə davam edirəm... Xəyali əcdadlar əslində məcburi bir həlldir, kladistik metodu tərəfindən zəruri hesab olunan münasib olmayan bir həlldir. Əlbəttə ki, gec təbaşir maniraptoranların quşların həqiqi əcdadları olmadığı, yalnız qardaş sinif olduğu etiraf edilir. Yura dövründə yüksək dərəcədə törəmiş, sürətlə təkamülləşən maniraptoranların quşlara təkamülləşdiyinə və sonra da bu yüksək dərəcədə inkişaf etmiş nəslin təkamüllü bir sabitliyə daxil olduğuna və milyonlarla il ərzində heç dəyişmədən qaldığına inanmamağımızmı gözlənilir? 72
Kladistik üsul əslində təkamül nəzəriyyəsinin qalıq qeydləri qarşısındakı məğlubiyyətinin gizli bir etirafı və yeni bir ölçüsüdür. Yekunlaşdırmaq lazımdırsa;
1) Darvin, qalıq qeydləri ətraflı şəkildə araşdırıldığında, bildiyimiz növlərin hamısının arasını dolduracaq "ara keçid formalarının" tapılacağını irəli sürmüşdür. Nəzəriyyənin istədiyi budur.
2) Ancaq 150 illik paleontoloji səy, ara keçid formalarını ortaya çıxarmamış, bu canlıların izinə rast gəlinməmişdir. Bu nəzəriyyə üçün böyük bir məğlubiyyətdir.
3) Ara keçid formalar tapıla bilmədiyi kimi, yalnız bənzərliklərindən ötrü bir-birlərinin əcdadı olaraq elan edilə biləcək canlıların yaşları da ziddiyyətlidir. Daha "ibtidai" kimi görünən bir canlı, daha "yetkin" kimi görünən bir canlıdan daha gec ortaya çıxır.
Məhz bu son nöqtə təkamülçüləri kladistik adlanan əsassız üsulu yaratmağa məcbur etmişdir.
Kladistiklə birlikdə darvinizm "elmi tapıntılara əsaslanan bunlardan yola çıxan" bir nəzəriyyə olmadığını, əksinə "elmi tapıntıları təhrif edən, bu tapıntıları öz fərziyyələrinə görə dəyişdirən" bir dini sistem olduğunu açıq şəkildə göstərir.

Quş Tüklərinin Mənşəyi

kuş tüyü
Fosil kayıtlarında,kuş tüylerine ait birçok fosil bulunmaktadır.
Tüklər yalnız quşlara xas bir xüsusiyyətdir. Təkamülçülər ən mürəkkəb quruluşdakı tüklərin sürünənlərin pulcuqlarından təkamülləşdiyini irəli sürür. Ancaq qalıq qeydlərində (quşların digər xüsusiyyətləri kimi) tüklərin də mərhələli şəkildə təkamülləşdiklərini göstərən heç bir ara keçid forması yoxdur. Qalıq qeydlərində sürünənlərin pulcuqları, quş tükləri, dəri və ya məməli tükləri vardır, ancaq quş tüklərinə mərhələli bir keçid olduğunu göstərən, qismən pulcuqlu qismən də tüklü strukturlara heç bir canlıda rast gəlinməmişdir.
Bəzi təkamülçülər quşların sümüklərinin içinin boş olduğu üçün yaxşı qalıq buraxmadıqlarını irəli sürürlər. Halbuki bu qətiyyən doğru deyil. Xüsusilə də müəyyən şərtlərdə məsələn, göllərin ətrafında, daxili bölgələrdəki su mühitlərində və dəniz bölgələrində quşlar və tükləri çox yaxşı qalıq buraxırlar. Nəticə etibarilə quş qalıqlarına çox sıx rast gəlinir.
Qalıq qeydlərində yarı tük-yarı pulcuq və ya yarı dəri-yarı tük strukturlar tapılmadığı kimi, dövrümüzdəki tüklərdən daha az tükü olan heç bir quruluşa rast gəlinməmişdir.73 Qədim quşlar üzərində mütəxəssis olan Kanzas Universitetindən Larry Martin və Blandinq Dinozavr muzeyinin müdiri S. A. Czerkas, “American Zoology” jurnalındakı məqalələrində "məlum olan ən qədim tüklər... forma və mikroskopik incəlik baxımından onsuz da müasirdir" deyirlər. 74
kuş tüyü
90-95 milyon yıllık amber içinde kuş tüyü, altta solda, 120 milyon yıllık tüylü kuş fosili, sağında, 120 milyon yıllık kuş tüyü fosili
Məsələn, arxeopteriks məlum olan ən qədim quşdur və dövrümüzdəki quşlardan fərqlənən özünəməxsus bir quruluşa sahib olmasına baxmayaraq, mükəmməl, tamamilə dövrümüzdəki quş tükləriylə bənzər tüklərə sahibdir. 75
Arxeopteriksin mükəmməl şəkildə qorunmuş və 150 milyon yaş verilən tüklərinin analizi nəticəsində hər detalının dövrümüzdəki quş tükləriylə eyni olduğu nəticəsinə gəlinmişdir.76 Hələ 1910-cu ildə tanınmış ornitoloq və təbiət tarixi yazıçısı W. P. Pycraft, arxeopteriks tükünün indiki vaxtda məlum olan tam inkişaf etmiş quş tüklərindən heç bir baxımdan fərqli olmadığını ifadə etmişdi. 77 Və o tarixdən dövrümüzə qədər əldə edilən zəngin qalıq qaynağı bu həqiqəti dəyişdirməmişdir. Bunlarla yanaşı indiki vaxtda dinozavrların dəriləriylə əlaqədar bir çox təsbit var. Bunların qiymətləndirilməsiylə əldə edilən nəticəyə görə, dinozavr dəriləri "tüklü dərilərin ilki olma xüsusiyyətini daşımır". 78
Təkamülçülərin quş tüklərinin necə təkamülləşdiyi haqqındakı iddiaları "bir-biriylə ziddiyyət təşkil edən nəzəriyyələr" 79 meydana gətirmişdir. Təkamüllə əlaqədar keçmiş dərsliklərdə xəyali quş tükü ara keçid formalarından danışılır və bunların yaxın vaxtlarda qalıq qeydlərində tapılacağı irəli sürülür. Ancaq bu günə qədər bu ümid olunan ara keçid formalarının heç biri tapılmamışdır. Bir çox təkamülçü yenə də quş tüklərinin sürünənlərin pulcuqlarından təkamülləşdiyini iddia etməyə davam edir. Bu iddialarına görə sürünənlərin pulcuqları mərhələli şəkildə uzanmış, saçaqlanmış və vaxt ərzində quşun uçmasını daha da asanlaşdıracaq şəkildə quşu daşımağa əlverişli hala gəlmişdir.80 Ancaq bunlar heç bir elmi dəlilə əsaslanmayan, tamamilə xəyal gücünə əsaslanan fərziyyələrdir.
Həqiqətdə quş tükləriylə sürünənlərin pulcuqları arasında böyük morfoloji müxtəlifliklər olduğu üçün aralarında çoxlu sayda ara keçid forması olmalıdır. Ancaq qalıq qeydlərində belə bir quruluşa aid qalıqlar yoxdur. 81

Kəhrəba Içindəki Quş Tükləri

Ən qədim quş tüklərindən biri, təbaşir dövrünə (144-65 milyon il bundan əvvəl, mezozoy erasının sonu) aid bir kəhrəbanın içində tapıldı. Tük sapı və nazik tükləri tamamilə qorunmuşdu və hətta bu tükün hansı növ quşa aid olduğu da aydın olurdu. Yaşı 165 milyon il əvvələ qədər gedib çıxan quş tüklərinin olmasına baxmayaraq, qalıq qeydlərində quş tüklərinin uydurma təkamülünə dair bir dəlil belə yoxdur. Kolumbiya Universiteti bioloqunun ifadəsiylə "sürünənlərin pulcuqlarıyla ilkin quş tükü arasındakı bütün ara keçid qalıqlarının heç birinə sahib deyilik". 82 Qalıq qeydlərində çox sayda quş qalığı var və hamısının da mükəmməl tükləri var. Bu səbəblə də quş tüklərinin mənşəyi darvinistlərə məlum deyil. 83
kuş tüyü
1. Fosil kayıtlartında bir çok örneği olan sürüngen pulları
2-4. Yarı pul-yarı tüy özelliği taşıyan bu hayali ara formlar yoktur.
5. Fosil kayıtlarında birçok örneği olan kuş tüyü

İnsanın Əsl Mənşəyi

İnsanın mənşəyi təkamülçülər üçün ən çox problem təşkil edən mövzulardan biridir. Skelet quruluşu, iki ayaqlı olması, əllərindən istifadə etməsi, beyni, kəlləsi və daha bir çox fizioloji və anatomik xüsusiyyətləriylə yanaşı insan ağlı və şüuruyla digər canlılardan çox fərqlənir. İnsanların meymunlarla eyni bir xəyali əcdaddan təkamülləşdiyini iddia edən təkamülçülər, bunun üçün lazım olan böyük dəyişmələrin təsadüfi mutasiyalarla necə reallaşdığını açıqlamalı və hər bir xüsusiyyətin mərhələli şəkildə inkişafını qalıq qeydlərində göstərməlidirlər. Ancaq təkamülçülərin əlində insanın qondarma təkamülünü sübut edə biləcəkləri tək bir qalıq belə yoxdur. Bioloq və riyaziyyatçı Marcel-Paul Schutzenberger, təkamül nəzəriyyəsinin insanın mənşəyini şərh etmə mövzusundakı problemlərindən bəzilərini belə yekunlaşdırır:
Həm mərhələli, həm də sıçrayışlı təkamülü müdafiə edənlər insanları digər meymunlardan fərqləndirən bioloji sistemlərin guya eyni anda ortaya çıxmasına inandırıcı bir şərh gətirməkdən məhrumdurlar. Bu bioloji sistemlər arasında; iki ayaqlılıq, bunun normal nəticəsi olaraq çanaq sümüyünün dəyişməsi və mütləq beyincik, daha qabiliyyətli bir əl, toxunma hissinin daha çox olduğu barmaq ucları; səs üçün lazım olan qırtlaqdakı dəyişiklik; sinir sistemində, xüsusilə də səsin tanınmasını təmin edən gicgah nahiyələrində dəyişiklik sayıla bilər. Embriyogenetik baxımından bu anatomik sistemlər bir-birlərindən tamamilə fərqlidirlər. Hər dəyişiklik bir qabiliyyətdir... Bu qabiliyyətlərin eyni anda ortaya çıxma zəruriliyi çox təəccüblüdür. Bəzi bioloqlar bunun xromosomun bir qabiliyyəti olduğunu irəli sürürlər. Hər hansı biri bu qabiliyyətin həqiqətən mövcud olduğunu fərz edərək onu yenidən tapa bilərmi? İlk balıqda bu qabiliyyət vardımı? Həqiqət budur ki, biz konseptual bir iflasla üz-üzəyik. 84
Təkamülçülər bir tərəfdən insanın guya təkamülü mövzusundakı çarəsizliklərini gizlətmək, digər bir tərəfdən də özlərini ovundurmaq üçün keçmişdə yaşamış və nəsli tükənmiş bəzi meymun növlərinin və insan irqlərinin qalıqlarını xəyali bir ardıcıllıq əsasında yan-yana düzürlər. Bu qalıqların heç biri meymunabənzər canlılardan insana doğru bir təkamül prosesinin baş verdiyini göstərmir. Bu qalıqların xəyali maketləri, şəkilləri və təkamülçülərin tərəfli şərhləriylə insanın təkamülü nəzəriyyəsinə guya elmi bir görünüş və etibarlılıq qazandırılmağa çalışılır.
medeniyet
“Nature” jurnalının redaktoru Henry Gee, “Nature” jurnalının 12 İyul 2001-ci il tarixli buraxılışında dərc olunan məqaləsində təkamülçülər tərəfindən insanın əcdadı olduğu iddia edilən hominid (insanabənzər) qalıqların sadədən mürəkkəbə doğru bir ardıcıllığa sahib olmadığını, əksinə qeydlərdə bu qalıqların bir anda ortaya çıxdığını ifadə edir. Məqalədə təkamül nəzəriyyəsinin 150 ildir ki, ümid edilən dəlili olan "ara keçid formaların" mövcud olmadığı, fərqli növlərin həmişə qəfildən ortaya çıxdığı belə bir bənzətməylə açıqlanır:
Hominid qalıqlarının kəşfi, sərnişin avtobuslarına bənzəyir. Bir müddət heç biri olmadığı halda, eyni anda 3-ü birdən ortaya çıxır. 85
nature
Nature, 12 Temmuz 2001
Gee, “In Search of Deep Time” (Zamanın Başlanğıcını Axtararkən) adlı kitabında isə insanın sözdə təkamülü sxeminin (aşağıda) ata-nəvə əlaqələri haqqında heç bir məlumat vermədiyini, "itmiş halqa" olmadığını və insana doğru mərhələli şəkildə bir inkişaf müşahidə olunmadığını, sxemdəki canlıların müxtəlif yerlərdən ortaya çıxdıqlarını ifadə edir.86
Gee, "insanın təkamülü ilə əlaqədar qalıq dəlilləri parça-parça olub müxtəlif şərhlərə açıqdır. Şimpanzelərin təkamülü ilə əlaqədar qalıq qeydləri isə tamamilə əskikdir" deyərək, insanın guya təkamülü ilə əlaqədar dəlillərin yoxluğunu yenidən vurğulayır. 87
Təkcə Henry Gee bu cür etiraflar etmir. Corc Vaşinqton Universitetindən professor Bernard Wood da, “Nature” jurnalındakı bir məqaləsində insanın təkamüllü mənşəyi ilə əlaqədar taksonomik və filogenetik əlaqələrin naməlum olduğunu belə ifadə edir:
Bizim öz cinsimizin (genus), yəni homonun məlum olan ən qədim nümayəndələrinin taksonomiyasının (təsnifatının) və filogenetik (təkamüllü qohumluq) əlaqələrinin naməlum olması diqqət çəkici bir vəziyyətdir. Mütləq tarixləndirmə metodlarındakı inkişaflar və qalıqların yenidən şərh olunması, sadə, çəkilmiş bir insan təkamülü modelini müdafiə oluna bilməz hala gətirmişdir ki, bu modeldə ağıllı insan avstralopiteklərdən sonra gəlir və sonra da homo erectus vasitəsilə homo sapiensə təkamülləşir. Amma, (bu modelə qarşılıq) hər hansı bir alternativ ortaq fikir də ortaya çıxmamışdır. 88
Harvard Universitetindən zoologiya və biologiya professoru Richard Lewontin də, insanın guya təkamülünün qalıq qeydlərində heç bir dəlili olmadığını belə etiraf edir:
Homo sapiensin mənşəyindən əvvəlki uzaq keçmişi nəzərə aldığımızda tamamlanmamış və bir-biriylə əlaqəsiz bir qalıq qeydiylə qarşılaşarıq. Bəzi paleontoloqlar tərəfindən irəli sürülən həyəcanlı və optimist iddialara baxmayaraq, birbaşa əcdadımız olaraq təsbit edilə biləcək heç bir hominid növünə aid qalıq yoxdur… Hominid olaraq qəbul edilən ən qədim qalıqlar ibtidai daş alətlərlə əlaqələndirilən, Mary və Luis Leakey tərəfindən Olduvai Gorgedə və Afrikanın başqa yerlərində tapılan məşhur qalıqlardır. Bu qalıq hominidlər 1,5 milyon ildən daha əvvəlki dövrlərdə yaşayıblar və beyinləri bizim beyinimizin yarısı qədərdir. Bunlar əsla bizim növümüzün üzvləri deyildilər və bizim əcdadlarımızın nəslindən və ya bizim əcdadlarımıza bənzəyən bir nəsildən olub-olmadıqlarını belə bilmirik. 89
rekonstrüksiyon
Evrimciler, 150 yıldır büyük bir gayretle, teorilerini kanıtlayabilmek için hayali ara geçiş canlılarının fosillerini aramaktadırlar. Ancak 150 yıldır bu çabaları hiçbir sonuç vermemiştir.
“Time” jurnalının müəlliflərindən qatı bir təkamülçü olan Michael D. Lemonick də insanın təkamülü mövzusundakı çarəsizliyini "How Man Began" (İnsan Necə Doğuldu?) başlıqlı məqaləsində belə ifadə etmişdir.
Ancaq bir əsrdən çox davam edən qazıntılara baxmayaraq, qalıq qeydləri insanı dəli edərcəsinə əskik qalmağa davam edir. Çox az saydakı əlamət, hətta şəklə uyğun gəlməyən tək bir sümük belə hər şeyi alt-üst edə bilər. Demək olar ki, hər böyük ixtira ənənəvi anlayışda dərin izlər qoymuş və elm adamlarını qızğın müzakirələr mühitində yeni nəzəriyyələr yaratmağa məcbur etmişdir. 90
Qəribə olan isə təkamülçülərin bu həqiqətləri görmələrinə, yəni əllərində təkamülü sübut edən heç bir dəlil olmadığını bilmələrinə baxmayaraq, hələ də nəzəriyyəni müdafiə etmələridir. Bu təkamülçülərin nəzəriyyələri mövzusunda nə qədər fanatik olduqlarını, həmçinin elmə və ağla zidd hərəkət edə bildiklərini göstərən dəlillərdən biridir.

Təkamülçülərin Xəyali Əcdadları

Heç bir dəlili olmayan insanın təkamülü iddiası, insanın nəsil ağacını avstralopitek adlı meymun növüylə başladır. İddiaya əsasən avstralopitek vaxt keçdikcə ayağa qalxmış, beyni böyümüş və müxtəlif mərhələlərdən keçərək insan (homo sapiens) halına gəlmişdir. Ancaq qalıq tapıntıları bu ssenarini dəstəkləmir. Hər cür ara keçid forması iddiasına baxmayaraq, insan və meymunlara aid qalıqlar arasında keçilməz bir sərhəd vardır. Həm də bir-birinin əcdadı olaraq göstərilən növlərin əslində eyni dövrdə yaşamış müasir növlər olduqları aşkarlanmışdır.

Avstralopitek

lucy
Önce insanın atası olarak sunuldu, sonra soyu tükenmiş bir maymun türü olduğu anlaşıldı. Australopithevus aferensis cinsine ait AL 288-1 veya bilinen adıyla Lucy
Təkamülçülər insanların guya ilk meymunabənzər əcdadlarına "cənub meymunu" mənasını verən avstralopitek adını verirlər. Bu canlılar həqiqətdə nəsli tükənmiş qədim bir meymun növündən başqa bir şey deyil. Avstralopitek cinsinin müxtəlif növləri tapılsa da yalnız avstralopitek afarensis (1974-cü ildə tapıldığında dünyaya insanın təkamülünün sübutu olaraq təqdim edilən 'Lucyu”n təmsil etdiyi növ) insanın əcdadı qəbul edilir. Ancaq avstralopitek qalıqları üzərində aparılan hərtərəfli analizlər bunların nəsli tükənmiş meymun növləri olduğunu göstərmişdir.
“Australopithecine”lərin ilk növbədə Afrikada 4 milyon il qədər əvvəl ortaya çıxdıqları və 1 milyon il əvvələ qədər də yaşadıqları hesab olunur. “Australopithecine”lərin hamısı dövrümüzdəki meymunlara bənzəyən nəsli tükənmiş meymunlardır. Hamısının beyin həcmi dövrümüzdəki şimpanzelərin beyin həcmləriylə bərabər və ya daha kiçikdir. Əllərində və ayaqlarında dövrümüzdə yaşayan meymunlardakı kimi ağaclara dırmaşmağa xidmət edən çıxıntılar mövcuddur və ayaqları budaqlara yapışmaq üçün tutucu xüsusiyyətlərə sahibdir. Boyları qısadır (ən çoxu 130 sm.) və eynilə dövrümüzdə yaşayan meymunlardakı kimi erkək “australopithecine”in dişisindən daha iridir. Kəllələrindəki yüzlərlə detal, bir-birinə yaxın gözlər, iti azı dişləri, çənə quruluşu, uzun qollar, qısa qıçlar kimi bir çox xüsusiyyət bu canlıların dövrümüzdəki meymunlardan fərqli olmadıqlarını göstərən dəlillərdir.
Bu mövzudakı təkamülçü iddia isə “australopithecine”lərin tam bir meymun anatomiyasına sahib olmalarına baxmayaraq, digər bütün meymunların əksinə insanlar kimi şaquli vəziyyətdə yeridikləri nəzəriyyəsidir.
Halbuki avstralopitek cinsi üzərində aparılan bir çox araşdırmada bu növün insana bənzər şəkildə yeriyə bilmədiyi və iki ayaqlı olmadığı nəticəsinə gəlinmişdir:
1. Dünya səviyyəsində tanınmış anatomiyaçı Lord Zuckerman, özü də təkamül nəzəriyyəsini mənimsəməsinə baxmayaraq, “australopithecine”lərin yalnız adi bir meymun növü olduqları və qətiyyən şaquli vəziyyətdə yerimədikləri nəticəsinə gəlmişdir. 91
2. Bu mövzudakı tədqiqatlarıyla tanınmış digər bir təkamülçü anatomiyaçı Charles E. Oxnard da avstralopitek cinsinin skelet quruluşunun dövrümüzdəki oranqutanların skelet quruluşuna bənzədiyi nəticəsinə gəlmişdir. 92
3. 1994-cü ildə İngiltərədə Liverpul Universitetindən Fred Spoor və qrupu avstralopitekin skeletiylə əlaqədar qəti bir nəticəyə gəlmək üçün əhatəli bir araşdırma apardı. Skeletlərdə bədənin yerə görə mövqeyini müəyyənləşdirən "ilbiz" adlı bir orqan üzərində araşdırmalar həyata keçirildi. Spoorun gəldiyi nəticə, avstralopitekin insanlarınkına bənzər bir yeriyiş formasına sahib olmadığı idi. 93
4. 2000-ci ildə B. G. Richmond və D. S. Strait adlı elm adamlarının həyata keçirdiyi və “Nature” jurnalında dərc olunan bir araşdırmada “australopithecine”lərin ön qol sümükləri təhlil edildi. Müqayisəli anatomik tədqiqlər bu növün indiki vaxtda yaşayan və 4 ayaq üstündə yeriyən meymunlarla eyni ön qol anatomiyasına sahib olduğunu göstərdi. 94
sciende & vie
Necə ki, bundan illərlə əvvəl tanınmış təkamülçü Richard Leakey də “australopithecine”lərin yeriyiş formalarının meymunlarınkına bənzədiyini demişdi:
Əslində Rudolf “australopithecine”ləri "ikiqat yeriyişli" vəziyyətinə, indiyə qədər gəlib çıxan Afrikalı meymunlar qədər yaxın ola bilər. 95
Paris Təbiət Tarixi Muzeyindən Christine Berg də 1994-cü ildə “Journal of Human Evolution” adlı jurnalda dərc olunan yazısında avstralopitekin yerimə və durma formalarını tədqiq etmiş və insanlardan çox fərqli olduqları nəticəsinə gəlmişdir:
Mövcud nəticələr avstralopitekin iki ayaqlılığının homo cinsindən fərqli olmasının lazım olduğu nəticəsinə gətirir. Yalnız avstralopitekin yeriyərkən omba və dizlərini uzatma qabiliyyəti daha az olduğu üçün deyil, ancaq həmçinin də çanaq sümüyünü və qıçlarının alt hissəsini daha fərqli hərəkət etdirdiyi üçün. Göründüyü kimi “australopithecine” insanlardan diqqətə çarpan dərəcədə fərqli bir şəkildə, belə ki, yayxana-yayxana yeriyir, çanaq sümüyü və çiyinləri onurğasının ətrafında fırlanırdı. Bu cür bir yeriyiş insanın iki ayaqlılığına nəzərən daha çox enerji tələb edir. 96
London Təbiət Tarixi Muzeyinin paleontologiya bölməsindən professor Peter Andrews də avstralopitekin daha çox meymunabənzər xüsusiyyətlər göstərdiyini, ağaclarda yaşamağa uyğun ayaq quruluşuna sahib olduğunu ifadə edir. Professor Andrews “Nature” jurnalında dərc olunan məqaləsində belə deyir:
İnkişaf xüsusiyyətləri də insandan çox meymunlara bənzəyir. Filogenetik baxımdan insandırlar və ya deyillər, ancaq mənə görə ekoloji baxımdan hələ də meymun olaraq qəbul edilməlidirlər. 97
Professor Charles E. Oxnard, “australopithecine”lərin ara keçid forması və ya insanabənzər varlıq ola bilməyəcəklərini, bunların xüsusi bir qrup olduqlarını belə qəbul edir:
Hər vəziyyətdə ilkin tədqiqatlar avstralopitek qalıqlarının insanabənzər canlı olduğunu və ya ən pis ehtimalla insanlarla Afrika meymunları arasında keçid forması olduqlarını irəli sürsə də, bütün dəlillərinin təhlil olunması həqiqətin fərqli olduğunu göstərir. Bu qalıqlar açıq şəkildə həm insanlardan, həm də Afrika meymunlarından fərqlənirlər... Avstralopitek özünəməxsusdur...98
Avstralopitekin insanın əcdadı hesab oluna bilməyəcəyi, məşhur fransız elm jurnalı “Science et Vie” kimi elmi jurnallar tərəfindən də qəbul edilir. 1999-cu ilin may buraxılışında bu mövzu jurnalın üz qabığı idi. Avstralopitek afarensis növünün ən əhəmiyyətli qalıq nümunəsi hesab olunan “Lucy”ni mövzu olaraq götürən jurnal "Adieu Lucy" (Əlvida Lucy) başlığından istifadə edərək avstralopitek növündən olan meymunların insan nəslinin mənşəyi olmadığı və bunların nəsil ağacından çıxarılmasının lazım olduğunu yazmışdır.99
Avstralopitekin vaxt keçdikcə iki ayaqlı hala gəldiyi nəzəriyyəsinin əsassızlığını göstərən son bir təsbit, Afrika ölkələrindən olan Uqandanın Bvindi meşələrində rast gəlinən şimpanzelərdir. Liverpul Universitetinin tədqiqatçılarından Robin Crompton şimpanzelərin iki ayaq üzərində yerimələrini kəşf etmişdir. Şotlandiyanın “The Scotsman” qəzetində "İki Ayaqlı Meymunlar Darvini Tapdaladı" başlığıyla verilən xəbərdə Crompton bu şərhi verir: "Bu vəziyyət ümumi şəkildə qəbul edilən, dörd ayağı üzərində yeriyən şimpanzelərdən təkamülləşdiyimiz iddiasına ziddir".100
Göründüyü kimi avstralopitekin insanın əcdadı hesab olunması üçün heç bir səbəb yoxdur. Bu cinsə aid canlılar nəsli tükənmiş bir meymun növündən başqa bir şey deyil.

Ağıllı insan

Avstralopitekin skelet və kəllə strukturlarının şimpanzelərdən demək olar ki, fərqlənməməsi və canlıların şaquli vəziyyətdə yeridikləri iddiasının da möhkəm dəlillərlə çürüdülməsi, təkamülçü paleoantropoloqları olduqca çətin vəziyyətdə buraxmışdır. Çünki xəyali təkamül sxemində avstralopitekdən sonra homo erectus gəlir. Homo erectus adının əvvəlindəki "homo", yəni "insan" terminindən də aydın olduğu kimi bir insan qrupudur və skeleti də tamamilə şaquli vəziyyətdədir. Kəllə həcmi avstralopitekin kəllə həcminin iki mislinə bərabərdir. Şimpanzeyə bənzər meymun növü olan avstralopitekdən, müasir insandan fərqsiz bir skeletə sahib olan homo erectusa keçmək isə təkamülçü nəzəriyyəyə görə də mümkün deyil. Buna görə də "əlaqə"lər, yəni "ara keçid forma"lar lazımdır. Məhz ağıllı insan anlayışı bu zərurətdən yaranmışdır.
Ağıllı insan təsnifatı 1960-cı illərdə ailəcə "qalıq ovçusu" olan Leakeyler tərəfindən ortaya atıldı. Leakeylere görə ağıllı insan olaraq təsnif etdikləri bu yeni canlı növü, şaquli vəziyyətdə yerimə qabiliyyətinə, nisbətən böyük bir beyin həcminə, daşdan və taxtadan hazırlanmış alətlərdən istifadə etmə qabiliyyətinə sahib idi. Bu səbəblə də insanın əcdadı ola bilərdi.
bwindi
İki ayak üzerinde yürüyebilen Bwindi şempanzeleri evrimicilerin iddialarını yalanlıyor.
Halbuki 80-cı illərin ortalarından sonra tapılan eyni növə aid yeni qalıqlar, bu fikri tamamilə dəyişdirəcəkdi. Yeni tapılan qalıqlara istinad edən Bernard Wood və Loring Brace kimi tədqiqatçılar bunların "alətlərdən istifadə edə bilən insan" mənasını verən ağıllı insan əvəzinə "alətlərdən istifadə edə bilən Cənubi Afrika meymunu" mənasını verən avstralopitek habilis olaraq təsnif edilməsinin lazım olduğunu dedilər. Çünki ağıllı insan, avstralopitek adı verilən meymunlarla bir çox ortaq xüsusiyyət daşıyırdı. Eynilə avstralopitek kimi uzun qollu, qısa qıçlı və meymunabənzər bir skelet quruluşuna sahib idi. Əl və ayaq barmaqları dırmaşmaq üçün əlverişliydi. Çənə strukturları tamamilə müasir meymunlarınınkına bənzəyirdi. 630 sm3-lik beyin həcmləri də bunların meymun olduqlarının bir göstəricisi idi. Bir sözlə, bəzi təkamülçülər tərəfindən bir ara keçid forması olaraq göstərilən ağıllı insan, əslində bütün digər “australopithecine”lər kimi nəsli tükənmiş bir meymun idi.
Sonrakı illərdə aparılan tədqiqatlar ağıllı insanın həqiqətən də avstralopitekdən fərqli bir canlı olmadığını göstərdi. 1984-cü ildə Tim White tərəfindən tapılan və OH62 adı verilən skelet və kəllə qalığı, bu növün müasir meymunlardakı kimi kiçik bir beyin həcminə, budaqlara dırmaşmağa xidmət edən uzun qollara və qısa qıçlara sahib olduğunu göstərdi.
Amerikalı antropoloq Holly Smithin 1994-cü ildə apardığı hərtərəfli analizlər də yenə ağıllı insanın əslində homo, yəni insan deyil, meymun olduğunu göstərdi. Smith, avstralopitek, ağıllı insan, homo erectus və homo neandertalensis növlərinin dişləri üzərində apardığı analizlər haqqında belə deyirdi:
Dişlərin inkişafı və quruluşuna əsaslanaraq apardığımız analizlər, avstralopitek və ağıllı insan növlərinin Afrika meymunlarıyla eyni kateqoriyada olduqlarını, ancaq homo erectus və neandertal növlərinin müasir insanlarla eyni quruluşa sahib olduğunu göstərir. 101
Həmin ildə Fred Spoor, Bernard Wood və Frans Zonneveld çox fərqli bir üsulla yenə eyni nəticəyə gəldilər. Bu üsul başda ifadə etdiyimiz kimi insan və meymunların daxili qulaqlarında olan və tarazlığı təmin etməyə xidmət edən yarımdairəvi kanalların müqayisəli analizinə əsaslanırdı. Spoor, Wood və Zonneveld insan morfologiyasını göstərən ilk qalıqların homo erectus qrupuna aid olduğunu, avstralopitekin (və avstralopitek robustus olaraq tanınan “paranthropus”un) isə klassik meymun xüsusiyyətlərinə sahib olduğunu belə yekunlaşdırdılar:
İnsan qalıqları arasında müasir insan morfologiyasını göstərən ilk növ homo erectusdur. Əksinə, Cənubi Afrikadan gələn avstralopitek və paranthropus olaraq şərh olunan kəllədəki yarımdairəvi kanal ölçüləri, dövrümüzə qədər yaşayan böyük meymunlara bənzəyir. 102
Stw 53 adındakı ağıllı insan nümunəsi üzərində də tədqiqatlar aparan Spoor, Wood və Zonneveld təəccüblü bir şəkildə "Stw 53-ün, “australopithecine”lərdən daha az iki ayaqlı hərəkətlər göstərdiyini" tapdılar. Bu ağıllı insan nümunəsinin avstralopitek növündən daha çox meymuna bənzədiyi mənasını verirdi. Buna görə də sözügedən elm adamları Stw 53-ün “australopithecine”ində və homo erectusda müşahidə olunan morfologiyalar arasında ara keçid olmasının mümkün olmadığı" nəticəsinə gəldilər. 103
Wood və Kolard 1999-cu ildə “Science” jurnalında dərc olunan yazılarında isə gəldikləri nəticəni belə təkrarladılar:
Homo üçün təsdiqlənə biləcək meyarlar əsasında yaradılaraq düzəldilmiş bir tərif təqdim edirik; və buna görə ağıllı insan və homo rudolfensis'in homo cinsinə aid olmadığı nəticəsinə gəlirik. 104
Hətta S. Scherer-Hartwig və R. D. Martin kimi bəzi elm adamları da apardıqları tədqiqatlar nəticəsində ağıllı insan avstralopitekdən daha çox meymun xüsusiyyətləri göstərdiyini ifadə etdilər:
Avstralopitek afarensisə (AL 288-1, "Lucy") və ağıllı insana (OH 62, "Lucyun uşağı") isnad edilən yetkin skeletlərinin hər ikisi də alt və üst üzvlərin qalıqlarını ehtiva edir. Bu skeletlərin fərqli əza sümüyü ölçüləri arasındakı əlaqə Afrika meymunlarınınkı və insanlarınkı ilə müqayisə edildi. Təəccüblü bir şəkildə OH62-in Afrika meymunlarına AL 288-1-dən daha çox bənzədiyi aşkarlandı. Ancaq skeleti 1 milyon il daha yaşlı olan avstralopitek afarensis ağıllı insanın əcdadı olaraq qəbul edilir.105
İan Tattersall isə "The Many Faces of Homo habilis" (Ağıllı İnsanın Fərqli Üzləri) adlı məqaləsində bu şərhi verir:
Getdikcə daha da aydınlaşır ki, ağıllı insan digər heç bir təsnifata aid edilə bilməyən qalıqların bir yerə toplandığı səbət halına gəldi və bu halıyla bir çox cəhətiylə bir-birinə heç bənzəməyən bir çox insani qalığın toplandığı kateqoriya olaraq qalır. 106
Başdan bəri araşdırdığımız bütün bu təsbitlərin nəticəsini yekunlaşdırmaq lazımdırsa, bu iki əhəmiyyətli nəticəyə gəlinə bilər:
(1) Ağıllı insan adıyla xatırlanan qalıqlar, əslində homo, yəni insan siniflərinə deyil, avstralopitek (meymun) siniflərinə daxildir.
(2) Həm ağıllı insan, həm də avstralopitek növləri əyilmiş vəziyyətdə yeriyən, yəni meymun skeletinə sahib canlılardır. İnsanlarla əlaqələri yoxdur, insanın guya nəsil ağacındakı ara keçid formaları deyildirlər.

Homo Erectus

pekin
EVRİMCİ SAHTEKARLIKLARA BİR ÖRNEK: PEKİN ADAMI
Homo erectus'un beyninin büyük olduğunu gösteren kafatası parçası Homo erectus'un dik yürüdüğünü gösteren kemik fosili Pekin Adamı
Homo erectus "şaquli vəziyyətdə yeriyən insan" mənasını verir. Təkamülçülər bu insanları "erect", yəni "şaquli" sifətiylə əvvəlkilərdən fərqləndirmək məcburiyyətində qalmışdırlar. Çünki əldəki bütün homo erectus qalıqları, avstralopitek ya da ağıllı insan nümunələrinin əksinə şaqulidir. Müasir insanın skeletiylə homo erectus skeleti arasında heç bir fərq yoxdur.
Təkamülçülərin homo erectusu "ibtidai" hesab etmələrinin ən əhəmiyyətli dayaq nöqtələri isə, kəllə həcminin (900-1100 sm3) müasir insanın kəllə həcminin orta ölçüsündən kiçik olması, ensiz alnı və qalın qaş çıxıntılarıdır. Halbuki bu gün də dünyada homo erectusla orta hesabla eyni kəllə ölçüsündə bir çox insan yaşayır (məsələn, piqmeylər) və bu gün də müxtəlif irqlərdə ensiz alın və qaş çıxıntıları vardır (məsələn, Avstraliyanın yerli əhalisi olan aborigenlərdə).
Kəllə həcmi müxtəlifliyinin zəka və bacarıq cəhətdən heç bir fərq meydana gətirmədiyi isə məlum bir həqiqətdir. Zəka beynin həcminə görə deyil, beynin içindəki təşkilata görə dəyişər. 107
homo erectus
Homo erectus bir ara geçiş formu değil, bir insan ırkıdır.Günümüzde homo erectus ile aynı kafatası ortalamasında pek çok insan yaşamaktadır. bu, homo erectus'un bir insan ırkı olduğunu, ara geçiş formu olmadığını göstermektedir.
Homo erectusu dünyaya tanıdan qalıqlar, hər ikisi də Asiyada olan Pekin adamı və Yava adamı qalıqları idi. Ancaq vaxt keçdikcə bu iki qalığın da saxta olduğu məlum oldu. Pekin adamı yalnız gipsdən düzəldilmiş və əsli itmiş modellərdən ibarətdi, Yava adamı isə bir kəllə parçasından və ondan metrlərlə uzaqda tapılmış bir çanaq sümüyündən ibarətdi, həmçinin bunların eyni canlıya aid olduğuna dair heç bir əlamət yox idi. Bu səbəblə də Afrikada tapılan homo erectus qalıqları getdikcə daha çox əhəmiyyət qazandı.
Afrikada tapılan homo erectus qalıqlarının ən məşhuru olan Turkana Uşağının da araşdırılmasıyla homo erectusun müasir insandan heç bir fərqinin olmadığı qətiləşdi.
Təkamülçü paleoantropoloq Richard Leakey belə homo erectusla müasir insan arasındakı müxtəlifliyin irqi müxtəliflikdən başqa bir məna daşımadığını belə ifadə edir:
Hər hansı bir adam fərqləri görə bilər: Kəllənin forması, üzün ölçüsü, qaş çıxıntısının kobudluğu və s. ancaq bu fərqlər hal-hazırda müxtəlif ərazilərdə yaşayan insan irqləri arasındakı fərqlərdən daha çox deyil. Belə bir variasiya, birliklər bir-birindən uzun müddət intervallarında ayrı tutulduqları vaxt ortaya çıxır. 108
ARA GEÇİŞ FOSİLİ OLARAK SUNULAN TURKANA ÇOCUĞU, GÜNÜMÜZ İNSANINDAN FARKSIZDIR...
turkana
Afrika'da bulunan Homo erectus örneklerinin en ünlüsü, Turkana Çocuğu adlı fosildir. Bu fosilin sahibinin 12 yaşında bir çocuk olduğu saptanmıştır. Fosilin dik iskelet yapısı günümüz insanından farksızdır.
Konnektikut Universitetindən professor William Laughlin, eskimoslar və Aleut adalarında yaşayan insanlar üzərində uzun illər ərzində anatomik tədqiqatlar aparmış və bu insanlarla homo erectusun təəccüblü dərəcədə bir-birlərinə bənzədiklərini görmüşdür. Laughlinin gəldiyi nəticə bütün bu irqlərin əslində homo sapiens növünə (müasir insana) aid fərqli irqlər olmasıdır:
Hamısı homo sapiens növünə aid olan eskimoslar və Avstraliya yerliləri kimi uzaq qruplar arasındakı böyük fərqlilikləri nəzərə aldığımızda, homo erectusun da öz daxilində fərqli xüsusiyyətlərə sahib olan bu növə (homo sapiensə) aid olduğu nəticəsinə gəlmək çox məntiqlidir. 109
Homo erectusun süni bir təsnifat olduğu, homo erectus kateqoriyasına aid edilən qalıqların əslində homo sapiensdən ayrı bir növ hesab olunacaq qədər fərqli xüsusiyyətlərə sahib olmadığı elmi jurnallarda da getdikcə daha çox dilə gətirilir. “American Scientist” jurnalında bu mövzudakı mübahisələr və 2000-ci ildə bu mövzuda keçirilən bir konfransın nəticəsi belə yekunlaşdırılır:
Senckenberg konfransında iştirak edənlərin əksəriyyəti Miçiqan Universitetindən Milford Wolpoff, Kanberra Universitetindən Alan Thorne və həmkarları tərəfindən başladılan və homo erectusun taksonomik yeri barəsində qızğın mübahisəyə başladılar. Bunlar (Wolpoff və Thorn) güclü bir şəkildə homo erectusun bir növ olaraq etibarlı olmadığını, tamamilə ortadan qaldırılmasının lazım olduğunu müdafiə etdilər. Onlara görə homo cinsinin bütün üzvləri 2 milyon il əvvəldən dövrümüzə qədər dəyişmələrə olduqca əlverişli və geniş sahələrə yayılmış tək bir növ, homo sapiens növüydü və bu növ daxilində təbii sınmalar və alt kateqoriyalar yox idi. Konfransın mövzusu homo erectusun mövcud olmamasıydı. 110
Yuxarıdakı nəzəriyyəni müdafiə edən elm adamlarının gəldiyi nəticə "homo erectus homo sapiensdən fərqli bir növ deyil, homo sapiens daxilindəki bir irqdir" şəklində də yekunlaşdırıla bilər. Bir insan irqi olan homo erectus ilə "insanın təkamülü" ssenarisində özündən əvvəl gələn meymunlar (avstralopitek, ağıllı insan və homo rudolfensis) arasında isə böyük bir yarğan vardır. Yəni qalıq qeydlərində ortaya çıxan ilk insanlar təkamül prosesi olmadan eyni anda və qəfildən ortaya çıxıblar.

Homo Sapiens Archaic, Homo Heildelbergensis Və Kromanyon

Homo sapiens archaic xəyali təkamül sxeminin müasir insandan əvvəlki pilləsini meydana gətirir. Əslində bu insanlar haqqında təkamülçülər baxımından deyiləcək bir şey yoxdur, çünki bunlar müasir insandan ancaq çox cüzi fərqlərlə ayrılırlar. Hətta bəzi tədqiqatçılar bu irqin nümayəndələrinin indiki vaxtda hələ də yaşadıqlarını deyərək Avstraliyalının yerli əhalisi olan aborigenləri nümunə göstərirlər. Aborigenlərin də eynilə bu irq kimi qalın qaş çıxıntılarına, daxilə doğru əyilmiş çənə quruluşuna və bir az daha kiçik bir beyin həcminə sahibdirlər. Həmçinin yaxın bir keçmişdə Macaristanda və İtaliyanın bəzi şəhərlərində bu insanların yaşadıqlarına dair çox əhəmiyyətli tapıntılar ələ keçirilmişdir.
Təkamülçü ədəbiyyatda homo heildelbergensis olaraq adlandırılan təsnifat isə əslində homo sapiens archaiclə eyni şeydir. Eyni insan irqini tərif etmək üçün bu iki ayrı anlayışdan istifadə edilməsinin səbəbi, təkamülçülər arasındakı fikir ayrılıqlarıdır. Homo heildelbergensis təsnifatına daxil edilən bütün qalıqlar anatomik cəhətdən müasir Avropalılara çox bənzəyən insanların dövrümüzdən 500 min, hətta 780 min il əvvəl İngiltərədə və İspaniyada yaşadıqlarını göstərir.
gran dolina
İspanya'nın kuzeyinde Gran Dolina Mağarası'nda bulunan 780.000 yıllık insan fosilleri Homo heilderbergensis olarak sınıflandırıldı.
Kromanyon təsnifatı isə 30 000 il əvvələ qədər yaşadığı güman edilən bir irqdir. Qübbə formasındakı bir kəlləyə, geniş bir alına malikdir. 1600 sm3-lik kəllə həcmi müasir insanın kəllə həcminin orta ölçüsündən çoxdur. Kəllədə qalın qaş çıxıntıları vardır və arxa hissədə neandertal adamının və homo erectusun özünəməxsus xüsusiyyəti olan sümük çıxıntısı vardır.
Avropalı bir irq kimi qəbul edilməsinə baxmayaraq, kromanyon kəlləsinin quruluşu və həcmi hal-hazırda Afrika və tropik iqlim bölgələrdə yaşayan bəzi irqlərə çox bənzəyir. Bu bənzərliyə əsaslanaraq, kromanyonun Afrika mənşəli keçmiş bir irq olduğu güman edilir. Digər bəzi paleoantropoloji təsbitlər kromanyon və neandertal irqlərinin bir-birləriylə qarışaraq bəzi müasir irqlərin özülünü meydana gətirdiklərini göstərir.
Nəticə etibarilə bu insanların heç biri "ibtidai növ"lər və ya ara keçid formaları deyil. Tarix boyu yaşamış və ya digər irqlərə qarışıb assimilyasiya olmuş ya da nəsilləri tükənib yox olaraq tarix səhnəsindən çəkilmiş fərqli insan irqləridir.
FARKLI İNSAN IRKLARINA AİT FOSİLLER, EVRİMCİLER TARAFINDAN YARI MAYMUN-YARI İNSAN CANLILAR OLARAK YANSITILMAKTADIR.
insan ırkları
Fosil kayıtlarında farklı insan ırklarına veya farklı maymun türlerine ait fosiller bulunmaktadır.
Ancak, evrimcilerin hayal ettikleri yarı maymun-yarı insan canlılara ait hiçbir kalıntı yoktur. Resimde farklı ırklara ait insanlar görülmektedir.
1. Cro-magnon kafatası
2. Neandertal kafatası
3. Neandertal kafatası

Qalıq Qeydlərində Insanların Həmişə Insan, Meymunların Da Həmişə Meymun Olduqları Görünür

Bura qədər araşdırıldığı kimi qalıq qeydlərindən əldə edilən məlumatlar insanın təkamülü ssenarisinin heç bir elmi əsasının olmadığını göstərir. Qalıq qeydlərində ya insanlara, ya da meymun və meymunabənzər canlılara aid qalıqlar mövcuddur; təkamülçülərin tapmağı ümid etdikləri ara keçid formalarından isə əsər-əlamət yoxdur. Necə ki, belə bir təkamülü təmin edə biləcək bir təbiət mexanizmi də yoxdur. Hələ tək bir zülal molekulunun təsadüfən necə meydana gələ biləcəyini açıqlaya bilməyən təkamül nəzəriyyəsinin insan kimi olduqca mürəkkəb bir bədənə, düşünmək, sevinmək, qərar vermək, dərk etmək, estetikadan və sənətdən zövq almaq, musiqi bəstələmək, şəkil çəkmək, kitab yazmaq kimi qabiliyyət və xüsusiyyətlərə sahib bir varlığın təsadüfi mutasiyalar nəticəsində meymunabənzər heyvanlardan necə təkamülləşdiyini açıqlaya bilməsi qətiyyən qeyri-mümkündür.
Bir sözlə, insanın təkamüllə meydana gəldiyinə dair heç bir dəlil yoxdur və onsuz da belə bir dəyişmənin olması da qeyri-mümkündür. Təkamülçülərin bunu qəbul etmək istəməmələri həqiqəti dəyişdirməz. İnsanın yaradıcısı təsadüflər deyil, aləmlərin Rəbbi, üstün və güclü olan uca Allahdır.

Haşiyələr

26 The Wall Street Journal, 9 Aralık 1986.
27 Richard Monestarsky, "Waking Up to the Dawn of Vertebrates", Science News, vol. 156, no. 19, 6 Kasım 1999, s. 292.
28 Robert Wesson, Beyond Natural Selection, MIT Press, Cambridge, Mass., 1991, s. 50.
29 Keith Stewart Thomson "The Origin of Tetrapods," American Journal of Science, vol. 293-A:58, 1993, s. 39.
30 Lewis L. Carroll, "Problems of the Origin of Reptiles", Biological Reviews of the Cambridge Philosophical Society, vol. 44, s. 393.
31 Robert L. Carroll, Vertebrate Paleontology and Evolution, W. H. Freeman and Co., New York, 1988, s. 198.
32 Stephen Jay Gould, "Eight (or Fewer) Little Piggies", Natural History, no. 1., Ocak 1991, vol. 100, s. 25.
33 Barbara J. Stahl, Vertebrate History: Problems in Evolution, Dover, 1985, s. 238-39.
34 A. S Romer, Vertebrate Paleontology, 3rd ed., Chicago University Press, Chicago, 1966, s. 120.
35 Ryosuke Motani, "Rulers of the Jurassic Seas", Scientific American, Nisan 1993 Özel Sayı, s. 18.
36 Ryosuke Motani, "Rulers of the Jurassic Seas", Scientific American, Nisan 2003 Özel Sayı, s. 18.
37 Ryosuke Motani, "Rulers of the Jurassic Seas", Scientific American, Nisan 2003 Özel Sayı, s. 18.
38 E. H. Colbert, M. Morales, Evolution of the Vertebrates, New York, John Wiley and Sons, 1991, s. 193.
39 Chris McGowan, In The Beginning... A Scientist Shows Why The Creationists Are Wrong, Prometheus Books, 1984, s. 158-159.
40 Michael Denton, Evolution: A Theory in Crisis, Burnett Books, London, 1985, s. 181-182.
41 Michael Denton, Evolution: A Theory in Crisis, 1985, s. 180-181.
42 Chris E. Gow, An Ictidosaur Fossil From North America, Şubat 1983; W. R. Bird, The Origin of Species Revisited, New York, 1991, s. 221.
43 Kermack, Kermack & Mussett, The Welsh Pantothere Kuehneotherium Praecursoris, 47 J. Linnean Society 418, 418 1968.
44 Tom Kemp, "The Reptiles That Became Mammals", New Scientist, vol. 92, 4 Mart 1982, s. 583.
45 Roger Lewin, "Bones of Mammals, Ancestors Fleshed Out", Science, vol. 212, 26 Haziran 1981, s. 1492.
46 Eric Lombard, "Review of Evolutionary Principles of the Mammalian Middle Ear, Gerald Fleischer", Evolution, vol. 33, Aralık 1979, s. 1230.
47 Robert L. Carroll, Patterns and Process of Vertebrate Evolution, Cambridge University Press, 1998, s. 329.
48 Ashby L. Camp, "The Overselling of Whale Evolution", Creation Matters, a newsletter published by the Creation Research Society, Mayıs/Haziran 1998.
49 National Geographic, "Balinaların Evrimi", Kasım 2001, s. 163.
50 Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1998, s. 329.
51 G. A. Mchedlidze, General Features of the Paleobiological Evolution of Cetacea, Rusça'dan tercüme (Rotterdam: A. A. Balkema), 1986, s. 91.
52 B. J. Stahl, Vertebrate History: Problems in Evolution, Dover Publications, Inc., 1985, s. 489.
53 Michel C. Milinkovitch, "Molecular phylogeny of cetaceans prompts revision of morphological transformations", Trends in Ecology and Evolution, vol. 10, Ağustos 1995, s. 328-334.
54 Getting the Facts Straight, A Viewer's Guide to PBS's Evolution, Seattle Discovery Institute Press, 2001.
55 S. L. Olson, Open Letter to: Dr. Peter Raven, Secretary, Committee for Research and Exploration, National Geographic Society, 1 Kasım 1999.
56 Michael J. Denton, Nature's Destiny, Free Press, New York, 1998, s. 361.
57 David Williamson, "Scientist Says Ostrich Study Confirms Bird 'Hands' Unlike Those Of Dinosaurs", EurekAlert, 14-Aug-2002, http://www.eurekalert.org/pub_releases/2002-08/uonc-sso081402.php
58 A. Elzanowski, "A comparison of the jaw skeleton in theropods and birds, with a description of the palate in the Oviraptoridae", Smithsonian Contributions to Paleobiology, 1999, vol. 89, s. 311–323.
59 Alan Feduccia, "Birds are Dinosaurs: Simple Answer to a Complex Problem", The Auk, Ekim 2002, vol. 119, no. 4, s. 1187–1201.
60 V. Morell, "A Cold, Hard Look at Dinosaurs", Discover, 1996, vol. 17, no. 12, s. 98–108.
61 Robert L. Carroll, Vertebrate Paleontology and Evolution, Cambridge University Press, 1998, s. 336.
62 Peter Dodson, "Mesozoic feathers and fluff", American Paleontologist, 2001, vol. 9, no. 1, s. 7.
63 Alan Feduccia, "Birds are Dinosaurs: Simple Answer to a Complex Problem", The Auk, Ekim 2002, vol. 119, no. 4, s. 1187–1201.
64 Alan Feduccia, "Birds are Dinosaurs: Simple Answer to a Complex Problem", The Auk, Ekim 2002, vol. 119, no. 4, s. 1187–1201.
65 Alan Feduccia, "Birds are Dinosaurs: Simple Answer to a Complex Problem", The Auk, Ekim 2002, vol. 119, no. 4, s. 1187–1201
66 Alan Feduccia, "Birds are Dinosaurs: Simple Answer to a Complex Problem", The Auk, Ekim 2002, vol. 119, no. 4, s. 1187–1201.
67 A. H. Brush, "On the Origin of Feathers", Journal of Evolutionary Biology, vol. 9, 1996. s. 132.
68 Xing Xu, Zhi-Lu Tang, Xiao-Lin Wang, "A therizinosauroid dinosaur with integumentary structures from China", Nature, 1999, vol. 399, s. 350-354.
69 Alan Feduccia, "Birds are Dinosaurs: Simple Answer to a Complex Problem", The Auk, Ekim 2002, vol. 119, no. 4, s. 1187–1201.
70 Alan Feduccia, "Birds are Dinosaurs: Simple Answer to a Complex Problem", The Auk, Ekim 2002, vol. 119, no. 4, s. 1187–1201.
71 http://www.geocities.com/CapeCanaveral/Hall/2099/DinoKabin.html
72 Peter Dodson, "Response by Peter Dodson", American Paleontologist, 2001, vol. 9, no. 4, s. 13-14.
73 B. J. Stahl, Vertebrate History: Patterns in Evolution, Dover, New York, 1985, s. 350.
74 Larry Martin, S. A. Czerkas, "The Fossil Record of Feather Evolution in the Mesozoic", American Zoology, 2000, vol. 40, s. 687-694.
75 R.O. Prum, "Development and Evolutionary Origin of Feathers", J. Experimental Zoology, 1999, vol. 285, s. 291-306.
76 K. Parkes, Speculations on the Origin of Feathers, Living Bird, 1966, vol. 5, s. 77-86.
77 W. P. Pycraft, Animal Life: an Evolutionary Natural History, vol. II – A History of Birds, Methuen, London, 1910, s. 39.
78 Larry Martin, S. A. Czerkas, The Fossil Record of Feather Evolution in the Mesozoic, American Zoology, 2000, vol. 40, s. 687-694.
79 K. Parkes," Speculations on the Origin of Feathers", Living Bird, 1966, vol. 5, s. 77-86.
80 W. P. Pycraft, Animal Life: an Evolutionary Natural History, vol. II – A History of Birds, Methuen, London, 1910, s. 39.
81 W. J. Bock, "Explanatory history of the origin of feathers", American Zoology, 2000, vol. 40, s. 478-485.
82 W. J. Bock, "Explanatory history of the origin of feathers", American Zoology, 2000, vol. 40, s. 478-485.
83 C. E. A. Turner, "Archæopteryx, a bird: No link", Evolution Protest Movement, Eylül 1973.
84 M-P. Schutzenberger, in "The Miracles of Darwinism: Interview with Marcel-Paul Schutzenberger," Origins & Design, vol. 17, no. 2, Spring 1996, s.10-15.
85 Nature, 12 Temmuz 2001.
86 Henry Gee, In Search of Deep Time, Cornell University Press, Ithaca, 1999, s. 211.
87 Henry Gee, "Return to the planet of the apes," Nature, 12 Temmuz 2001, vol. 412, s. 131-132.
88 Bernard Wood, " Origin and evolution of the genus Homo", Nature, 1992, vol. 355, no. 6363, s. 783-90.
89 Richard C. Lewontin, "Human Diversity," Scientific American, Library: New York NY, 1995, s. 163.
90 Michael D. Lemonick, "How Man Began", Time Magazine, Mayıs 1994.
91 Solly Zuckerman, Beyond The Ivory Tower, Toplinger Publications, New York, 1970, s. 75-94.
92 Charles E. Oxnard, "The Place of Australopithecines in Human Evolution: Ground for Doubt", Nature, vol. 258, s. 389.
93 Fred Spoor, Bernard Wood, Frans Zonneveld, "Implication of Early Hominid Labryntine Morphology for Evolution of Human Bipedal Locomotion", Nature, vol. 369, 23 Haziran 1994, s. 645-648.
94 B.G. Richmon, D.S. Strait, "Evidence that humans evolved from a knuckle-walking ancestor", Nature, 2000, vol. 404, no. 6776, s. 382.
95 R. E. F. Leakey, "Further Evidence of Lower Pleistocene Hominids from East Rudolf, North Kenya", Nature, vol. 231, 28 Mayıs 1971, s. 245.
96 Christine Berg, "How Did the Australopithecines Walk? A Biomechanical Study of the Hip and Thigh of Australopithecus afarensis," Journal of Human Evolution, vol. 26, Nisan 1994, s. 259-273.
97 Peter Andrews, "Ecological Apes and Ancestors," Nature, 17 Ağustos 1995, vol. 376, s. 555-556.
98 Dr. Charles E. Oxnard, in Fossils, Teeth and Sex—New Perspectives on Human Evolution, University of Washington Press, Seattle and London, 1987, s. 227.
99 Isabelle Bourdial, "Adieu Lucy", Science et Vie, Mayıs 1999, no. 980, s. 52-62.
100 The Scotsman.com: "Chimps on two legs run through Darwin's theory"http://news.scotsman.com/index.cfm?id=1016102002
101 Holly Smith, American Journal of Physical Antropology, vol. 94, 1994, s. 307-325.
102 Fred Spoor, Bernard Wood & Frans Zonneveld, "Implications of Early Hominid Labyrinthine Morphology for Evolution of Human Bipedal Locomotion", Nature, vol. 369, 23 Haziran 1994, s. 645.
103 Fred Spoor, Bernard Wood, Frans Zonneveld, "Implications of Early Hominid Labyrinthine Morphology for Evolution of Human Bipedal Locomotion", Nature, vol. 369, 23 Haziran 1994, s. 648.
104 Bernard Wood ve M. Collard, "The Human Genus," Science, 2 Nisan 1999, vol. 284, s. 65-71.
105 S. Scherer-Hartwig, R. D. Martin, "Was "Lucy" more human than her "child"? Observations on early hominid postcranial skeletons", Journal of Human Evolution, 1991, vol. 21, s. 439-49.
106 Ian Tattersall, "The Many Faces of Homo habilis" Evolutionary Anthropology, 1992, s. 33-37.
107 Marvin Lubenow, Bones of Contention, Grand Rapids, Baker, 1992, s. 136.
108 Boyce Rensberger, The Washington Post, 19 Kasım 1984.
109 Richard Leakey, The Making of Mankind, Sphere Books, London, 1981, s. 62.
110 Pat Shipman, "Doubting Dmanisi", American Scientist, Kasım-Aralık 2000, s. 491.